Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:17 - 17.10.2019  
Azərbaycanda dollar niyə qıtdır?
Tarix: 24-08-2016, 21:54 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Azərbaycanda xarici valyuta alıcıları dollar qıtlığı ilə üzləşib – BBC Azərbaycancaya danışanlar deyir ki, onlar istədikləri miqdarda dollar ala bilmirlər.

Azərbaycanda dollar niyə qıtdır?Alıcılar ötən həftə sonundan etibarən banklardan xarici valyuta satışına 500 dollara qədər limit qoyulduğunu və səbəbinin onlara izah olunmadığını deyir.

Banklar valyuta qıtlığının səbəbini hərracdan ehtiyac olduğu qədər xarici valyuta ala bilməmələri ilə izah edir.

Mərkəzi Bank isə deyir ki, kommersiya bankları valyuta tələblərini qurumun keçirdiyi hərraclar vasitəsilə ödəyə bilmədikdə, əlavə olaraq banklararası valyuta bazarına müraciət etməklə öz tələblərini ödəyə bilər.

Təhlilçilərə görə isə, bankların dolların satışını dayandırması onların növbəti devalvasiyanın qaçılmaz olduğunu bilmələrindən irəli gəlir.

"Ajiotaj”

Elvira Məmmədovanın dediyinə görə, çalışdığı şirkət üçün demək olar ki, hər gün banklardan bir neçə min dollar pul alırdı. Ötən şənbə günü müraciət etdiyi banklar dolları limitlə satdıqlarını deyiblər.

"Bankdan dedilər ki, limitlədir. 500 dollardan yuxarı satılmır. Səbəb də demədilər, məlumat da vermədilər. Sadəcə dedilər ki, limitlədir və şəxsiyyət vəsiqəsi ilə bu qədər ala bilərsiniz”, Elvira Məmmədova müraciət etdiyi digər bankarda da 300-500 dollar arası limitlə qarşılaşmasını deyir.

O, bu vəziyyətin nə vaxta qədər davam edəcəyi ilə bağlı banklardan da onlara məlumat verilmədiyini bildirir.

Adının çəkilməsini istəməyən azərbaycanlı iş adamı deyir ki, ticarət üçün Çinə yola düşməli idi deyə təcili 10 min dollara ehtiyacı olub. Hər zaman bu məbləği banklardan rahatlıqla aldığını deyən iş adamı təəssüflə qeyd edir ki, "ajiotajdan sonra” banklar ona bu pulu satmaqdan imtina edib.

"Vasitəçilər axtarıb tapdım. Kimin əlində dollar var, amma əlimyandıda manat axtarır, onlarla danışıb aldım”, iş adamı aldığı dolların məzənnəsinin adamın "vicdanına” əsasən ya banklardakı məzənnə ya da ondan bir qədər baha almaq məcburiyyətində qalmasından danışır.

"Qara bazarda dolların kursu indi 1,70 manatdır”, biznesmen əlavə edir.

Alıcılar ötən həftənin şənbə günündən etibarən dolların bankların filiallarında limitlə satıldığını deyir.

Alıcılar ötən həftənin şənbə günündən etibarən dolların bankların filiallarında limitlə satıldığını deyir

Digər paytaxt sakini Samir Abdulla isə deyir ki, burada əsas problem "fırıldaq banklarındır”. Onun dediyinə görə, bu yaxınlarda o, bankın filialına 2300 avro pul satandan sonra növbədə dayanan müştəriyə xəzinədə avro olmadığını deyiblər.

"Qız məndən sonra gəlib deyir ki, 500 avro pul lazımdır mənə. Heç böyük məbləğ də istəmir. Deyir yoxdur, ancaq faktiki mən ona 2300 avro pul satmışam. Sadəcə banklar satmır”, o deyir. Samir Abdulla bankların müştəridən xarici valyutanı böyük miqdarda aldığı halda onu limitlə satmasını düzgün hesab etməməsindən bəhs edir.

Rabitəbankın xəzinədarlıq departamentinin direktoru Oqtay Qasımovun dediyinə görə, onlarda dolların satışına limit tətbiqinə "hardasa bir həftə olar” başlanılıb. Lakin bu limit yalnız bankla əməkdaşlıq etməyən müştərilərə tətbiq olunur.

"Bizim koorporativ müştərilərimiz olur, hansı ki, idxal-ixrac əməliyyatı, xarici köçürmələri olan müştərilərdir, biz onlara valyutanı tamlıqla, limitsiz satırıq”, bank rəsmisi mövcud vəziyyətin valyuta bazarında tələb və təklifin razılaşdırılmasından asılı olaraq son qoyulacağını deyir.

Seçim

Ekspertlərin fikrincə, valyuta ilə bağlı bazardakı mövcud vəziyyəti aradan qaldırmaq üçün Mərkəzi Bank ya öz valyuta ehtiyatının azalması ilə barışmalı ya da dolların kursunu artırmırsa o zaman onun verdiyi qərar iqtisadi deyil, siyasidir.
3-cü devalvasiya qaçılmazdır, bank hüquqşünası Əkrəm Həsənov deyir
3-cü devalvasiya qaçılmazdır, bank hüquqşünası Əkrəm Həsənov deyir

Bank hüquqşünası Əkrəm Həsənov bildirir ki, hazırki vəziyyətdə Mərkəzi Bankın iki seçimi var: ya dollar satışını davam etməli, ya da devalvasiyaya getməlidir.

Hüquqşünas deyir ki, qurumun üçüncü variant kimi "dolları satmaması” qeyri-adi və qanunsuz vəziyyətdir.

"Mərkəzi Bank elan edirsə dolların məzənnəsi budur, bu o deməkdir ki, Mərkəzi Bank həmin məzənnə ilə banklara istənilən qədər dolları satmalıdır. Onu etmirsə, onda sual çıxır, o kursun müəyyən etməyin nə mənası var”, ekspert sual edir.

Mərkəzi Bank BBC Azərbaycancanın suallarını cavablandırmayıb.

"3-cü devalvasiya”

Əkrəm Həsənov hərraca çıxarılan dolların azalmasının səbəbini xarici valyutanın satışını həyata keçirən iki qurum – Dövlət Neft Fondu və Mərkəzi Bank arasında kimin ehtiyatındakı dolların satılması ilə bağlı mübahisənin olmasının təsir etdiyini də istisna etmir.

Mərkəzi Bank bəyan edir ki, qurum banklararası valyuta bazarı ilə birlikdə həftədə iki dəfə hərrac təşkil edir və hərraclarda valyuta satışı Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.

Dövlət Neft Fondunun çərşənbə axşamı günü yaydığı məlumatda deyilir ki, 50 milyon ABŞ dolları məbləğində vəsait "hərraca çıxarılmış, bu vəsaitdən 46 milyon ABŞ dolları məbləğində vəsait 25 banka satılmışdır”.

Cənab Əkrəmovun fikrincə "3-cü devalvasiya qaçılmazdır”.

"Banklar bu gün dollar satmırsa, o demək deyil ki, onlarda dollar yoxdur. Sadəcə onlar anlayır ki, növbəti devalvasiya qaçılmazdır və onlar dolları rəsmi məzənnədən 4 faizi baha və ya ucuzuna sata bilməzlər. Amma qara bazara onu çıxara bilərlər”, cənab Həsənov Mərkəzi Bankın indiki mövqeyinin banklara pulu ayrı yollarla satışa çıxarmağa imkan verməsini açıqlayır.

O fikirləşir ki, xarici valyuta ilə bağlı Azərbaycandakı hazırki vəziyyət təhlükəlidir və "qara bazarın güclənməsinə aparacaq”.

Mərkəzi Bankdan BBC Azərbaycancaya verilən məlumatda deyilir ki, devalvasiya ilə bağlı "şayiələr əsassızdır”. Belə ki, üzən məzənnə rejimində manatın məzənnəsi valyuta bazarında tələb və təklifdən asılı olaraq formalaşır, məlumatda deyilir.

"Qara bazarın güclənməsinə” gəlincə Mərkəzi Bank buna nəzarətin onun səlahiyyətləri çərçivəsinə daxil olmadığını açıqlayır və daxili valyuta bazarında valyutanın alışı və satışı müvəkkil banklar vasitəsilə həyata keçirilmədiyi halda, "bununla müvafiq dövlət orqanları məşğul olmalıdır” deyir.

Manatın növbəti aylarda ola biləcək məzənnəsinə gəlincə qurum bildirir ki, buna təsir edən fundamental amillər dünya bazarında neftin qiymətində baş verən dəyişikliklər və tədiyyə balansının vəziyyəti, habelə valyuta bazarı subyektləri tərəfindən nümayiş etdirilən davranışlardır.

"Mərkəzi Bankın manatın məzənnəsi ilə bağlı kəmiyyət hədəfi yoxdur. Mərkəzi Bankın pul siyasəti hədəfi kimi pul bazasının artım tempi çıxış edir”, qurumun məlumatında deyilir.

Mərkəzi Bankın məlumatına əsasən son iki gündə dolların məzənnəsi 1.6204 manat səviyyəsində müəyyən olunub. Qurumun tələbinə əsasən banklar xarici valyutanı rəsmi məzənnədən maksimum 4 faiz ucuz ala və 4 faiz baha sata bilər.
Xəbər 2709 dəfə oxunub






Oxşar xəbərlər

Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI
Arif Hacılı yenidən Müsavat Partiyasının yeni başqanı oldu - NƏTİCƏLƏR
Kraliça sarayı təcili tərk etdi - Siçovula görə
Vaqif Dərgahlı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib
Jirinovski şərq mətbəxtindən şikayətləndi
Təhsil nazirindən yeni - TƏYİNAT
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” - S.Rüstəm

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.27730] initstartout [0.00018] initstartin [0.00069] calstart [0.00927] calend [0.00056] topnewsend [0.00457] rsssend [0.00000] ehgend [0.00659] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.25476]