Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:25 - 19.11.2019  
Dollarla kreditə qadağanın pərdəarxası
Tarix: 12-04-2016, 08:22 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Xəbər verildiyi kimi, yeni fəaliyyətə başlamış Maliyyə Bazarlarına Nəzarət Palatası tənzimləmə "silahını" ilk olaraq kredit təşkilatlarına, o cümlədən banklara yönəltdi. Palata aprelin 5-dən etibarən 1 ay müddətinə əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsini qadağan etdi. 

Dollarla kreditə qadağanın pərdəarxasıİqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə şərhində bildirib ki, Rusiya, Belorus, Qazaxıstan və Qırğızıstan kimi ölkələrdə xarici valyuta kreditlərinə tətbiq edilən müxtəlif formal qadağalardan sonra Azərbaycanda da analoji addımın atılması gözlənilən idi: "Palatanın bu addımı anlaşılandır. Faktiki olaraq ölkədə manat kreditləşməsi dayanmış vəziyyətdədir. Əhali krediti manatla götürmək istəyir, banklar isə dollarla təklif edir. Təsadüfi deyil ki, bu ilin yanvar-fevral aylarında ölkə üzrə milli valyutada kredit qoyuluşunun həcmi 909 milyon manat azalıb. Bu azalmanın 665 milyon manatı istehlak kreditlərinin payına düşür. Azalmanın mart ayında da davam edəcəyi istisna deyil. Palata da öz növbəsində bir ay müddətində bazarı təhlil edib qərar verəcək: qadağa ya davam edəcək, ya da götürüləcək".

Ekspertə görə, palatanın bu addımı əhalinin manata əlçatanlığının artırılmasına yönəlik olsa da, bir sıra fəsadlara yol aça bilər: "Hər bir halda iqtisadi alətlər kənarda qalıb və yenə güc inzibati metodlara verilib.

Palatanın açıqlamasından məlum oldu ki, qadağa tədbiri istehlak kreditlərinin bütün növlərinə, hətta restrukturizasiya olunmuşlara da şamil edilir. Yəni söhbət banklarda bir ay müddətində kreditlərin restrukturizasiyasına qadağanın tətbiqindən gedir. Çünki restrukturizasiya olunmuş kreditlərə qadağa nəinki banklara, hətta əhaliyə də problemlər yarada bilər. İki hissəli devalvasiyadan sonra manat iki dəfəyədək ucuzlaşıb və dollar krediti götürən müştərilərin aylıq ödənişi də müvafiq olaraq 2 dəfə artıb. Bu, təbii olaraq onun ödəmə qabiliyyətini pisləşdirib. Hökumətdən hələ ki heç bir dəstək yoxdur və problemin həllini bankların üstünə atıb. Banklar kifayət etməsə, müəyyən təşəbbüslər göstərirlər. Kreditlərin illik faiz dərəcələrini bir neçə faiz bəndi aşağı salırlar və aylıq ödənişi azaltmaq məqsədilə kreditin müddətini uzadırlar. Bütün bunlar müştərinin itirdiyini kompensasiya etmir, sadəcə müştəri zaman qazanır. Bu güzəşt üçünsə dollar kreditlərinin restrukturizasiyası tələb olunur. Palatanın qadağasından sonra kredit təşkilatları ən azı bir ay valyuta kreditləri şərtlərini yumşaltmaq hüquqlarını itirəcəklər. Nəticədə problemli kreditlərin həcmi artacaq, müştərinin isə kredit tarixçəsi pisləşəcək, cərimələri artacaq".

S.Əliyevin sözlərinə görə, digər narahatlıq dollar kreditlərinin manata çevrilməsi ilə bağlıdır: "Bəzi banklar təşəbbüs göstərərək dollar kreditlərini manata çevirdilər ki, məzənnə dəyişməsi müştərinin ödəmə qabiliyyətinə problem yaratmasın. Palatanın qadağası həm də belə təşəbbüslərin ən azı bir ay qadağan edilməsi deməkdir.

Kredit kart sahibləri ilə bağlı da narahatlıqlar var. Xarici valyutada olan ödəniş kartları üzrə kreditləşmənin təxmini orta aylıq həcmi 20 milyon manatdan çoxdur. Həmin kart müştərilərinin müəyyən hissəsi hesablaşmaları istər internet üzərindən, istərsə də xarici ölkələrdə məhz xarici valyutada (dollar, avro) aparırlar və onlara manatla ödəniş etmək sərf etmir. Bu qadağa faktiki olaraq onların işini çətinləşdirəcək.

Ümumən götürəndə isə Palata xarici valyutadan istehlak kreditləşməsini qadağan etmək əvəzinə ona məhdudiyyət tətbiq etsə, daha səmərəli addım olardı. Valyuta kreditlərinin verilməsinə qoyulan məhdudiyyətlərin nədən ibarət olması barədə təklifləri əvvəllər səsləndirmişik. İstənilən halda məhdudiyyətlər müvəqqəti xarakter daşımalıdır".

İqtisadçıya görə, palatanın istehlak kreditlərinə valyuta qadağasının bank sektoruna təsiri qısamüddətli və uzunmüddətli olacaq: "Qadağa bir aydan sonra ləğv edilərsə, ciddi neqativ təsir müşahidə edilməyəcək. Banklar yəqin ki, Palatanın bu qərarına istehlak kreditləşməsini məhdudlaşdırmaqla cavab verəcəklər. Qadağa davam edərsə, bu halda neqativ təsirlər də çox olacaq. Restrukturizasiyanın mümkünsüzlüyü problemli kreditlərin həcmini artıracaq. Əmanət bazarında xarici valyutada olan əmanətlərin faiz dərəcəsi daha da aşağı düşəcək və bununla da əmanətlərin cəlbediciliyi azalacaq. Bir sıra istehlak kreditlərinin "təyinatı" dəyişdirilərək qadağanın çərçivəsindən çıxarılacaq. Banklar əllərindəki məhdud manat kütləsini daha ağır şərtlərlə kreditə yönəltmək məcburiyyətində qalacaqlar.

Bütün bunlar da bankların maliyyə dayanıqlılığına mənfi təsir göstərəcək. Bankların valyuta mövqeyi pozulacaq. Bu isə manatın ucuzlaşması fonunda bankları iflic edə bilər".
İqtisadçının fikrincə, bütün bunları nəzərə alaraq Palata Mərkəzi Bankla birgə bir sıra addımları atmalıdır:

- İstehlak kreditlərinin illik faiz dərəcələri üçün tətbiq edilən 29 faizlik tavanın ləğvi;
- Xarici valyutada istehlak kreditlərinin verilməsinə qadağanın ancaq xarici valyutada gəlirləri olmayan müştərilərə münasibətdə tətbiqi;
- Qadağanın ancaq ölkə daxilində istifadə edilən kredit kartlarına şamil edilməsi
Mərkəzi Bank isə öz növbəsində bankları manat ilə təmin etməlidir.

Vüsalə RÜSTƏMOVA
Xəbər 2679 dəfə oxunub






Oxşar xəbərlər

Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.53231] initstartout [0.00023] initstartin [0.00109] calstart [0.01430] calend [0.00095] topnewsend [0.01170] rsssend [0.00000] ehgend [0.02257] tagsstart [0.00629] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.47512]