Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:37 - 22.01.2020  
Kəskin devalvasiya olacaq? - İqtisadçı cavab verdi
Tarix: 12-12-2016, 21:11 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Bir neçə gün əvvəl Mərkəzi Bankın tam "üzən məzənnə”yə keçəcəyi ilə bağlı verdiyi açıqlama ölkədə manatın gələcək taleyi ilə bağlı suallar ortaya çıxarıb.

 

İqtisadçı Samir Əliyev bununla bağlı sosial şəbəkədə yazıb ki, Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsininin qəbulu ilə üzən məzənnə məsələsi yenidən gündəmə gəldi.

 

Kəskin devalvasiya olacaq? - İqtisadçı cavab verdiOnun sözlərinə görə, söhbət artıq tam üzən məzənnədə gedir. "Çünki sənəddə tam üzən məzənnə rejiminin tətbiqinə keçid hədəflənib. Sənəddə qeyd edilir ki, istehlak səbətində idxal məhsullarının payının azaldılmasına nail olma səviyyəsinə uyğun şəkildə məzənnə üçün faktiki tətbiq edilən dəhlizin genişləndiriləcək, ortamüddətli dövrdə isə tamamilə ləğv ediləcək. Eyni zamanda bazarda hedcinq və məzənnə risklərindən sığortalanmağa imkan verən maliyyə alətləri tətbiqi nəzərdə tutulur. Hökumətin üzən məzənnəyə keçmək istəyi başa düşüləndir və gələcəkdə maliyyə sabitliyinin əsas qarantlarından biri ola bilər. Baxmayaraq ki, Mərkəzi Bank dekabrın 21-dən sonra üzən məzənnəyə keçidi elan edib. Proseslər göstərdi ki, baş bankımız yumşaq desək, buna nail ola bilməyib. Çünki dolların manata qarşı məzənnəsini tələb və təklifin səviyyəsi yox, Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatları, eyni zamanda ikincinin inzibati müdaxilələri müəyyənləşdirir. Belə olmasaydı Mərkəzi Bankın valyuta ehtiyatları üzən məzənnəyə keçiddən sonra 5 milyardan 4 milyarda qədər azalmazdı. Üzən məzənnəyə keçdikdən sonra Mərkəzi Bank bazara 1 milyarddan çox dollar satıb. Sonuncu dəfə sentyabrda 100 milyon dollar satdı. Neft Fondunun 2016-cı ildə satışı isə 4,6 milyard dollardan çox olub.

 

İndi əsas sual budur: tam üzən məzənnəyə keçid mümkündürmü və bu halda manatın dollar qarşısında məzənnəsi necə olacaq? Əvvəllər olduğu kimi bir daha fikrimdə qalıram ki, yaxın dövrdə Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil. Azərbaycan iqtisadiyyatının mövcud durumu ölkəni neftdən kənar dollarla təmin edəcək durumda deyil. Ölkəyə əsasən 3 mənbədən valyuta gəlir. Neft Fondu, Mərkəzi Bank və SOCAR. Neft Fondu valyuta bazarına ayda 300-400 milyon dollar (bəzi hallarda daha çox) töhfə verir. SOCAR nəinki əldə etdiyi dolları bazara yönəltmir, hətta bazardan dollar alışı (istiqraz və xarici borc öhdəlikləri) həyata keçirir. Mərkəzi Bank isə valyuta ehtiyatları kəskin azaldıqdan sonra (hazırda 2008-ci il səviyyəsindədir) bazarda "oyunçu” funksiyasını hərrac təşkilatçısı funksiyası ilə dəyişib. Digər mənbələr valyuta bazarına təsir etmək iqtidarında deyil. Ölkədə dollar əmanətlərinin ucuz olması bankları xaricdən resurs cəlb etməyə maraqlı etmir. Deməli, ölkənin valyuta bazarı hazırda ancaq Neft Fondundan asılıdır. Hesablamalarımıza görə, aylıq valyuta kəsirimiz təxminən 300-400 milyon dollar aralığında dəyişir. Həmin kəsiri örtmək üçün ya devalvasiya gedilməlidir, ya Neft Fondu satışı artırmalıdır, ya da ixracı artırmalıyıq (idxalı azaltmalıyıq). Bu ona bənzəyir ki, ürəyi qanla təmin edən damarların yalnız biri tam işləyir, biri natamam işləyir, digərləri isə tam tutulub. Azərbaycan kimi Rusiya və Qazaxıstan da üzən məzənnəyə keçib. Azərbaycanla müqayisədə digər iki ölkənin iqtisadiyyatında diversifikasiya səviyyəsi yaxşıdır. Bizdə qeyri-neftin ixracda payı 5-10% arasında dəyişdiyi halda, Qazaxıstanda 30%, Rusiyada isə 40-50% arasında dəyişir. Rusiya Mərkəzi Bankı üzən məzənnəyə 2014-cü ilin noyabrında keçib və son intervensiyanı həmin ilin dekabrında edib. Qazaxıstanda 2015-ci ilin avqustunda keçilib və intervensiyanı hələ də dövri olaraq davam etdirir. Yəni iqtisadiyyatın neftdən asılılıq səviyyəsi yüksək olduqca məzənnənin də sərbəst buraxılması məsələsi çətinləşir. Ona görə də Azərbaycanda ölkəni dollarla təmin edəcək kanallar qurulmayınca və ya gücü artırılmayınca tam üzən məzənnəyə keçid mümkün olmayacaq. Bunun üçün də fundamental addımlar atılmalıdır.

 

Struktur islahatlarından tutmuş dövlətin iqtisadiyyatda rolunun azaldılması, mülkiyyət hüququnun qorunmasından tutmuş məhkəmələrin müstəqilliyinin təmin edilməsi kimi məsələlər həllini tapmalıdır. Bu gün hiss olunur ki, hökumətin əsas fikri daxili istehsalın artımı hesabına idxalı məhdudlaşdırmaqdır. Bu, əlbəttə kapital axının azaldılması və daxili bazarında xaricdən asılılığının azaldıması baxımından yaxşı fikirdir. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan kimi kiçik bazarlara malik ölkələrdə idxalı əvəzləmə siyasəti müəyyən həddə qədər səmərə verir. Ona görə də bizim yolumuz daha çox ixracı gücləndirmək olmalıdır. Bunun üçün keyfiyyət və qiymət amili nəzərdə qaçırılmamalıdır. Tam üzən məzənnəyə keçidin narahatçılığı təkcə manatın ucuzlaşması ilə bağlı deyil. Üzən məzənnə həm də manatın məzənnəsinin qeyri-sabit olması deməkdir. Ölkə iqtisadiyyatının diversifiksiya səviyyəsi nə qədər aşağı olsa manatın məzənnəsinin oynaması bir o qədər kəskin olacaq. Bu isə biznes üçün təhlükə, əhali üçün sosial gərginlik yarada bilər.

 

Tam üzən məzənnəyə keçid zamanı manatın məzənnəsinin nə qədər olması ilə bağlı suallara gəlincə, onu deyə bilərəm ki, bu sahədə səsləndirilən istənilən rəqəm əsaslandırılması mümkün olmamaqla yanaşı reallıqdan uzaqdır. Tam üzən məzənnəyə keçən zaman manatın hansı həddə qədər ucuzlaşacağını demək çox çətindir. Bu, hansısa futbol oyununda qapılara nə qədər top vurulacağı ilə bağlı yox, nə qədər aut və künc zərbəsi olacağı ilə bağlı verilmiş proqnoza bənzəyir. Çünki burda təkcə tədiyyə balansının mövcud durumu rol oynamır. Əhalinin psixoloji vəziyyəti, iqtisadiyyatın dollarlaşma səviyyəsi, hökumətin davranışı, kapital axınının səviyyəsi də təsir edir. Bircə məsələ aydındır ki, tam üzən məzənnəyə keçid növbəti kəskin devalvasiya olmaqla yanaşı manatı ucuzlaşdıracaq. Bu ucuzlaşmanın hansı həddə qədər olacağını isə zaman göstərəcək.


Demokratik.Az

 

 

 

Xəbər 2635 dəfə oxunub






Oxşar xəbərlər

İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib
“Parlament idarəçiliyinə keçməliyik” – “İroniya edənlər özlərini buraxmışlardır”
20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub
Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb
Kəndə hücum edən ac canavarlar iti parçaladı
İkram Rəhimov koloniyada hüquqlarının pozulmasından şikayət edib
Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Netanyahu və Putin arasında telefon danışığı olub
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib
UEFA Ronaldoya görə sxemi dəyişdi
QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Rusiyada hökumət istefaya gedib
Bakı yol polisinə yeni rəis TƏYİN OLUNDU
ABŞ-İran gərginliyi neftin qiymətini “oynadır”
Polis rəisinin müavini vəzifə başında öldü
“Bibiheybət yolu”nun tam istifadəyə veriləcəyi vaxt açıqlandı
Həbs olunan icra başçısının hakim oğlu İŞƏ ÇIXMIR
Şok reaksiya! Nərminin anası Bakıdan ev istəyir
Eyni dairələrdə toqquşan tanınmışlar… – Siyahı
Paltarının yarığı bikinisinə qədər uzandı – Foto
Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb
Avropa İttifaqı ilə saziş NİYƏ yubanır?
Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib
Gəncə Dövlət Universiteti qapıları yenə açdı - MEDİATUR
Rusiya hökuməti tam tərkibdə istefa verdi
Baş prokurorun müavini: Ötən il 9 vəzifəli şəxs həbs olunub

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.27949] initstartout [0.00018] initstartin [0.00074] calstart [0.00953] calend [0.00051] topnewsend [0.00419] rsssend [0.00000] ehgend [0.00632] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.25735]