Neft şirkətlərini qorxudan xəbərdarlıq

  • 06 may 2016, 22:33

"Moodys" Beynəlxalq Reytinq Agentliyi neft və qaz hasilatının azaldılmasının bu sahəyə ciddi şəkildə mənfi təsir göstərəcəyini bildirib.

"Moodys" neft hasilatını aşağı salan şirkətlərin qazma işlərində xərcləri azaltmasının qlobal neft sahəsi və qazma xidmətləri sənayesini çətin şərtlər altında buraxdığını bəyan edib.
  
Beynəlxalq agentlik bildirir ki, bu mənzərə bir müddət sonra ciddi fəsadlara yol açacaq. Qeyd edilir ki, bu sahədə gəlirlər 30-40 faiz aşağı düşəcək, ancaq 2017-ci ilin sonlarına yaxın vəziyyətin stabilləşəcəyi ehtimal edilir.

"Moodys" neft qiymətlərinin son 3 ayda artmasına baxmayaraq, şirkətlərin yenidən dirçəlməsinin ləngiyəcəyini bildirib.

axar.az 

 
Oxşar xəbərlər