Sahibkarlara sertifikat 1 günə veriləcək

  • 07 fev 2016, 13:32

İxrac malları üçün mənşə sertifikatı 1 günə veriləcək.

 

Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, İqtisadiyyat Nazirliyinin 6 fevral 2016-cı il tarixində keçirilmiş Kollegiya iclasında ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınıb.

 

Qeyd edək ki, indiyədək ixrac malları üçün mənşə sertifikatı 3 gün ərzində verilirdi.


APA

Oxşar xəbərlər