Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:39 - 22.09.2018  
Bahalaşma nədən yaranır?
Tarix: 10-09-2014, 21:31 | Bölmə: Xəbərlər » İqtisadiyyat

 

 

Ekspertlər mövsüm, Rusiya və möhtəkirlər amilini vurğulayırlar
Kənd təsərrüfatı mallarının qiymətindəki artım artıq narahatlıq yaratmağa başlayıb. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin aylıq hesabatında da avqustda kənd təsərrüfatı məhsullarının bahalaşdığı bildirilir. Sentyabrda qiymətlərin daha çox artdığı nəzərə çarpdı və bu bahalaşmanın səbəbləri maraq doğurmağa başladı. Bir sıra mütəxəssislər bunun il ərzində havaların quraqlıq keçməsi, üstəlik, Rusiyaya tətbiq edilən sanksiyalardan sonra qonşu ölkənin bazarlarında qıtlıq yaranması və nəticədə Azərbaycan məhsullarının Rusiya bazarlarına daşınması ilə əlaqələndirirlər. Əslində tamamilə haqlı arqumentlərdir və üstəlik də mövsümi amillər qiymətlərə təsir edib desək, yanılmarıq. Lakin bəzi müşahidəçilər də hesab edirlər ki, bahalaşmaya Rusiya amilinin təsiri yoxdur.

Bu barədə açıqlama verən Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirib ki, məhsul boldur: "Sadəcə həmin məhsulu istehsal edən fermeri Bakının bazarlarına buraxmırlar. Fermer məhsulu gətirir ki, özü satsın. Amma möhtəkirlər qapını kəsib, məhsulu ucuz qiymətə özləri alıb satmaq istəyirlər. Bu möhtəkirlərin qarşısını almaq üçün bazar tənzimlənməlidir”. Deputat Naxçıvandakı durumu misal gətirib: "Naxçıvanda niyə bazar bahalaşmır? Çünki nəzarət var. İqtisadi İnkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi bu işləri tənzimləməlidir. Kim deyirsə ki, Rusiya bazarına yol açılıb deyə, məhsul yoxdur, yalançıdır. Əlbəttə, Rusiyada Azərbaycan məhsullarına tələbatın artması özü-özlüyündə yaxşı haldır. Əlaqələrin genişləndirilməsi, daimi olması və bunun müqavilələrlə həyata keçirilməsinin tam tərəfdarıyam. Amma bazardakı bahalaşmada Rusiyanı səbəb göstərmək sadəcə bəhanədir”.

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov isə əksinə, bu bahalaşmanın səbəbini daha çox Rusiya amili ilə izah edir: "Rusiya Avropadan kənd təsərrüfatı məhsulları almağa sanksiya qoyandan sonra kənarda bazar axtarıb. Onun siyahısında Azərbaycanın da adı var. Artıq yerli məhsulların daha keyfiyyətlisi Rusiyaya daşınmağa başlayıb, bu da bazara öz təsirini göstərir. Onsuz da Azərbaycanda elə də bolluq deyildi. Digər tərəfdən, bəzi işbazlar da bundan istifadə edib Rusiya bazarına getməyən məhsullarda belə qiymət qaldırıblar”.

V.Məhərrəmovun sözlərinə görə, bu il aqrar sektorda məhsuldarlıq yüksək olmayıb: "Ya fermerlər aqrotexniki qaydalara əməl etməyiblər, ya da su sarıdan qıtlıq çəkiblər. Yayın isti keçməsinə, quraqlığa görə suya tələbat artıb. Amma bəzi regionlarda suvarma problemləri olub”. Ekspert qiymət artımının süd və süd məhsullarına, ət və ət məhsullarına da öz təsirini göstərəcəyini proqnozlaşdırır. Hesab edir ki, bu il ot və ot məhsullarının istehsalında azalma müşahidə edilib.

"Qiymətlərin tənzimlənməsi və bu barədə qanunların qəbul edilməsi Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərinə tapşırılıb. Onlar bu məslə ilə bağlı qərar versələr, biz də bu məsələyə qoşulacağıq”. Bunu modern.az-a durumu şərh edən "Azərittifaq”ın sədri, deputat Eldar Quliyev deyib. O, qiymətlərin artımının səbəbini belə izah edib: "Qiymətlərin qalxmasına bir neçə səbəb var. İlk növbədə bu il ötən illərlə müqayisədə daha quraq oldu. Digər tərəfdən, məhsulun bir hissəsi Rusiyaya ixrac olunur. Bununla yanaşı, malların özünün Bakıya gətirilməsində insanlar süni qiymətdən istifadə edirlər. Daha ucuz alır və baha satırlar”.

E.Quliyev qeyd edib ki, dövlət qiymətlərin tənzimlənməsində radikal addım ata bilməz, qiymətlər sərbəstdir: "Bunun qarşısını almağın tək yolu məhsul bolluğunu artırmaq və məhsulların kənara çıxarılmasının qarşısını almaqdır. Bundan başqa, çoxlu yarmarkalar təşkil etmək lazımdır. Yarmarkalar süni qiymət artımını azalda bilər. Artıq burada ucuz alıb, baha satmaq halları olmayacaq. Sahibkar məhsulunu öz qiymətinə satacaq. Təəssüf ki, bizim bazarlar bu gün bəzi insanların əlindədir”.

"Azərittifaq”ın sədri vurğulayıb ki, gələcəkdə bazarlarda belə halların yaşanmaması üçün böyük proqram hazırlamaq lazımdır: "Sentyabr ayında qiymətlər normal olacaq. Oktyabr ayında məhsulun qıtlaşan vaxtında qiymətlər daha da artacaq. Fikirləşməsinlər ki, qiymətlər daha da normal olacaq, bir aydan sonra daha da artacaq. Qanunda qiymətlərin sərbəst olduğu yazılır. Amma bu məsələdə insanların insafı da lazımdır. Avropaya inteqrasiya edirik, amma satış qaydalarını da nəzərdə saxlamaq lazımdır”

Xatırladaq ki, bir müddət öncə Eldar Quliyev xarici təcrübəyə əsaslanaraq yeni tikilən yaşayış binalarının 1-ci mərtəbəsində məhsulların satışı üçün yer ayrılması təşəbbüsü ilə Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət ünvanlayıb.

Deputatın sözlərinə görə, artıq bazarlardan marketlərə keçməliyik: "Almaniya, Fransa, İspaniya kimi böyük ölkələrdə 4-5 mərtəbəli mağazaların 1-ci mərtəbəsi ancaq kənd təsərrüfatı məhsullarının satışı nəzərdə tutulur. Bunun üçün bizə 1000-1500 kvadrat yer ayrılmalıdır ki, biz o şəraiti yaradaq. Bu zaman ilk növbədə gigiyenik baxımdan əhalinin sağlam olması təmin ediləcək. Bu şərait yaradılacağı halda, məhsullar müayinədən keçiriləcək və süni qiymət artımının da qarşısı alına bilər. Lakin bizim müraciətimizə cavab verilməyib”. 

 

Xəbər 2584 dəfə oxunub






Oxşar xəbərlər

Ebru ilə Rza Zərrab ABŞ-da görüşüb dalaşdılar
Binəli Yıldırım Bakıda məsciddə namaz qıldı, hədik payladı - VİDEO
Gəncənin təhlükəli və qaranlıq yeraltı piyada keçidləri - yeni başçıya müraciət / VİDEO
Prezident İlham Əliyevin Milli Məclisdəki çıxış MƏTNİ
İlham Əliyev Vyetnama BAŞSAĞLIĞI göndərib
Rövşən Rzayev İSLAHATI - “Qaçqınkom”da köklü dəyişikliklər
Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək
Azərbaycan parlamentinin 100 illiyi qeyd olundu
TƏHSİL EKSPERTİ "YIXIB-SÜRÜDÜ" - Məktəbdaxili Nəzarət nədir və niyə tətbiq olunmur ?
Dünyanın ən təhlükəsiz şəhərləri - Bakı neçənci yerdədir?
DTX ARXİVLƏRİ AÇDI – Məxfi saxlanılan sənədləri yaydı + SƏNƏDLƏR
Alimlər yeni planet kəşf etdi: su var
Azərbaycanlı tələbə İsveçdə deputat seçildi (FOTO)
Tramp OPEK-i hədələdi: Nefti ucuzlaşacaq?
İrəvanın “iki stul” siyasəti fiaskoda - Bakı üçün unikal şans
BÜRCÜNÜZ – 22 sentyabr
ADAU-nun rektoru magistr tələbələrlə görüşüb
İlyas İsmayılovun oğlu üçün killer polkovnik - üç güllənin üç sirri...
Xəlil Rzanın xanımı şikayətçidir – 4 mini ödənilməyib
Bu sözlərin yazılışı DƏYİŞDİ – SİYAHI
Eldar Əzizov yüksək vəzifəli məmuru işdən azad etdi
36 yaşlı Bakı sakini itkin düşüb
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Avropa Liqasında ilk tura yekun vurulub- NƏTİCƏLƏR
Rusiya hökumətinin vəkili zorlamada ittiham olunur
Prezident Ramil Usubovu mükafatlandırdı (FOTO)
Etimad İsmayılovla Sevil Nuriyevanın -BÖYÜK SEVGİ HEKAYƏSİ
Gözəl Dəmirov Etimad İsmayılovu NİYƏ öldürüb?
BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12511] initstartout [0.00014] initstartin [0.00060] calstart [0.00800] calend [0.00042] topnewsend [0.00330] rsssend [0.00000] ehgend [0.00444] tagsstart [0.00051] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10767]