Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:20 - 23.10.2018  
Bir gündə yarım milyard dollar itirdik
Tarix: 25-06-2016, 10:40 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Bir gündə yarım milyard dollar itirdikBöyük Britaniyada keçirilən referundum nəticəsində bu ölkənin Avropa Birliyini tərk etməsinə dair təklifin çoxluq tərəfindən dəstəklənməsi dünya bazarlarında yeni təlatümlər yaradıb. İngilis funt-sterlinqi əsas dünya valyutaları qarşısında dəyər itirib. Bunun Azərbaycana hansı təsirləri olacaq?

İqtisadçı ekspert Qubad İbadoğlu "Azadlıq" radiosuna açıqlamasında deyib ki, Azərbaycan Dövlət Neft Fondu aktivlərinin 5 faizə qədərini funt sterlinqdə saxlayır: "Aprelin 1-nə olan məlumata görə, Neft Fondunun 1 milyard 150 milyon 700 min funt-sterlinq aktivi var idi. Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı qərarından sonra funt-sterlinq 1 gündə 7.66 faiz dəyər itirib. Bu, 88 milyon funt-sterlinq və ya 115 milyon dollar itki deməkdir".

Ekspert qeyd edir ki, Britaniyadakı referendum nəticəsində avro da 1 gündə 2.64 faiz dəyərsizləşib: "DNF-nin aktivlərinin 35.5 faizi də bu valyutada saxlanılır. Bu isə 10 milyard 655 milyon 800 min avro deməkdir. Belə olan halda da Fondun avro ilə olan aktivləri 1 gündə 281.3 milyon avro və ya 326 milyon dollar dəyər itirib".

Q.İbadoğlu bildirir ki, bu iki valyuta ilə bağlı DNF-nin itkisi bütünlükdə 427 milyon dollar olub.
Ekspert yada salır ki, fond Londonun Seynt Ceyms, 78 ünvanında yerləşən və dəyəri 177 milyon 350 min funt-sterlinq olan ofis kompleksi alıb. Habelə bura Parisdə 135 milyon avroluq ofis və Milan şəhərinin tarixi biznes mərkəzində 97 milyon avroya alınan "Palazzo Turati" ofis binasından ibarət daşınmaz əmlak kompleksi də daxildir: "Londondakı kompleks məlum səbəbdən 13.5 milyon funt-sterlinq və ya 18.6 milyon dollar, Parisdə olan ofis kompleksi isə 4.8 milyon avro və ya 5.6 milyon dollar dəyər itirib. Milandakı ofis isə 2.56 milyon avro və ya 3 milyon dollar ucuzlaşıb. Beləliklə, 1 gündə DNF-nin aktivləri funt-sterlinqin və avronun dollara nisbətdə dəyərdən düşməsinə görə 468.5 milyon dollar azalıb".

Ekspert qeyd edir ki, bu hesablamalar məzənnə nisbiliyindən asılı olaraq azala və ya arta bilər: "Hazırda gedən tendensiya artıma doğrudur. Yəni DNF məzənnə itkisinə daha çox məruz qalır".

Neft Fondundan optimist açıqlama

Dövlət Neft Fondunun mətbuata açıqlamasına görə, Böyük Britaniyanın Avropa İttifaqına üzvlüyünün davam etdirilməsi ilə bağlı keçirilən referendumun nəticələri qeyri-müəyyənlik yaradaraq, dünya maliyyə bazarlarında kəskin dalğalanmalara səbəb olub: "Bu ilk növbədə özünü qlobal səhm və valyuta bazarlarında göstərib. Belə ki, bütün əsas səhm indeksləri 5 faiz artıq düşmüş, ingilis funt sterlinqi və avronun məzənnəsi müvafiq olaraq təqribən 10 faiz və 3 faiz enib. Təbii ki, belə kəskin dəyişikliklər bütün investisiya fondlarının və bankların portfellərinə mənfi təsir göstərib".

Məlumatda qeyd edilir ki, Fondun hazırda səhm yatırımları ümumi vəsaitlərin təxminən 10 faizə qədərini təşkil edir: "Digər 90 faiz isə sabit gəlirli qiymətli kağızlarda, daşınmaz əmlakda və qızılda yerləşdirilib ki, bu aktivlərin dəyəri sabit qalıb, hətta qızılın dəyərində kəskin artım müşahidə olunub.

Nəhayət, valyuta məzənnələrindəki qısamüddətli dəyişkənlikdən yaranan fərqə gəldikdə, ARDNF-nin portfelinin aktivlər üzrə olduğu kimi müxtəlif valyutalar üzrə də diversifikasiya olması bu dəyişkənliyin son nəticədə portfelə nə zərər, nə də mənfəət mənbəyi olaraq hesab olunur, habelə gəlirliliyin hesablanmasında da nəzərə alınmır.

ARDNF-nin istər maliyyə alətləri, istərsə də valyutalar üzrə yüksək diversifikasiyası onun hazırkı investisiya portfelinin qorunmasına şərait yaradır".

Natiq Cəfərli: "Hələ 10-15 gün dünya iqtisadiyyatı bunu "həzm" etməyə çalışacaq"

Digər iqtisadçı Natiq Cəfərli isə bildirir ki, sözügedən  referendumun nəticələri Avropanın, hətta dünyanın siyasi, iqtisadi, ictimai xəritəsini dəyişdirəcək, ciddi təsirləri olacaq, hətta "domino" effekti yarada bilər. İqtisadçı ilk öncə siyasi nəticələrə toxunaraq vurğulayır ki, Avropa Birliyi əvvəl "kömür və metal" birliyi kimi yarandı, Almaniya və Fransanın bir daha müharibə etməyəcəkləri üzərində inşa olundu: "İlk yarananda Avropa dəyərlərini önə çıxartdılar, sonra isə hər bir dövlətin təbii maraqları önə çıxmağa başladı. Daha bir səhv addım o idi ki, Şimali Avropa dövlətlərinin inkişaf tempinə və dəyərlər sisteminə uyğun olmayan Cənubi Avropa ölkələrini də tez-tələsik bu birliyə qoşdular, bunun iqtisadi nəticələrini sonunacan hesablaya bilmədilər. Bu gün Yunanıstan, Kipr, İtaliya, İspaniya kimi ölkələrdə olan iqtisadi problemlər həmin səhv hesablamaların nəticəsidir. Avrozonaya daxil olan Cənubi Avropa ölkələri iqtisadi çətinlik zamanı effektiv yol olan öz milli valyutalarının devalvasiya edilməsi yolundan məhrum oldular. Yəni bu gün Yunanıstan avrozonada olmasa idi, öz keçmiş milli valyutalarını dəyərdən salmaq yolu ilə bir çox problemlərini həll edə bilərdi. Təbii ki, Avropa Birliyi Yunanıstana böyük dəstək də verdi və verir də, amma həmin kreditlərin geri dönüşü mümkün görünmür. Bu gün Yunanıstanın xarici və daxili borcu ÜDM-lərinin ikiqatı səviyyəsindədir və bundan sonra 100 il də keçsə, yunanlar bu borcu qaytara bilməyəcəklər. AB borc verməklə həm də öz istehsalçılarına dəstək olurdu ki, yunanlar həmin kreditə, məsələn, Almaniya istehsalı olan avtomobillər alırdılar, dolayısı ilə, həmin vəsait elə Almaniyaya qayıdırdı".
"Son illər yaranan immiqrant problemi, anti-müsəlman söyləmləri Avropa Birliyi ölkələrində yenidən millətçiliyi artırdı. Britaniya referendumunda AB-yə "yox" deyənlərin tamamına yaxını məhz AB-nin immiqrantlarla bağlı siyasətinə görə oldu"-deyə ekspert bildirir.

İqtisadi nəticələrə toxunan N.Cəfərli əlavə etdi ki, hələ 10-15 gün dünya iqtisadiyyatı bunu "həzm" etməyə çalışacaq, nə baş verdiyini tam anlayana qədər dünya birjalarında böyük dalğalanmalar olacaq: "İyulun əvvəlinə bu panika səngiyəcək, daha soyuq başla vəziyyət dəyərləndiriləcək. İlk olaraq ən böyük zərbə elə Britaniyaya dəyəcək, funt dəyərdən düşəcək, Londondan böyük şirkətlərin və bankların nümayəndəlikləri kontinental Avropaya köçəcək, Londonun dünyanın maliyyə mərkəzi statusuna ciddi zərbə dəyəcək. Amma Britaniya ilə AB-nin "boşanma" sürəci 5-8 il çəkəcək, yəni iqtisadi əlaqələrə həmən ziyan dəyməyəcək, bu tədricən baş verəcək. Dünyanın valyuta ulduzu yenidən dollar olacaq, bu da əmtəələrin- qızıldan başqa, neft, əlvan və qara metallar qiymətinin enməsinə ciddi təsir göstərəcək".

İqtisadçı daha sonra bildirir ki, AB ölkələrində "mərkəzdənqaçma" prosesləri sürətlənəcək, Avropa öz dəyərlərini unudub daha da millətçi və radikal siyasi qrupların təsiri altına düşəcək: "Bu daha böyük təhlükədir, AB ölkələri bunun qarşısına keçə bilməsələr, ciddi paradiqma dəyişikliyi baş verəcək.

AB yarananda dünyanın ən ağıllı adamlarından biri olan Henry Kissingerə jurnalist sual verir ki, bu haqda nə düşünürsünüz? O da cavab verir ki, AB-nin telefon nömrəsini verin, onları təbrik edim. Yəni AB amorf bir qurumdur, idarəetməsi bürokratik aparat tərəfindən qeyri-effektiv aparılır. Avropa dəyərlərinə geri dönüş olmasa, daha sıx birlik modeli qurulmasa, Avropa Birliyi ideyasının özü tənəzzülə uğrayacaq. 

Hesab edirəm ki, burada 2 yol var: "Birincisi, Avropa Birliyi "yüksək" və "birinci" liqaya bölünməli, Şimali Avropa dövlətləri ayrıca bir birlik yaratmalı, Cənubi Avropa və keçmiş post-sovet dövlətlərinin ayrıca birliyi olmalı, hər iki birlik arasında ciddi koordinasiya olmalıdır. İkincisi, daha bir və məntiqli, ağıllı yol yeni bir super dövlətin - Avropa Birləşmiş Dövlətlərinin (ABD) yaranması yoludur. Bu dövlətin ümumi parlamenti, ümumi hökuməti, ümumi bank-maliyyə siyasəti, ümumi ordusu və təhlükəsizlik xidmətləri olmalıdır. Parlament və hökumət birbaşa seçkilərlə formalaşdırılmalı, ümumavropa partiyaları yaranmalıdır. Bu partiyalar da məhz dəyərlərinə görə seçilməli, məhz dəyərlər üzərindən səs qazanmalıdır".

Vüsalə RÜSTƏMOVA
Xəbər 2070 dəfə oxunub






Oxşar xəbərlər

Mehdi Səlimzadənin qardaşı oğlunun lüks həyatı VƏ...
Səudiyyə Ərəbistanından Türkiyə polisinə qadağa
Vidadi Zeynalov və DOSTLARI niyə həbsdən buraxılmadı?
Azərbaycan nefti neçəyə satılır?
Elmar Vəliyevin oğlu "Kəpəz"-dən istefa verdi
“Sivil müxalifətin güclənməsi hakimiyyətin də marağında olmalıdır" - fikirlər
Türkü təhqir edən fransız jurnalistə Barış Mançonun cavabı - puldakı şəkillər
Tramp Ər-Riyadın izahatından məmnun deyil
Bakıda ilk eşşək ferması yaradıldı - südün litri 80 manata
Tramp özünü millətçi saydığını bildirib
Sahibsiz itlərə kim sahib çıxacaq?
Leyla Əliyeva sərgidə iştirak edib (FOTO)
Məşhur robot Prezidentə təqdim olundu - FOTOLAR
Hadi Rəcəbli dilənçilərdən danışdı - TƏKLİF
Araz Ağalarovun hesablarını bağladılar - ABŞ-da
Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?..
Qarabağda əlil olan xanım ölkə rəhbərindən kömək istədi - MÜRACİƏT
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İlham Əliyev 4 sərəncam imzaladı
Ərdoğan Azərbaycandan danışdı
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12181] initstartout [0.00014] initstartin [0.00056] calstart [0.00748] calend [0.00039] topnewsend [0.00279] rsssend [0.00000] ehgend [0.00529] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10465]