Xeyli sığorta agentinin lisenziyası ləğv edilib

  • 26 yan 2017, 20:39
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının qərarına əsasən 42 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.
 
Palatadan "APA-Economics”ə verilən məlumata görə, lisenziyaların ləğvinə səbəb, sığorta agentlərinin "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 93.2-3-cü maddəsinin tələblərinə riayət etməyərək fiziki şəxs sığorta agenti fəaliyyəti barədə palataya rüblük hesabatların təqdim etməmələri olub.
Advertising 13
 
Belə ki, Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən siyahıda adları qeyd edilmiş şəxslər (siyahı əlavə olunur) rüblük hesabatları palataya təqdim etmədiklərinə görə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalarının qüvvəsinin 3 ay müddətinə dayandırılması barədə qərar qəbul edilib və müvafiq məktub göndərilib.
 
Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən hallar həmin şəxslər tərəfindən aradan qaldırılmaması səbəbindən palata "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsini və palatanın nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq sığorta agentləri fəaliyyətinə lisenziya almış 42 nəfər fiziki şəxslərin lisenziyalarını ləğv edib.
 
Demokratik.Az
Oxşar xəbərlər