Ölkə yarım milyard itirib, nazir yenə kreditə girir

  • 05 noy 2016, 20:40
Məlum olduğu kimi, Dünya Bankının Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojinanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib

A.Priqojinanın səfəri noyabrın 8-dək davam edəcək.

Məlumatda deyilir ki, əlaqələndiricinin Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycanın maliyyə və iqtisadiyyat nazirləri, Mərkəzi Bankının sədri ilə görüşü gözlənilir. A.Priqojina həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkil edəcəyi konfransa qatılacaq. 

Bu barədə danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Dünya Bankının nümayəndəsi ilə kredit şərtləri barədə müzakirələr aparılacaq: "Ölkənin kreditə çox ciddi ehtiyacı var. Qaz layihələrinə də pul lazımdı. Bunun üçün hökumət mümkün qədər şərtləri yumşaltmağa çalışacaq”. 

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2016-cı ilin oktyabr ayında investisiya portfelində yer alan valyutaların məzənnələrinin dollarla müqayisədə ucuzlaşması və qızılın qiymətinin düşməsi səbəbindən 460 milyon dollar məbləğində zərər edib.

Maliyyə naziri Samir Şərifov oktyabrın əvəvlində ABŞ-a getmişdi. Rəsmi məlumatda onun BVF və Dünya Bankının illik toplantısına qatılmaq üçün okeanın o tayına yollandığı deyilirdi. Azərbaycan hakimiyyəti anlayır ki, ona kreditlər, maliyyə vəsaiti lazımdır.(politika)Rusiyanın, təzyiq rıçaqlarından savayı, Azərbaycana yardım edəcək nəyisə qalmayıb. Rusiya Azərbaycana möhtac olduğu kreditləri belə verə bilməz. Qərblə, ABŞ-la əlaqələri bərpa etmək lazımdır, çünki kreditlər, maliyyə məhz Qərbdən gələcək. 

Bu baxımdan Samir Şərifovun səfəri və Qərbə yönəlik başqa reveranslar həmin kreditləri almağa yönəlib. 

Həmin kreditlər olmazsa, neftin qiymətinin aşağı düşdüyü, istehsalın olmadığı, manatın növbəti devalvasiyasının gözlənildiyi, ölkədə iqtisadi-sosial böhranın dərinləşdiyi vaxtda çox ağır fəsadlar yarana bilər. 

Azərbaycan indiki halda Qərblə əməkdaşlığa məhkumdur. Ona görə də Dünya Bankının Cənubi Qafqaz üzrə nümayəndəsinin Bakıya gəlişi nazirin kreditə girəcəyi ehtimalı yaradır. Bunu ekspert də təsdiqləyib.

 

Demokratik.Az

Oxşar xəbərlər