Neft şirkəti 25 min işçisini ixtisar edib

  • 22 fev 2016, 22:47
Neftin qiymətlərindəki dalğalanma dünyadakı enerji sektoruna və şirkətlərə mənfi təsir göstərməkdə davam edir.

Modern.az CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın nəhəng neft axtarışı və qazma şirkəti olan "Şlumberqer” 25 min nəfər insanı işdən azad edib

25 min nəfər işçinin işdən çıxarılması 2015-ci ilin əvvəlindən başlayaraq, bu günlərdə tamamlanıb.

Öz işini itirənlər neft qazma şirkətinin  işçi heyətinin 25 faizini təşkil edib.

Eyni zamanda, "Şlumberqer”in ötən ilki gəlirləri əvvəlki illərlə müqayisədə 27 faiz , ümumi istehsal həcmi isə 41 faiz azalıb.

Nəticədə dünyanın ən nəhəng neft qazma və axtarış şirkətlərindən biri olan "Şlumberqer” neftin qiymətlərinin azalmasından bu günə qədər 1 milyard dollar ziyana düşüb.
Oxşar xəbərlər