Neft 100 dollara qalxacaq? – Şərh

  • 05 okt 2016, 17:36

Yaxın 5 il ərzində, 2020-ci ilin sonuna qədər neftin qiymətinin 65 dolları keçməsi şübhəlidir.

 

Bu haqda Neft Araşdırmalar Mərkəznin rəhbəri İlham Şaban bildirib. Ekspert vurğulayıb ki, hazırda OPEK ölkələri neftin qiymətini 50-55 dollar ətrafında sabitləşdirmək üçün addımlar atırlar:

 

"Növbəti illər üçün bu intervalın 55-60 dollara qaldırılması planlaşdırılır. Bu, hazırda hasilatçı şirkətlər üçün komfort qiymət sayılır. Halbuki əvvəllər komfort qiymət aralığı kimi 80-90 dollar götürülürdü. Bu o deməkdir ki, yaxın 5 il ərzində - 2020-ci ilin sonuna qədər neftin qiymətinin 65 dolları keçməsi şübhəlidir. Baxmayaraq ki, bəzi agentliklər gələn il üçün qiymət artımının hətta 100 dollara qədər olacağını proqnozlaşdırırlar”.

 

İ.Şabanın sözlərinə görə, əgər neft 50 dollar ətrafında dəyişirsə, proqnoz intervalı isə 15 dollar təşkil edirsə, bu, bazarın nəzarətdən çıxdığını deməyə əsas verir: "Belə olan şəraitdə 1 ay sonrasını proqnozlaşdırmaq belə mümkünsüzdür”.

 

Demokratik.Az

Oxşar xəbərlər