"lin sonuna 5 mlrd. dollar kəsir gözlənilir"

  • 07 dek 2016, 18:56

"2015-də pul kütləsi 50% azalıb, cari ildə də Mərkəzi Bank strelizasiyanı davam etdirib. Strelizayanın həcmi 6 mlrd. manat təşkil edir”.


 

AzVision.az xəbər verir ki, bunu 2017-ci ilin dövlət büdcəsi barədə çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. MB sədri bildirib ki, bununla izafi pul kütləsinin gərginlik yaratmasının qarşısı alınıb:

 

"Manatın məzənnəsi ilin əvvəlindən cəmi 11% ucuzlaşıb. Qlobal çətinliklərə baxmayaraq, ölkə iqtisadiyyatı böhranlara dayanıqlılıq nümayiş etdirir. 2008-ci ildən sonra bu il iqtisadiyyatda ressessiya hiss edirik. 2008-ci ildən başlayan böhrandan ötən 9 ildə biz yalnız bu il böhranı hiss etdik. 

Sərt pul siyasəti davam etdiriləcək. 2017-də sərt pul proqramı hazırlanıb və reallaşdırılacaq. Pul kütləsinin strelizasiyasının həcmi artırlacaaq. Ortamüddətli büdcə xərclərinin yığcamlaşdırılması labüddür. Biz ortamüddətli dövrdə konsolidasiyaya getməliyik. Stabilləşdirmə büdcəsi kəsirsiz olmalıdır”. 

E.Rüstəmov qeyd edib ki, əsas məsələlərdən biri də borclar və investiyas probleminin valyuta bazarından kənarda həll olunmasıdır: 

"Biz artıq bununla bağlı baş nazirlə razılığa gəlmişik. Yenə də öz təkliflərimizi verəcəyik. Bu vəsaitlərin valyuta bazarına daxil olmasını məhdudlaşdırmaq lazımdır. Valyutanın ucuzlaşmasını sosial iqtisadi nəticələrini yaxşı bilirik. Tədiyyə balansında kəsir tam aradan qaldırılmayıb. İlin sonuna 5 mlrd. dollar kəsir gözlənilir. Bunun 80-%-i kapital hərəkəti ilə bağlıdır. Bu da əsasən xarici öhdəliklərdir. Neftin ucuzlaşması davam edib. Qeyri-neft ixracında da azalma var. Azalma təxminən 20%-dir”.

Oxşar xəbərlər