Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:17 - 17.10.2019  
Dolların vəziyyəti
Tarix: 26-03-2016, 23:03 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Dolların vəziyyətiBu ilin yanvar ayından etibarən Azərbaycanda valyuta dəyişmə məntəqələrinin lisenziyası ləğv edilərək bağlandı. Bundan sonra dollar alan da, satan da məcburi şəkildə banklara və onların filiallarına üz tutmalı oldular. "Exchange”lərin bağlanması "qara bazar”ın da işini gücləndirdi. Əsasən də qeyri-iş günlərində.

Musavat.com-un məlumatına görə, Novruz bayramında qeyri-iş günlərinin daha çox (martın 19-dan 28-dək)  olması "qara bazar”a təlabatı məcburi şəkildə artırdı. Fürsətdən istifadə edən işbazların bayram günlərindəki qazancı da çoxaldı. "Qara bazar”ın əsas müştəriləri isə Bakıya gələn turistlər oldu. Cənubi Azərbaycandan, Rusiyadan gələn turistlər məcburi olaraq "qara bazar”a üz tutdular.

Bakıya qonaq gələnlər də təəccüblü şəkildə "exchange”lərin bağlandığını gördülər. Xarici valyutanı manatla dəyişə bilməyən turistlər alış-veriş edərkən çıxılmaz vəziyyətdə qaldılar. Bəzi mağazalarda turistlərə güzəşt edilərək onlardan ödəniş dollarla qəbul edilib. Dolların məzənnəsi bu zaman 1.50-1.55 manatdan hesablanıb. 

Bu gün isə "qara bazar”da dolların alış qiyməti 1.57 manatdır. Satış qiyməti isə 1.60 manat. Lakin martın 19-23-də dollar vətəndaşlardan və turistlərdən 1.50 manata alınıb. Bunu "28 May” metrosunun yaxınlığındakı "qara bazar”ın "pul dəyişənlər”i də etiraf edirlər. Həmin ərəfədə dolların satış qiyməti 1.70 manata qədər yüksəlib. Bu gün bu bahalaşmanın müşahidə olunmamasının səbəbi bir neçə bankın filiallarının açılmasıdır.

Metronun ətrafındakı "dollar satan”lardan birinə yaxınlaşaraq 1.60 manata dollar aldıq. Onunla söhbətimizdə öyrəndik ki, bayram ərəfəsində onlar dollar satmağa maraqlı olmayıblar. Əsasən xarici valyuta alan alverçilər ümid edirlər ki, martın 28-də dollar bahalaşacaq və onlar ucuz qiymətə aldıqları dollar baha satacaqlar.

"Dolları heç kim satmaq istəmir. Bayramın ilk günündə dollar satan çox oldu. Həm turistlər, həm də yerli camaat. 100 dolları 150 manata almışıq. İndi isə 157 manata alırıq. Əlimdə olan manatın hamısını dollara çevirmişəm. İndi isə bir hissəsini sata bilirəm. Burada itirdiyim heç nə yoxdur. İki tərəfdən də qazanmışam. Ancaq dolları az olan alverçilər satmır. İş gününü gözləyirlər. Bəlkə dollar bahalaşdı”- deyə dollar alverçisi bizimlə söhbətində bildirir.   
Bayram günlərində - martın 20-23 ərəfəsində heç bir bankın valyuta dəyişmə məntəqəsi fəaliyyət göstərməyib. Lakin martın 24-dən etibarən bir neçə bankın "exchange”ləri işləməyə başlayıb. Hazırda qeyri-iş günü olsa da bir neçə bankların valyuta dəyişmə məntəqələri fəaliyyət göstərir.

Əvvəllər valyuta dəyişmə məntəqələrinin çox olduğu 28 may küçəsində açıq olan "Zaminbank”ın filialında dolların alış qiyməti 1.582 manat olaraq göstərilib. Satış qiyməti isə 1.592 manatdır. Burada digər bankların filiallarına və "qara bazar”a nisbətən dolların satışı ucuzdur.

"Nikoil” bankın Puşkin küçəsindəki valyuta dəyişmə məntəqəsi də fəaliyyət göstərir. Burada dolların satış qiyməti ilə alış qiyməti arasında digər banklara nisbətən böyük fərq var. "Nikoil” bank 1.54 manata aldığı dollar müştərilərə 1.62 manata satılır.

Xatırladaq ki, martın 18-də sonuncu iş günündə Azərbaycan Mərkəzi Bankı rəsmi olaraq dolların məzənnəsini  1.5971 manat olaraq açıqlamışdı.

Qeyd edək ki, Rusiyada yaşayan həmvətənlərimizin və turistlərin Bakıya gəlişi valyuta dəyişmə məntəqələrinin işini daha da sürətləndirib. "Exchange”lərə dollarla yanaşı rubl satmaq istəyənlər də çoxalıb.

Hazırda valyutadəyişmə məntəqələrində rublun alışı 0.022-0.023, satışı isə 0.024 manatadır.

Avronun alış qiyməti "Zaminbank”da 1.762, satışı isə 1.783 manatdır. "Nikoil” bankda isə avronun alış qiyməti 1.76 manata təklif olunur. Satış qiyməti isə 1.86 manatdır.
Xəbər 2961 dəfə oxunub






Oxşar xəbərlər

Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI
Arif Hacılı yenidən Müsavat Partiyasının yeni başqanı oldu - NƏTİCƏLƏR
Kraliça sarayı təcili tərk etdi - Siçovula görə
Vaqif Dərgahlı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib
Jirinovski şərq mətbəxtindən şikayətləndi
Təhsil nazirindən yeni - TƏYİNAT
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” - S.Rüstəm

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26891] initstartout [0.00020] initstartin [0.00069] calstart [0.00902] calend [0.00050] topnewsend [0.00490] rsssend [0.00000] ehgend [0.01129] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.24161]