Pullar Gürcüstana gedir...

  • 12 dek 2016, 19:34
Bu ilin 9 ayında Gürcüstana 434 milyon ABŞ dolları həcmində birbaşa sərmayə yatıran Azərbaycan həmin ölkəyə yatırım həcminə görə digər ölkələrin hamısını qabaqlayır.

"Azadlıq” radiosunun Gürcüstanın Milli Statistika İdarəsindən (MSİ-dən) əldə etdiyi məlumata görə, son üç ildə Azərbaycandan bu ölkəyə yatırımlar ilbəil artıb. 2014-cü ildə birbaşa sərmayələr - 341 milyon, ötən il - 550 milyon dollara çatıb. Bu ilin bütün rüblərində investor fəallığı diqqət çəkib. Təkcə iyul-sentyabr aylarında birbaşa sərmayələrin həcmi 151 milyon dollar - əvvəlki rübdəkindən 5 milyon dollar çox olub.

Bu il Azərbaycan sərmayəçilərinin Gürcüstaniqtisadiyyatının hansı sektoruna önəm verdiyinə dair rəsmi bilgi yoxdur. Mediada əksini tapan məlumatlara görə, azərbaycanlılar, əsasən, inşaat və otelçilik, ticarət və iaşə xidmətləri sahələrinə sərmayə yatırırlar. Gürcüstanda xarici sərmayələrə daha münbit şəraitin yaradılması buna səbəb göstərilir.

SOCAR və «Paşa Bank Gürcüstan» ASC sərmayələrin həcminə görə ön sıralardadır. Gürcüstan mənbələrinin məlumatında deyilir ki, bu ölkədə qurulan «Pasha Development Georgia Ltd» MMC («Paşa Holding» Şirkətlər Qrupunun törəmə müəssisəsi) bu ilin birinci rübündə sərmayə həcminə görə ilk onluğa düşüb.

Gürcüstan MSİ-nin açıqlamasına görə, xarici sərmayədarlar başlıca olaraq, nəqliyyat və kommunikasiya sektoruna vəsait yatırırlar. Bunların ardınca inşaat və sənaye gəlir.
Oxşar xəbərlər