Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:00 - 19.01.2019  
«Azərenerji» borc bataqlığında çabalayır
Tarix: 6-03-2016, 09:02 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Natiq Cəfərli: «Yaxın gələcəkdə iri vergi ödəyicilərinin dövlətdən maliyyə yardımı alacağının şahidi olacağıq»

Rövşən Ağayev: «Xarici borcların məbləğini açıqlamırlar, yəqin ki, burada söhbət yüz milyonlarla dollardan gedir»

«Azərenerji» borc bataqlığında çabalayırMəlumata əsasən, bu da "Azərenerji"nin digər öhdəliklərinin icrasında problemlərə, xüsusilə yanacağa görə SOCAR-a ödənişlərinin azalmasına səbəb olub.

 "Qeyd olunanları nəzərə alaraq elektroenergetika müəssisələrinin maliyyə vəziyyətinin sağlamlaşdırılması, "Azərişıq" ASC-nin alınmış elektrik enerjisinə görə "Azərenerji" ASC-yə, "Azərenerji" ASC-nin yanacağa görə, Dövlət Neft Şirkətinə yaranmış borclarının tənzimlənməsi məqsədi ilə Nazirlər Kabinetinin 2015-ci il 29 dekabr tarixli 514 s nömrəli sərəncamına əsasən büdcə ssudası ayrılıb. 2016-2025-ci illər üçün "Azərenerji" ASC-nin xarici kreditlər üzrə borc öhdəliyinin bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulub. Sərəncama əsasən, aparılan tənzimləmələr və ödənişlər nəzərə alınmaqla 01.01.2016-cı il tarixə "Azərişıq" ASC-nin "Azərenerji" ASC-yə borcu 49,6 milyon manat, "Azərenerji"nin Dövlət Neft Şirkətinə borcu 312 milyon manat təşkil edib", - deyə hesabatda vurğulanıb.

Qeyd edək ki, dövlət zəmanətli kreditlər və onların faizləri "Azərenerji"nin maliyyə imkanları hesabına ödənilir və 2015-ci ildə bu məqsədlə 226,9 milyon manat, o cümlədən 192,5 mln. manat əsas məbləğ, 34,4 mln. manat faiz borcu ödənilib. Ümumilikdə 01.01.2016-cı il tarixə "Azərenerji" tərəfindən 2 mlrd. manatdan artıq (1,6 mlrd. əsas məbləğ, 0,4 mlrd. manat faiz) kredit borcu qaytarılıb.   

Maraqlıdır ki, son illər ölkədə elektrik enerjisi üzrə elektron sayğaclaşma prosesi gedir. Bu səbəbdən əhalinin elektrik enerjisi ilə bağlı ödəmələri yüksəlib, rəsmi məlumatlarda bu rəqəm 95 faizə çatıb. Təbii ki, xarici borc öhdəliklərinin artması manatın devalvasiyası ilə əlaqədardır. Amma dövlətin iri vergi ödəyicilərinin borc problemi illərdir ki, davam edir. Hansı səbəblərdən "Azərenerji"nin borclanma problemi həll oluna bilmir?

İqtisadçı-ekspert Natiq Cəfərli "Bizim Yol"a bildirdi ki, bunlar dövlət şirkətlərinin bərbad idarə olunmasının sübutudur: "Dövlət şirkətlərinin borclarının büdcə hesabına silinməsi birinci dəfə deyil. Bərbad idarəetmə sisteminin olması nəticəsində belə bir vəziyyət yaranıb. Bu, çox səhv bir strategiyadır. Əgər qeyri-peşəkar idarəetmə davam edəcəksə, borcların büdcə hesabına silinməsi sonuncu hadisə olmayacaq. Dövlət şirkətlərinin kifayət qədər xarici borcları var. Həm ölkənin, həm də həmin şirkətlərin beynəlxalq kredit reytinqi aşağı düşdüyünə görə onların xarici maliyyə mənbələrinə çıxış imkanlarını məhdudlaşdırır".

Ekspertin fikrincə, xarici mənbələrə çıxışın məhdudlaşdırılması dövlət şirkətlərinin büdcə vəsaitlərinə müraciət etməsi ehtimalını artırır: "Yaxın gələcəkdə iri vergi ödəyicilərinin dövlətdən maliyyə yardımı alacağının şahidi olacağıq".

N.Cəfərli əlavə etdi ki, "Azərenerji"nin borc probleminin artmasının digər səbəbi istehsal etdiyi məhsulun maya dəyərinin yüksək başa gəlməsidir: "Bunun da əsas nədəni pis idarəetmə, düzgün qurulmayan menecmentlik və korrupsiya amilləridir. Bu səbəblərə görə elektrik enerjisi istehsalının maya dəyəri şişir və izafi xərclər yaranır. İzafi xərclər isə şirkətin gəlirlərinin və çıxarlarının normal idarə olunmamasına gətirib çıxarır. İnvestisiyalar hesabına enerji istehsalının artmasına baxmayaraq, itkilər də artıb. İtkilərə görə dünyada ilk pillələrdə dururuq. Sərfiyyatdakı itkiləri aradan qaldırmaq lazımdır ki, keyfiyyət yüksəlsin".

İqtisadçının sözlərinə görə, manatın devalvasiyası "Azərenerji"nin dollarda olan xarici borclarının həcmini artırmış olub ki, bu da şirkətə əlavə yükdür. Məhz bu səbəbdən dövlət şirkətinin krediti ödəmə qabiliyyəti zəifləyib. 

Digər iqtisadçı Rövşən Ağayev bildirir ki, burada təkcə SOCAR-a olan 312 milyon borcun qaytarılmasından söhbət gedir: "Xarici borcların məbləğini açıqlamırlar, yəqin ki, burada söhbət yüz milyonlarla dollardan gedir. 

Ən böyük yanlış o oldu ki, zamanında - "Barmek" Azərbaycana gələn dövrdə enerji sektorunda dövlətsizləşdirmə davam etdirilmədi. Sektorun mülkiyyətini dövlətdə saxlamaqla təcrübəli və potensiallı investorların idarəetməyə cəlb edilməsi vacib idi. Hətta dövlət-özəl sektor partnyorluğu modeli əsasında ortaq şirkətlər də təsis etmək olardı. O zaman neft pullarına görə ölkəyə həddən artıq maraq da vardı, iqtisadiyyat əcnəbi investorlar üçün çox cəlbedici görünürdü".

R.Ağayevə görə, dövlətsizləşmə büdcədən böyük pulları sektora cəlb etməyə imkan verməyəcəkdi: "Məsələn, "Barmek" işlədiyi 4 il ərzində büdcədən 1 qəpik dəstək almadı, özü də cəmi 2 qəpik tariflə işləyirdi. Amma onun yerinə fəaliyyətə başlayan "Bakıelektrikşəbəkə" 2007-2015-ci illərdə dövlət büdcəsindən 770 milyon manat maliyyə dəstəyi alıb, 3 dəfə yüksək tariflə də xidmət göstərib. Halbuki, 2007-ci ilin yanvarında enerji tarifləri birdən-birə 3 dəfə artırılanda vəd verilmişdi ki, yeni qiymətlər enerji sektorunun istər dolayı, istər birbaşa subsidiya almasının qarşısını alacaq".

Vüsalə RÜSTƏMOVA
Xəbər 2264 dəfə oxunub






Oxşar xəbərlər

Fransada erməni mafiozlar həbs olundu
Abel Məhərrəmov toyda “Yallı” oynadı – VİDEO
Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13273] initstartout [0.00016] initstartin [0.00061] calstart [0.00721] calend [0.00040] topnewsend [0.00345] rsssend [0.00000] ehgend [0.01688] tagsstart [0.00047] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10351]