Demokratik TV
Xəbər lenti
"Zaminbank" müflis elan edilə bilər
- 28 sen 2016, 18:46
Ləğvetmə prosesində olan "Zaminbank" ASC-nin müflis elan olunması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilib.
Bu barədə "Report"a Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov məlumat verib.
Onun sözlərinə görə, bu addım "Zaminbank"ın öhdəliklərinin yerinə yetirilməsini tezləşdirmək üçün atılıb. Məhkəmənin bu işə nə vaxt baxacağı isə hələ ki, məlum deyil.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Zaminbank"ın lisenziyasını bu il, iyulun 21-də ləğv edib. Həmin gün həmçinin "Dekabank", "Kredobank" və "Parabank" ASC-lərin lisenziyası ləğv olunub. Bu banklardan yalnız biri - "Kredobank" 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin avqustun 29-da qəbul etdiyi qərarla müflis elan edilib.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
"United Credit Bank" müflis elan edildi
Mərkəzi Bank lisenziyası ləğv edilmiş bankı məhkəməyə verdi
"AST Telman"ın müflis elan edilməsi üzrə məhkəmə təxirə salındı
Prezidentdən yeni hakim təyinatları
ANS uduza-uduza gedir - yeni məhkəmə qərarı...
MTRŞ ANS-ə uduzdu – MƏHKƏMƏ
Azərbaycanda 3 bankın birləşməsi xəbəri təsdiqləndi
Telman İsmayılovla bağlı Rusiya Ali Məhkəməsi qərar verdi
Əli İnsanov yeni ittihamlardan danışıb
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti