Siqaretlərin qiyməti xeyli ucuzlaşdı

  • 11 mart 2016, 20:53
Azərbaycanın tütün bazarında siqaretlərin qiymətlərində ucuzlaşma davam edir.

Avropa.info report-a istinadən bildirir ki, Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən "Imperial Tobacco" şirkəti daha bir tütün məmulatının qiymətini azaldıb. Belə ki, pərakəndə satış qiyməti 2,70 AZN olan "West" siqareti artıq 1,30 AZN-ə satılır.

Məsələ ilə bağlı "Imperial Tobacco"dan report-a bildirilib ki, qiymətin azaldılması yalnız "West" brendinə şamil edilib.

Xatırladaq ki, Britaniya şirkəti martın əvvəlindən əksər məhsulları yeni qiymətlərlə satışa çıxarıb:

"Prima Deluxe" - 1,40 AZN
"ClassicKingSize" - 1,60 AZN
"Imperial ClassicSlims və Imperial ClassicCompact" - 1, 80 AZN
"WestCompact" - 2 AZN
"P&S" - 2 AZN
"Davidoff" - 3 AZN.
Oxşar xəbərlər