Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:30 - 24.01.2020  
Kredit verilməsi dəyişdirildi
Tarix: 6-04-2016, 09:28 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Xarici valyuta olmaz!


Kredit verilməsi dəyişdirildiAprelin 4-də Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib. Xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində tənzimləyici çərçivələrin müəyyən edilməsinə dair qərar qəbul edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Palatanın təşkilati strukturunun formalaşdırılması və görülən işlər barədə məlumat verib. Sədr bank sektorunda yerli və xarici valyuta ilə verilən istehlak kreditləri, devalvasiya nəticəsində bu kreditlərin durumu, onun sosial iqtisadi nəticələrindən danışıb. Diqqətə çatdırılıb ki, bu proseslər nəticəsində bankların likvidliyi və kapital mövqeləri zəifləmiş, atılmış restruktrizasiya və digər preventiv tədbirlərə baxmayaraq mövcud mənfi tendensiyalar davam edir. 

İclasda qərara alınıb ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi 5 aprel 2016-cı il tarixindən etibarən 1 ay müddətinə dayandırılsın və bu haqda müvafiq göstərişlər kredit təşkilatlarına göndərilsin. Palata bu müddətin uzadılması hüququnu da öz üzərində saxlayıb.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev "Bizim Yol"a şərhində bildirdi ki, bu qərarın nəticələrinə uyğun olaraq addım ya uzadıla, ya da 1 aydan sonra ləğv edilə bilər: "Bunun bir neçə səbəbi var. Onlardan biri son iki ayda kredit qoyuluşu əhəmiyyətli dərəcədə azaldılıb. Təbii ki, bunun başlıca səbəbi kommersiya banklarının dollarla kredit təklif etməsi, əhalinin isə xarici valyutada borclanmaya girmək istəməməsidir. Kreditləşmənin azalması bir tərəfdən əhali  və iqtisadiyyat üçün narahatlıq yaradır. Palata bu addımı atmaqla bir növ əhalinin kreditlərə əlçatanlığını istəyir".

İqtisadçı hesab edir ki, dollarla kreditləşmənin dayandırılmasının müsbət tərəfləri ilə yanaşı neqativ tərəfləri də var: "Müsbət tərəfləri hansılardır? Vətəndaş manatla kredit götürərkən, milli valyutanın devalvasiyası risklərindən uzaq olmuş olur. Yəni manatın ucuzlaşması onlar üçün problem yaratmayacaq. 

Mənfi tərəf isə daha çox banklar üçün labüddür. Əvvəla bankların valyuta mövqeyində böyük bir pozuntu var. Onların öhdəlikləri kifayət qədər böyükdür. Banklar manatla kredit verərsə, devalvasiya olacağı təqdirdə çox böyük itki ilə üzləşə bilər. Çünki bankların əsas öhdəlikləri əmənatlərdir, onun isə 90 faizini xarici valyuta təşkil edir. İkinci əsas öhdəliyi isə xarici maliyyə qurumlarından aldığı borclardır ki, o da əsasən, xarici borclardan ibarətdir. Milli valyutada yalnız Azərbaycan Mərkəzi Bankının verdiyi mərkəzləşdirilmiş kreditlər təşkil edir. Təbii ki, bu vəsait də hər bank üçün əlçatan deyil.

Deməli, banklar istehlak kreditlərini dollarla götürdüyü borcu konvertasiya edib müştərisinə verməlidir. Həmin borcu manatla geri alanda isə yenidən dollara konvertasiya etməlidir. Bu müddət ərzində devalvasiya baş verərsə, banklar manatı dollara çevirərkən xeyli itkiləri olacaq. Problemin əsas kökü burdadır".

S.Əliyev əlavə etdi ki, bu qərar bankları xarici valyutada olan əmanətlər üzrə faiz dərəcələrini daha da aşağı salmağa məcbur edəcək: "Onsuz da bəzi banklarda dollar əmanətlərində faizlər kifayət qədər aşağıdır, hətta 1 faiz ətrafında olanlar da var. Əgər mövcud vəziyyət uzun müddət üçün davam edərsə, dollarla əmanət qəbulu dayandırıla bilər. Bunun üçün Mərkəzi Bank müəyyən addımlar atmalı, bankları manatla təmin etməlidir. Banklar da həmin manatı kreditə yönəltməlidir".

İqtisadçı deyir ki, Palatanın bu addımı mövcud situasiyanın deyil, gələcək problemin həllinə yönəlib: "Əgər bankların manata olan tələbatı ödənilərsə, bu kredit qoyuluşlarını artıra bilər. Bundan əlavə, Mərkəzi Bankın istehlak kreditlərinə qoyduğu tavan manata münasibətdə götürülməlidir. Əgər bu tavan götürülsə, banklar manatla kredit verməkdə maraqlı olarlar. Bu qərarın nəticəsi olaraq, aprel ayında kredit qoyuluşlarının həcmində müəyyən qədər artım ola bilər. Amma əsas zərbə, düşünürəm ki, əmanət bazarına dəyəcək". 

Vüsalə RÜSTƏMOVA
Xəbər 2965 dəfə oxunub






Oxşar xəbərlər

Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib
“Parlament idarəçiliyinə keçməliyik” – “İroniya edənlər özlərini buraxmışlardır”
20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub
Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb
Kəndə hücum edən ac canavarlar iti parçaladı
İkram Rəhimov koloniyada hüquqlarının pozulmasından şikayət edib
Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Netanyahu və Putin arasında telefon danışığı olub
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib
UEFA Ronaldoya görə sxemi dəyişdi

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28761] initstartout [0.00019] initstartin [0.00069] calstart [0.00916] calend [0.00052] topnewsend [0.00399] rsssend [0.00000] ehgend [0.00516] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26724]