Dollarla kreditlər manata konvertasiya ediləcək

  • 01 mart 2016, 08:52
Hazırda Azərbaycanda özəl sektor o qədər də asan olmayan dövrünü yaşayır. 
 
ANS-in məlumatına görə, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı ofisinin rəhbəri Nil Makkeyn danışıb.
 
"Biz öz yerli tərəfdaşlarımıza yardım etmək niyyətindəyik ki, onlar bu dövrdən daha az zərərlə çıxsınlar", - deyə o əlavə edib.
 
Onun sözlərinə görə, AYİB Azərbaycandakı tərəfdaşlarına dollarda ayırdığı kreditləri manata konvertasiya etməyi planlaşdırır: "Bu, bütün müştərilərimizə aid olmayacaq. Çünki ixracla məşğul olan bəzi müştərilərimizə dollar kütləsi daha çox lazımdır. Konvertasiya yalnız buna ehtiyacı olan müştərilərə aiddir". 
 
N. Makkeyn deyib ki, martın 1-də AYİB-in nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək və səfər çərçivəsində manatla istiqrazların buraxılması müzakirə olunacaq. Bununla yanaşı, mövcud kreditlərin likvidlyi də müzakirə predmeti olacaq.
 
Avropa Yenidənqurma və İnkişaf Bankı beynəlxalq maliyyə təşkilatlarına daxidir. 1991-ci ildə 61 ölkənin və 2 beynəlxalq təşkilatın dəstəyi ilə Mərkəzi Avropa və Mərkəzi Asiya ölkələrinə kömək məqsədi ilə yaradılıb.
Oxşar xəbərlər