Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:57 - 18.10.2019  
Azercell 2015-ci ilin yekunlarını açıqladı
Tarix: 25-02-2016, 09:07 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Azərbaycanın mobil rabitə sektorunun flaqmanı Azercell Telekom ötən il boyu fəaliyyətini uğurla davam etdirməyi bacardı. Azercell bu gün də Azərbaycanın lider mobil operatoru olmaqla bazarın 48%-nə nəzarət edir. Bu gün 4.5 milyon nəfər Azercellin təqdim etdiyi mobil xidmətləri seçir.
Ölkənin qeyri neft sektorunun ən iri vergi ödəyicisi kimi 2015-ci ildə Azercell dövlət büdcəsinə təqribən 123 milyon manat vergi ödəmişdir. Azercell ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 1,51% təşkil edib.

Azercell 2015-ci ilin yekunlarını açıqladıŞirkət 60 Ön Masa və Azercell Ekspress ofisləri, 414 rəsmi satış məntəqəsi ilə Azərbaycanda ən böyük müştəri xidmətləri və ən geniş satış şəbəkəsinə malikdir. Azercell texniki nailiyyətlərinə görə də öndədir. Hazırda şirkət regionda və ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəvəti ilə mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə ölkənin mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal" və "Testmy.net" kimi beynəlxalq sistemlərin nəticələrinə görə, Azərbaycanda ən keyfiyyətli və etibarlı mobil şəbəkə və ən sürətli Mobil İnternet siqnalı Azercell tərəfindən təmin olunur. Son il ərzində Azercell yalnız Bakı şəhəri boyu 3G şəbəkəsinin tutumunu 77%, ölkə üzrə isə ümumilikdə şəbəkəsini 25% gücləndirmişdi.
Məhz Azercell 2015-ci ildə ilk dəfə olaraq ölkəmizdə keçirilən Avropa Oyunları zamanı multi-operator sistemini təşkil etmiş əsas rabitə təminatçısı oldu. 

Azercell ölkənin qeyri-neft sektorunun ən böyük sərmayədarı olmaqda da davam edir. Belə ki, şirkət 2015-ci il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 68 milyon manat vəsait yatırıb.  

İl ərzində şirkət abunəçilərini yeni və əlverişli kampaniyalarla sevindirdi. Müxtəlif kampaniyalar nəticəsində, 2015-ci il ərzində abunəçilərə verilmiş ümumi bonusların dəyəri 27 mln AZN təşkil etmişdir.  

Bunlardan əlavə, ötən il Azercell korporativ Abunəçiləri üçün yeni "Biznes" paketi təqdim olundu. 2015-ci ildə daha 447 şirkət Azercelli seçərək ölkənin ən böyük mobil operator ailəsinə qoşuldu. SimSim abunəçiləri üçün "Azercellim" tarif paketi istifadəyə verildi, "Hədsiz" və "Gənc OL" tarif paketləri yeniləndi. GəncOl paketinin istifadəçiləri üçün isə şəhərin müxtəlif restoran və dükanlarında, əyləncə və idman mərkəzlərində inanılmaz endirimlər təqdim olundu. 
Yüksək sürətli Mobil İnterneti hamı üçün əlçatan etməyi qarşısına məqsəd qoyan Azercell ötən il ərzində internet paketlərində 55%-dək endirimlər etdi. Bununla yanaşı, Azercell şəbəkəsindən ötürülən məlumatın həcmi 2014-cü illə müqayisədə 35% artdı.

Müştəri xidmətlərinə müxtəlif səbəblərdən gəlmək imkanı olmayan abunəçilər üçün Azercell  Azərbaycanda ilk dəfə olaraq unikal Mobil Müştəri Xidmətləri konsepsiyasını təqdim etdi. Səyyar müştəri xidmətlərinin bölgələrə səfərləri zamanı ölkənin 15 rayonundan 7945 nömrəyə dair müştəri müraciəti yerində cavablandırıldı. Bakıda isə 700-dən çox abunəçiyə evdə və iş yerlərində xidmət göstərildi.

Ötən il bir nöqtədə 3 xidmət tipli Azercell Ekspres ofisləri Hacıqabul, Neftçala, Yardımlı rayonlarında açıldı və bununla da AzEks ofislərinin sayı Azərbaycan üzrə 50-yə çatdırıldı. Tam yeni konsepsiyalı innovativ Azercell Ekspres ofisi isə Bakutel 2015 sərgisində nümayiş olundu və ilk olaraq dekabr ayında Bakıda 28 may, 33 ünvanında fəaliyyətə başladı.

2015-də Azercell tərəfindən istifadəyə verilən və artıq sevilən Bookmate tətbiqi vasitəsilə yarım milyondan çox kitabı istənilən vaxt mobil telefonda və ya planşetdə oxumaq mümkün oldu. Bu gün Bookmate-də 100-dən çox Azərbaycan müəllifinin əsərləri təqdim olunub. Azercell abunəçiləri üçün xüsusi endirimli abunə haqqı müqabilində müxtəlif növ klassik və müasir əsərləri Azərbaycan, Ingilis, Rus, Türk dillərində oxumaq olar.

Yola saldığımız il Azərbaycanda "İlin şirkəti" adını qazanan Azercell, həmçinin, ölkə hüdudlarından kənarda, dünya miqyasında tanınan nüfuzlu Stevie biznes mükafatı ilə də təltif olundu. Azercell Sosial Media üzərindən müştəri xidmətlərinin səviyyəsinə görə MDB məkanında mobil operatorlar arasında ilk dəfə "Socialbakers Engage Award" mükafatına layiq görüldü. 2015-də şirkət növbəti dəfə "Investors in People" (IIP) / İnsana Sərmayə Standartının tələbləri üzrə Gümüş Sertifikatı qazanmış oldu.  

19 il ərzində olduğu kimi, 2015-ci ildə də Azərbaycanda ən çox seçilən mobil operatoru Azercell Telekomun yeni ildə əsas məqsədlərindən bir neçəsi ölkəni keyfiyyətli rabitə ilə təmin etmək, yüksək səviyyəli və peşəkar xidmət göstərmək, yeni texnologiyaları Azərbaycana gətirmək və Sürətli Mobil interneti hamı üçün əlçatan edərək, daim müştərilərin xidmətində olmaqdır. 
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M, MobilBank, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza" və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,12% olan Azercellin şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.
Xəbər 2350 dəfə oxunub






Oxşar xəbərlər

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.33225] initstartout [0.00022] initstartin [0.00107] calstart [0.01324] calend [0.00080] topnewsend [0.00726] rsssend [0.00000] ehgend [0.03082] tagsstart [0.00096] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.27782]