Manatın yüksəlişi nə qədər davam edəcək?

  • 01 apr 2016, 08:28
Martın 11-dən bəri manat dollar qarşısında dəyərini artırır.

Bu dövrdə gözlər ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) 29 mart toplantısına yönəlmişdi.

Toplantıda gözlənilən qərar çıxdı, yəni faiz artımı olmadı. Mütəxəssislərin fikrincə, manatın dəyər qazanmasında istər FES-in faiz artırmaması, istərsə neftin qiymətinin nisbi sabitliyi bəlli rol oynadı. Bununla belə, bəzi ekspertlər milli valyutanın möhkəmlənməsində iqtisadi əsasın olmadığını düşünür. Sual yaranır: Bu halda manat nədən möhkəmlənir və bu proses nə vaxtadək davam edəcək?

İqtisadçı ekspert Nicat Hacızadə öncəliklə cəmiyyətin manata inamsızlığına diqqət çəkir:

"Təbii, bunu formalaşdıran obyektiv və subyektiv amillər var. İlk növbədə subyektiv səbəblərə toxunsaq, cəmiyyətə təsir edən bir sıra insan faktoru var ki, yanlış proqnozlarla əhalinin pul idarəetmə sxemini pozur. Manatın üzən məzənnə sisteminə keçdiyini nəzərə alsaq, onun dəyəri nəzəri baxımdan tələb-təklif əsasında formalaşmalıdır”.
Oxşar xəbərlər