Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:26 - 14.12.2019  
Dollarla əmanəti olanlara MÜRACİƏT
Tarix: 2-03-2016, 20:01 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Dollarla əmanəti olanlara MÜRACİƏT

 

"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, qorunan əmanətçilər kateqoriyasına aid olan fiziki şəxslər xarici valyutada olan əmanətlərinin tam sığortalanamasını istədikdə, əmanət müqavilələrinə Fondun Himayəçilik Şurasının 2016-cı il 1 mart tarixli qərarına əsasən, müəyyən olunmuş xarici valyutada illik faiz dərəcəsi 3 olmaqla müvafiq dəyişikliklər edilməsi üçün əmanət müqavilələri bağlanmış banklara müraciət etməlidirlər.

Azvision.az bildirir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ADİF) deyilib. Qeyd olunub ki, bu zaman müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb ödənilir.

Belə dəyişikliklərin edilməsində maraqlı olmayan, yəni mövcud əmanət müqaviləsində əmanətçinin əmanətlərinin məbləği 30 min manatdan çox deyilsə və faiz dərəcəsi 12 faizdən artıq deyilsə, deməli, onun əmanəti qorunur və sığorta olunur.

Belə ki əmanət müqaviləsinin müddəti bitənədək əvvəlki şərtlərlə sığortalanır və müqavilə müddəti bitdikdən sonra əmanətinin müddətini artırmaq istədikdə həmin günə mövcud olan şərtlərə uyğunlaşdırır. Bu halda Fondun iştirakçı bankında sığorta hadisəsi baş verdikdə kompensasiyalar Fond tərəfindən əvvəlki miqdarda, yəni 30 min manata qədər məbləğdə ödənilir.

Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

Məsələn: A əmanətçi 9 yanvar 2016-cı il tarixində bir il müddətinə X bankda 12 faizlə 10 min ABŞ dolları yerləşdirib. Bu əmanətçinin əmanətinin müddəti bitənədək onun əmanəti qorunur və sığortalanır. Sığorta hadisəsi baş verdikdə 10 min ABŞ dolları və faizləri Fond tərəfindən kompensasiya edilir. 

B əmanətçi 15 yanvar 2016-cı il tarixində 12 faizlə bir il müddətinə 100 min ABŞ dollarında əmanət yerləşdirib. Onun əmanətinin yalnız 30 min manata qədər olan hissəsi sığortalanır və kompensasiya məbləği 19 124 ABŞ dolları (30 000/1.5687= 19124) təşkil edəcəkdi və qalan vəsaiti (80 876 ABŞ dolları) Sığorta hadisəsi baş vermiş bankdan almalı idi. Əgər bu əmanətçi əmanətinin tam sığortalanmasını istəyirsə, banka müraciət edir. Bank müraciət gününə qədər hesablanmış faizləri hesablayır və müştəriyə ödəyir.

Müştərinin istəyini nəzərə almaqla qorunan əmanətlər üçün faiz dərəcəsini (ABŞ dolları və ya digər xarici valyutalar üçün 3 faiz) tətbiq etməklə yeni müqavilə bağlayır və müştərinin əmanəti tam qorunur. Sığorta hadisəsi baş verdikdə 100 min ABŞ dolları və faizləri tam şəkildə Fond tərəfindən kompensasiya edilərək ödənilir.

"Əmanət müqavilələrinin müddəti qurtardıqda həmin günə qorunan əmanətlər üçün hansı faiz dərəcəsinin qüvvədə olmasına diqqət yetirmək vacibdir. Bəzi hallarda əmanət müqavilələri eyni şərtlərlə təkrar uzadılır və həmin günə Fond tərəfindən qorunan əmanətlər üçün maksimal faiz dərəcəsi nəzərə alınmır və nəticədə faiz dərəcəsinə görə qorunan əmanət qorunmayan əmanət statusunu alır və kompensasiya ödənişi zamanı müştəriyə kompensasiya ödənişindən imtina edilir", - deyə Fondun açıqlamasında qeyd edilib.

Azərbaycan manatında qəbul olunmuş əmanətçilərin əmanətlərində faiz dərəcəsi qorunan əmanətçilər üçün dəyişməyib, dəyişən yalnız məbləğdir. Yəni manatda olan qorunan əmanət üçün maksimum məbləğ 30 min manat idisə, yeni qanunla əmanətlər üçün məbləğ məhdudiyyəti aradan qaldırılıb.

Məsələn: C əmanətçi Y bankda 14 yanvar 2016-cı ildə 12 faizlə iki il müddətinə 200 min manat yerləşdirib. Sığorta hadisəsi baş verəndə əvvəllər əgər 30 min kompensasiya alacaqdırsa, yeni qanuna əsasən sığorta hadisəsi baş verəcəyi halda 200 min manatı və hesablanmış faizləri Fond tərəfindən tam kompensasiya edilərək ödəniləcək.

2016-cı il 1 mart tarixinə bank lisenziyasına malik banklarda xarici valyutada illik 3 faiz, manatda isə illik 12 faiz dərəcəsinədək yerləşdirilmiş bütün qorunan əmanətçilərin əmanətləri məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanmış hesab olunur. Göstərilən tarixədək mövcud olan sığortalanan əmanət müqavilələri bitənədək onlara şamil edilmir (müştərinin müqaviləni dəyişmək istəyi olmazsa). Sığortalanmayan əmanətlər yeni faiz dərəcəsinin tətbiqi ilə qoruna bilər və tam sığortalanır. 

Əmanətçilərin nəzərinə çatdırılır ki, "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq əmanətlər üzrə tam sığorta müddəti 3 ildir. Bu müddətdən sonra həmin əmanətlər üzrə kompensasiyalar əvvəlki məbləğdə, yəni 30 min manat məbləğində ödəniləcəkdir.
Xəbər 2866 dəfə oxunub






Oxşar xəbərlər

Deputatın hər gün aldığı 5 min manat… – QALMAQAL
YAP-ın xanım deputatları yenidən namizəd olacaqmı?
4 il susan deputatlar mandatsız qalacaqlar
Azərbaycanda pilotsuz taksilər olacaq
“EuroHome”da malları yanan sahibkarlara şad XƏBƏR
İsa Qəmbərin oğlu da deputat olmaq istəyir
Daha bir “TENDER KRALI” - “Azərtranss”...
Milyarder niyə təngnəfəs olub və ya hansı yolun xəritəsi? - TƏHLİL
İlham Rəhimov hüquq ictimaiyyətini Moskvaya yığdı - yeni dövlət modeli axtarılır
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
İsfəndiyar Axundovdan Mehriban Əliyevaya şikayət: Dövlətin torpağı və pulu ərəblərə satıldı – VİDEO
AzTV-nin keçmiş sədrinin qızı bir ayda 5 şirkət yaratdı
Şəmkirdə yük qatarı qadını vuraraq öldürüb
Paşinyan “Qarabağ klanı” ilə haqq-hesab çəkir
Türkiyə Bakıdan qazın qiyməti ilə bağlı nə istəyib?
Ermənistanda saxta hərbi sənəd aşkarlandı
Sərdar Cəlaloğludan “Eurohome” yanğını ilə bağlı şok açıqlama - VİDEO
"Forbes" 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb
PKK-da parçalanmalar davam edir
USAID-in Azərbaycandakı nümayəndəsi ADAU-da olub
OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları saxlanılıb - SİYAHI
Refat Çubarov hava limanında saxlanıldı
Berlin rus diplomatlarını qovdu – Kremldən cavab
“Həzi Aslanov”un bir çıxışı bağlana bilər (RƏSMİ)
Bu rayonların pensiya təyinatında dəyişikliklər olundu
"Vətəndaşımız səsini verdikcə dövlətimiz güclənir"
Siyavuş Novruzov parlamentə getmir? - Açıqlama
Leyla Əliyeva babasını belə andı – Video
Gülalıyev niyə sağalmır? – şok detallar
"Netflix" 4 milyona yaxın abunəçisini itirə bilər
Prezident Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
"HANSI MİRŞAHİN DÜZ DANIŞIR?" - Eynulla Fətullayev də Mirşahini vicdanlı olmağa çağırdı
Bakıda övladlarına işgəncə verən ata həbs edildi
İlham Əliyev Prezident Administrasiyasında yeni təyinat etdi
“VAZ" piyadanı vurub öldürdü - Maştağada
“Şərurlu İsfəndiyar” şirkəti ilə bağlı Prezidentə edilən şikayətdən danışdı, sakinləri ittiham etdi
Ölkədən qaçan məmur bu şəxslərin yaxınıdır
Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? - MÜRACİƏT
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
"EUROHOME" QƏSDƏN YANDIRILIB, YOXSA...?
Nə vaxta qədər BOYKOT? – İdeal seçki olmayacaq, amma...
TDƏŞ ölkələrinin sahibkarlar üçün ortaq biznes portalı yaradılıb
YAP-ın yeni namizədlər siyahısında kimlər olacaq?
Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub
Stalini necə qoruyurdular? – təzadlı rəylər
Növbəti illərdə referendum keçirilə bilər - səbəb
DSX "Ceyrançöl"də baş verən insidentlə bağlı məlumat yayıb
Cəbhədə atəşkəs pozulub
Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHAT
Bakıda fövqəladə yanğın - “EuroHome” niyə kül oldu...
RƏZALƏT! ADAU rektoru akademik məsləhətçilər seçəndə gender bərabərliyini və təlimatı niyə pozub?
Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içində
Sərdar Cəlaloğlu: “...Siyasətdən getməsəm, insan deyiləm”
“Kuklaoynadanlardan qurtulmuşuq” – Milyarder Fərhad Əhmədov iqtidara “yol xəritəsi” təklif edir!
Azərbaycanlı professora 4 milyon avro mükafat
Azərbaycanlı modeldən Dubayda seksual – FOTOSESSİYA
Anar Ələkbərov Oqtay Gülalıyevlə bağlı Aslan İsmayılova zəng vurdu
Ağ Ev: Trampa qarşı ittihamlar yalandır
Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb
HAMI DEPUTAT OLMAQ İSTƏYİR, BƏS SEÇİCİ KİM OLACAQ?
Əbu Bəkr məscidi yenidən açılacaq - RƏSMİ
Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu - Fotolar
Bakıda ticarət mərkəzi yanır - Video
Putin prezident olmayacaq - Simonyan
Mənsimov Gülalıyevin oğlunun iddiasına cavab verdi
2018-ci ildə silah satan şirkətlər 420 milyard dollar qazanc əldə ediblər
Lavrov Vaşinqtonda Trampla görüşəcək
Naxçıvan parlamenti də buraxıldı: Ali Məclisə seçkilər keçiriləcək - SƏRƏNCAM
“Gültəkin Hacıbəyli bir nəfərin ağzına baxır…”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30067] initstartout [0.00019] initstartin [0.00069] calstart [0.00931] calend [0.00054] topnewsend [0.00465] rsssend [0.00000] ehgend [0.01631] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26827]