Neftin qiyməti 36 dollarlıq həddi keçdi

  • 26 fev 2016, 20:49
Dünya bazarında neftin bahalaşması prosesi gedir. Uzun fasilədən sonra bu gün London birjasında Brent neftinin qiyməti 36 dollarlıq həddi keçib. Hazırda Brent neftinin bir bareli 36 dollardan baha satılır.
 
Bahalaşma WTI markalı neftin qiymətində də müşahidə edilir. ABŞ-ın dünya bazarına çıxardığı Qərbi Texas markalı xam neftin bir bareli uzun fasilədən sonra 34 dollara çatıb (33,90 dollar).