Qızıl dünya bazarında ucuzlaşıb

  • 03 mart 2016, 09:15
Amerika fond bazarında Dow Jones indeksi 0,20% - 16 899,32 bəndədək, S&P 500 0,41% - 1 986,45 bəndədək, NASDAQ isə 0,29% - 4 703,42 bəndədək artıb.
 
"APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,09% - 6 147,06 bəndədək azalıb, Fransa CAC-40-ı 0,41% - 4 424,89 bəndədək artıb, Almaniya DAX-ı 0,61% - 9 776,62 bəndədək artıb.
 
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 2,20 dollar ucuzlaşaraq 1 239,60 dollara, gümüş isə 0,08 dollar azalaraq 14,95 dollara satılıb.