Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:03 - 22.10.2018  
Beynəlxalq Bank büdcənin borc yükünü artırır
Tarix: 30-09-2016, 21:00 | Bölmə: Xəbərlər » İqtisadiyyat

İri dövlət şirkətləri xaricdən götürdükləri borclara xidmət etmək iqtidarında deyil.
Bu ilin iyul aynın 1-nə olan tarixə beynəlxalq maliyyə qirimları və kredit təşkilatları ilə imzalanmış sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 7,6 mlrd. dollar ekvivalentində olub. Bizimyol.info 2017-ci ilin dövlət büdcəsi və icmal büdcə layihələrinə istinadən məlumat verir.

Beynəlxalq Bank büdcənin borc yükünü artırırLayihəyə görə, 2017-ci ildə daxili dövlət borcu üzrə 61 163 400 manat ödəniş nəzərdə tutulub. Bundan 40 158 416 manat faiz, 21 004 984 manat da əsas borc üzrə ödənişlərdir. Xarici dövlət borcu üzrə ödənişlər 1 707 636 323 manat həcmində proqnozlaşdırlıb. Bu məbləğin 369 397,315 manatı faiz, 1 338 239 008 manatı isə əsas borc üzrə ödənişlərə proqnozlaşdırılır.

Bu il üçün imzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ÜDM-in 20 faizini təşkil edib, adambaşına düşən xarici dövlət borcu isə 782,6 dollar olub. Ölkəyə cəlb edilmiş kreditlərin 39,2 faizini sabit dərəcə ilə olan kreditlər, 60,8 faizini isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib. Imzalanmış müqavilələrə uyğun olaraq xarici dövlət borcunun 53,2 faizi 10 ilə qədər. 41,2 faizi 10 ildən 20 ilə qədər, 5,6 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. 

Gələn ilin dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) üçün 1768,8 mln. manat vəsait proqnozlaşdırılıb ki, bu da 2016-cı illə müqayisədə 63 mln. manat və ya 0,4 faiz azdır. Bu il dövlətin daxili və xarici borclarının ödənilməsi ilə bağlı xərclər 1 775,1 mln. manat nəzərdə tutulub. Xarici dövlət borcunun ümumi daxili məhsulda olan nisbətinin artması ilk növbədə ÜDM-in dollarla ifadəsində mütənasib şəkildə azalması, xarici borcun isə xarici valyutada ifadə olunmaqla sabit qalması ilə izah olunur. Bir sıra iri dövlət şirkətlərinin xaricdən götürdükləri borclara xidmət etmək iqtidarında olmamaları, həmçinin nəzarət paketi dövlətə məxsus Beynəlxalq Bankın sağlamlaşdırılması tədbirlərinin davam etdirilməsi dövlət büdcəsi üzrə əlavə borc yükü və öhdəliklərinin yaranmasını istisna etmir. Digər tərəfdən, transmilli layihələrin maliyyələşdirilməsində Azərbaycanın iştirakı ölkənin xarici borclanmaya getməsini labüd edir. Gələn il üzrə daxili dövlət borclanmasının yuxarı həddi 1 mlrd. manat, xarici dövlət borclanmasının yuxarı həddi 500 mln manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 10 mlrd. manat məbləğində proqnozlaşdırılıb.   

2016-cı ilin büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 1 249 735,2 min manat həcmində proqnozlaşdırılmışdı. Sonradan dəyişikliklərdə məbləğ 1 775 097 min manata yüksəldilib. Artım əsasən xarici borc üzrə olub, 948 670,5 min manatdan 1 474 032,4 min manata çatıdırlıb. Daxili dövlət borcu üzrə ödənişlər isə 301 064,6 min manat qalıb. 2016-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə dövlət borcuna və öhdəliklərə xidmət edilməsi ilə bağlı xərclər 0,36% azalıb. O cümlədən, daxili dövlət borcu üzrə ödənişlər 4,9 dəfə azaldılıb, xarici dövlət borcu üzrə ödənişlər isə 15,9% artırılıb. Xatırladaq ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 15,955 mlrd. manat, xərcləri 16,600 mlrd. manat həcmində nəzərdə tutulub.

Ekspert Nemət Əliyev hökumətin borclanmaya getmək planından narahatlığını ifadə edib: "Hökumət gələn il dövlət zəmanəti ilə 10 milyard manat və ya 6 milyard dollar borca girməyə hazırlaşır. İzahatı da belə verilib ki, "transmilli layihələrin həyata keçirilməsinin maliyyələşdirilməsində Azərbaycanın iştirakı ölkənin xarici borclanmaya getməsini labüd edib”. Ekspert növbəti ilin büdcə layihəsində bir sıra iri dövlət şirkətlərinin xaricdən götürdükləri borclara xidmət etmək iqtidarında olmamaları barədə yazılanlara istinadən qeyd edib ki, belə vəziyyət dövət büdcəsinin borc yükünü və öhdəliyini artırır. N.Əliyev: "Deməli, SOCAR, AZAL, Azərbaycan Dəmir Yolları, Xəzər Dəniz Gəmiçiliyi və digər iri dövlət şirkətlərinin dövlət zəmanəti ilə xarici ölkələrdən cəlb etdikləri borclar nəticə etibarı ilə xalqın cibindən ödənəcək”. Onun sözlərinə görə növbəti il birbaşa dövlətin adından xaricdən 500 milyon manat ekvivalentində, daxildən 1 milyard manat məbləğində borc vəsaiti cəlb etmək planlaşdırılıb. Öhdəsindən gələ bilsələr, ölkəmizin borcu gələn il 11,5 milyard manat və ya 7 milyard dollar artacaq.

Bu gün bir sıra ölkələrin xarici borcları da açıqlanıb. Məlum olur ki, Amerikanın xarici borcu 17,438 mlrd. dollar olub. Almaniyanınkı 5,318 mlrd., İngiltərənin 8,638 mlrd., Fransanın 5,256 mlrd., Avro Zonada xarici borc 13,592 mlrd. dollar təşkil edib. Hollandiyanın 4,437, Lüksemburqun 2,88, Yaponiyanın 2,834, İtaliyanın 2,305, İspaniyanın 1,919, İrlandiyanın 1,852, İsveçrənin 1,593, Kanadanın 1,504, Avstraliyanın 1,348 mlrd. dollar borcu var. Rusiyanın borcu 556, Türkiyəninki 393, Qazaxıstanınkı 154, Ukraynanınkı 126, Gürcüstanın 13, Ermənistanın da borcu 9 mlrd. dollar təşkil edir. 

Xəbər 1966 dəfə oxunub






Oxşar xəbərlər

Hadi Rəcəbli dilənçilərdən danışdı - TƏKLİF
Araz Ağalarovun hesablarını bağladılar - ABŞ-da
Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?..
Qarabağda əlil olan xanım ölkə rəhbərindən kömək istədi - MÜRACİƏT
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İlham Əliyev 4 sərəncam imzaladı
Ərdoğan Azərbaycandan danışdı
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..
Tələbə yazdı: "Mənim universitetim - Yaşasın ADAU!"
“1 avro 2 dollara bərabər ola bilər”
“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
RƏZALƏT! - Türkiyədə iti zorlayaraq öldürdülər
Fransa prezidenti 4 naziri birdən dəyişdi
Bu deputatların maaşına xitam verildi - RƏSMİ
XXI əsrin GMO bəlasından necə xilas olaq?
Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video
Etimad Əsədov vəfat etdi
ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… – Bakının köhnə və yeni başçılarının “deyişməsi”
Xalqı “yatmaqda” ittiham edənlərin MƏQSƏDİ...
Makron İrəvandan Bakıya niyə gəlmədi - iki rəy

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15382] initstartout [0.00038] initstartin [0.00109] calstart [0.01261] calend [0.00077] topnewsend [0.00513] rsssend [0.00000] ehgend [0.00967] tagsstart [0.00080] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12331]