Azərbaycanın iqtisadi potensialı italiyalı jurnalistin qələmi ilə...
İtaliyada ixracın təşviqinə həsr olunmuş "exportiamo.it” internet saytında jurnalist Culiyano Bifolkinin müəllifi olduğu "Azərbaycan-İtaliya: enerji tərəfdaşlığı və ticarət əlaqələri hər zaman qüvvətlidir” və "Azərbaycan iqtisadiyyatını şaxələndirmək üçün xarici tərəfdaşlar axtarışındadır” adlı silsilə məqalələr yerləşdirilib.
Demokratik.Az Avropa.info-ya istinadən xəbər verir ki, "Azərbaycan-İtaliya: enerji tərəfdaşlığı və ticarət əlaqələri hər zaman qüvvətlidir” adlı məqalədə müəllif iki ölkə arasında münasibətlərin möhkəm əsaslarının 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində İtaliyanın Baş naziri Matteo Renzi ilə birgə qəbul etdiyi "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq Haqqında Birgə Bəyannamə”də öz əksini tapdığını bildirir. Azərbaycan-İtaliya iqtisadi əlaqələrinə toxunan müəllif İtaliyanın Azərbaycanın birinci tərəfdaşı olması, TAP layihəsinin həyata keçirilməsi ilə əlaqələrin daha da genişlənəcəyi və İtaliyanın Avropanın enerji bazarında rolunun möhkəmlənəcəyini qeyd edir. Cari il 13 iyun tarixində Romada keçirilmiş Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası, bu çərçivədə təşkil edilmiş Biznes Forum haqqında məlumat verən müəllif, bu tədbirlərdə diqqətin habelə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, xüsusən də alternativ enerji, infrastruktur, logistika, aqro-sənaye və əczaçılıq sahələrində İtaliya şirkətləri üçün mövcud imkanlara verildiyini qeyd edib. Müəllif Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin də fikirlərinə istinad edərək 2010-cu ildən bəri İtaliyanın Azərbaycana ixracının 3 dəfə artığını və əlaqələrin daha da inkişafı üçün mövcud potensial barədə də danışıb.
Məqalələrlə aşağıdakı linklərdən tanış ola bilərsiniz:
http://www.exportiamo.it/aree-tematiche/12792/azerbaigianitalia-partnership-energetica-e-relazioni-commerciali-sempre-piu-forti/