“AtaTravel” MMC tur təklif edir

  • 08 iyun 2016, 16:50
11-12 iyun 2016-cı  il tarixində "AtaTravel” MMC Mingəçevir-Gəncə-Göygöl-Maralgölə ikigünlük  tur təklif edir.   Turun bir nəfər üçün qiyməti 85 AZN təşkil edir.  Turun qiymətinə nəqliyyat xərcləri, üç dəfə yemək, "Səməni” otelində qalmaq, Kür çayında balıq tutmaq və çayda samavarlı çay ilə gəzinti,  Mingəçevir su anbarına baxış, Göygölün Milli parkında gəzinti, Göygöl və Maralgöl gölünə gəzinti, Nizami məqbərəsinə və Gəncə şəhərində İmamzadə kompleksinə ekskursiya  daxil edilib. Toplaşma yeri  "Excelsior Hotel Baku”  otelinin qarşısındadır. 

"AtaTravel” MMC-nin baş direktoru  Vüsal Əliyev qeyd etdi ki, agentlik yay mövsümü müddətin üçün nəzərdə tutulmuş  ölkəmizin bütün regionlarına  müxtəlif maqarlıq turlar hazırlayıb. Həmçinin, şagirdlərin tətili müddətinə  xüsusi təkliflər təqdim edilib ki, uşaqlar tətil zamanı dincəlməklə yanaşı  Azərbaycanın tarixi abidələri ilə tanış olacaqlar. 

 Daha geniş məlumat almaq üçün "AtaTravel” MMC-yə (994 12) 493-05-01 nömrəli telefona zəng vurun. "AtaHolding” Şirkətlər Qrupuna daxil olan "AtaTravel” MMC 2011-ci ildə təsis edilmişdir. "AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət  öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir.