Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:19 - 23.08.2019  
Davos forumu Azərbaycan iqtisadiyyatını xilas edəcəkmi?
Tarix: 20-01-2017, 09:31 | Bölmə: Xəbərlər » İqtisadiyyat

 

 

Aydın Mirzəzadə: "Adətən belə görüşlər üçüncü ölkələrdə birgə fəaliyyət üçün münbit şərait yaradır”; Fikrət Yusifov: "Keçirilən hər bir görüş Azərbaycanın təqdimatı deməkdir” 

Hər ilin yanvarında olduğu kimi, bu il də İsveçrənin Davos şəhərində ənənəvi Ümumdünya İqtisadi Forumu (ÜİF) keçirilir. Sayca 49-cu olan forumda dünya liderləri, iri şirkətlərin rəhbərləri, ekspertlər beynəlxalq birliyin qarşılaşdığı çətinlikləri müzakirə edir, yeni il üçün iqtisadi gündəliyi müəyyənləşdirirlər. 

Hər ilin yanvarında olduğu kimi, bu il də İsveçrənin Davos şəhərində ənənəvi Ümumdünya İqtisadi Forumu (ÜİF) keçirilir. Sayca 49-cu olan forumda dünya liderləri, iri şirkətlərin rəhbərləri, ekspertlər beynəlxalq birliyin qarşılaşdığı çətinlikləri müzakirə edir, yeni il üçün iqtisadi gündəliyi müəyyənləşdirirlər. 

Forum yanvarın 21-nə kimi davam edəcək. Forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Forumun hazırda iqtisadi çətinliklərlə üz-üzə qalan Azərbaycan üçün hansı perspektivlər vəd etdiyi də maraq doğurur. 

"Prezident İlham Əliyevin forumda iştirakı həm iqtisadi, həm də siyasi planda növbəti uğurlu addımdır. Düzdür, Davosda beynəlxalq əhəmiyyətli qərarlar qəbul edilmir, lakin bu, nüfuzlu qeyri-rəsmi şəraitdə görüşüb dünya iqtisadiyyatı üçün əhəmiyyətli olan bir çox məsələləri müzakirə etməyə, vacib əlaqələr yaratmağa imkan verir”. Bunu  Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. 

Onun fikrincə, əgər əvvəllər Azərbaycan dünya ictimaiyyəti üçün enerji resursları ilə zəngin ölkə kimi maraq doğururdursa, indi özünün strateji mövqeyi və iqtisadi gücü sayəsində ona olan maraq artıb: "Qeyd etmək lazımdır ki, Azərbaycan prezidenti bu cür forumlarda ən arzulanan qonaqlardandır. Forumun müxtəlif ölkələri təmsil edən qonaqlarının çoxu prezident İlham Əliyevlə şəxsən ünsiyyət qurmaq üçün maraq və həvəs göstərir. Bu fakt göstərir ki, Azərbaycan prezidentinin siyasi gündəliyi hər dəfə kifayət qədər sıx olur. Adətən bu cür beynəlxalq arenalarda belə vacib görüşlərdən sonra üçüncü ölkələrdə birgə fəaliyyət üçün münbit şərait yaranır” (day.az) Onun sözlərinə görə, Davos Forumu iqtisadi məsələlərdən başqa, dünya ictimaiyyətinin diqqətini Erməinstan-Azərbaycan münaqişəsinə də cəlb etmək üçün də növbəti imkandır.

Yeri gəlmişkən, Dünya İqtisadi Forumunun yeni məruzəsində bildirilir ki, Ermənistan inkişaf etməkdə olan 79 ölkə arasında məşğulluq, əməkhaqqı, yaşayış səviyyəsi və sosial inteqrasiya baxımından heç də yüksək yerə sahib deyil (Trend). Onlardan 30-u inkişaf etmiş, 79-u isə inkişaf etməkdə olan ölkədir. Ermənistan reytinqdə 50-ci yeri tutmaqla qonşularından xeyli geri qalır - Azərbaycan (2-ci yer), Türkiyə (20-ci yer), İran (21-ci yer) və Gürcüstan (31-ci yer). Rusiya isə reytinqdə 13-cü sıradadır. 
Sabiq maliyyə naziri Fikrət Yusifov xatırlatdı ki, dünyanın müxtəlif ölkələrindən 1000-dən artıq iri şirkət və təşkilatlar 1971-ci ildə yaradılan Dünya İqtisadi Forumunun üzvləridir: "DİF-nin əsas tədbiri ildə bir dəfə, ilin əvvəlində İsveçrənin Davos şəhərində keçirilir. Ənənəyə görə, qeyri-formal şəraitdə keçirilən bu görüşlərdə müasir dünyanın əsas problemləri, iqtisadiyyatın inkişafının perspektivləri, dünyada sabitliyin və ekoloji tarazlıqla bərpa olunması ilə bağlı məsələlər müzakirə olunur. Hər il Davos görüşləri çərçivəsində 300-dən çox plenar iclas, dəyirmi masalar, dövlət məmurlarının iştirakı ilə kiçik görüşlər keçirilir. Bu görüşlərdə hər hansı bir rəsmi sənəd qəbul edilmir. Forum, sadəcə olaraq, dünya iqtisadiyyatının bir çox vacib məsələlərini qeyri-formal şəraitdə müzakirə etməyə, yeni iqtisadi əməkdaşlıq əlaqələri qurmağa şərait yaradır. Hər bir ölkənin iqtisadiyyatının inkişafında xarici kapitalın rolu kifayət qədər böyükdür. Bu səbəbdən də hökumətlər öz imkanlarından istifadə edib, ölkəsinə daha çox xarici kapital axınının təmin edilməsinə çalışır. Bu, yenilik deyil, son onilliklər boyu bu yolu keçmiş bir çox ölkələrin iqtisadi uğurları hər kəsə bəllidir. Bu sırada Çin və Cənub Şərqi Asiya ölkələrinin bir çoxu bariz nümunədir. Bu gün xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsinin əhəmiyyəti daha da artıb desək, səhv etmərik. Dünyada gedən iqtisadi böhran fonunda, ayrı-ayrı ölkələrin hökumətləri və xüsusilə də iqtisadiyyatı neftlə bağlı olub, neftin qiymətlərinin kəskin azalması səbəbindən böyük valyuta gəlirləri itkisinə məruz qalmış ölkələr, indi xarici investisiyaları cəlb etmək üçün bütün mümkün imkanları bir araya gətirməyə çalışırlar. Xarici investisiyaların və sərfəli şərtlərlə alına biləcək kreditlərin ölkə iqtisadiyyatına cəlb edilməsinin yollarından biri də Davos Forumu kimi beynəlxalq tədbirlərdə iştirak etməkdən və orada potensial investorlarla müvafiq işlər aparmaqdan keçir”. 
F.Yusifov qeyd etdi ki, belə görüşlər vasitəsilə ölkəmiz haqında, onun iqtisadi durumu və aparılan iqtisadi islahatlar barəsində məlumatların çatdırılması mühüm əhəmiyyət kəsb edir: "Bu işin ölkə rəhbərliyi səviyyəsində aparılması investorlarda daha çox inam yarada bilir. Bu səbəbdən də Dünya İqtisadi Forumunda Azərbaycan prezidenti başda olmaqla, Azərbaycan nümayəndə heyətinin iştirakı tədqirəlayiqdir. Keçirilən hər bir görüş eyni zamanda Azərbaycandakı ictimai-siyasi durum, ölkə iqtisadiyyatının vəziyyəti, aparılan iqtisadı islahatlar barəsində bir təqdimat deməkdir”.

Cavid TURAN
Xəbər 2691 dəfə oxunub






Oxşar xəbərlər

Günün yazısı: Jurnalistikanın prinsiplərinə necə əməl olunur?
Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi
Vüqar Rəhimzadə: "Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir"
Möhürsüz qətnaməni Şahsuvarlıya kim ötürmüşdü? - Tam Qətnamə
Tərtərdə baş həkimin nüavini Qarabağ veteranına pul atıb? - ŞİKAYƏT
İsmayıllıda 3 uşaq anası itkin düşüb, axtarılır
YOL POLİSİ QUBADA REYD KEÇİRDİ
Zaxarovadan "Ləzginka" rəqsi - FOTO/VİDEO
Türkiyəyə ərə gedən aktrisa ana olacaq – Fotolar
Nizami Məhkəməsində RƏZALƏT - "Xüsusi ittiham" belə araşdırılır?
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər
Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11183] initstartout [0.00012] initstartin [0.00058] calstart [0.00717] calend [0.00045] topnewsend [0.00286] rsssend [0.00000] ehgend [0.00448] tagsstart [0.00044] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09569]