Demokratik TV
Xəbər lenti
Problemli kreditlər artacaq
- 25 fev 2016, 20:39
«Azərbaycan bank sektorunda problemli kreditlərin məcmu kredit qoyuluşlarında xüsusi çəkisi reallıqda təxminən 10 faizdir».
Bunu Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) direktoru Cavanşir Abdullayev deyib.
«Problemli kreditlərin çoxalmasının bir səbəbi işsizliyin artması ilə bağlıdır. Bir ilin nəticəsinə görə, təkcə bank sektorunda 3 min nəfər işsiz qalıb. İşsizlik problemi xüsusilə ikinci devalvasiyadan sonra aktuallaşıb. Əgər birinci devalvasiya əsasən banklara zərər vurdusa, ikinci devalvasiyanın yükü əhalinin üzərinə düşüb», – C.Abdullayev qeyd edib.
ABTM rəhbəri əlavə edib ki, hazırda Azərbaycanda problemli kreditlərin idarə olunması ilə bağlı qanunvericilikdə müəyyən boşluqlar var. Bu səbəbdən müvafiq qanunvericilik bazası təkmilləşdirilməlidir.
Ölkədə 1.5 milyard manata yaxın problemli kreditin olduğu deyilir.
Report

Cavanşir Abdullayevin deməsinə görə, Mərkəzi Bank problemli kreditlərin payının 7 faiz təşkil etdiyini bildirir. O, gələcəkdə problemli kreditlərin artacağını düşünür.
«Problemli kreditlərin çoxalmasının bir səbəbi işsizliyin artması ilə bağlıdır. Bir ilin nəticəsinə görə, təkcə bank sektorunda 3 min nəfər işsiz qalıb. İşsizlik problemi xüsusilə ikinci devalvasiyadan sonra aktuallaşıb. Əgər birinci devalvasiya əsasən banklara zərər vurdusa, ikinci devalvasiyanın yükü əhalinin üzərinə düşüb», – C.Abdullayev qeyd edib.
ABTM rəhbəri əlavə edib ki, hazırda Azərbaycanda problemli kreditlərin idarə olunması ilə bağlı qanunvericilikdə müəyyən boşluqlar var. Bu səbəbdən müvafiq qanunvericilik bazası təkmilləşdirilməlidir.
Ölkədə 1.5 milyard manata yaxın problemli kreditin olduğu deyilir.
Report
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti