Rusiyada rəsmən 1 milyona yaxın işsiz var

  • 26 iyul 2016, 21:29

Rusiyada 954 842 nəfər işsiz kimi dövlət qeydiyyatındadır. 

"Report"un Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, bu rəqəmi ölkənin Əmək Nazirliyi açıqlayıb.

Qurumun məlumatına əsasən, iyulun 13-dən 20-dək bir həftə ərzində işsiz statusu olan ölkə vətəndaşlarının sayı 0,1% azalıb. Ölkənin ayrı-ayrı regionları üzrə vəziyyət isə fərqlidir. Belə ki, işsizlərin sayı 39 regionda azalıb, 42 regionda isə artıb. Novosibirsk, Tomsk, Nijeqorod vilayətlərində, eləcə də Tatarıstanda dəyişiklik olmayıb.

Rusiyada işsizlər əmək qabiliyyətli əhalinin 1,2%-ni təşkil edir. Bu nisbət 2015-ci ilin iyul ayında 1,3% olub. İşsiz statusu verilmiş insanların təqribən 80%-nə aylıq müavinət ödənilir.

Beynəlxalq Əmək Təşkilatının metodologiyası əsasında aparılan hesablamalar isə Rusiyada işsizlərin sayının 4 mln.-dan çox olduğunu göstərir. Bu, əmək qabiliyyətli əhalinin 5-6%-i deməkdir.

 Demokratik.Az

Oxşar xəbərlər