SOCAR 180 milyon dollarlıq müqavilə bağladı

  • 05 fev 2016, 21:52

SOCAR Azərbaycanda polietilen zavodunun layihələndirilməsi və tikintisi ilə əlaqədar müqavilə bağlayıb.

 

Müqavilə (Engineering, Procurement and Construction, EPC) İtaliyanın "Maire Tecnimont S.P.A” şirkətlər qrupu ilə  imzalanıb.

 

Dəyəri 180 milyon dollar olan müqaviləni SOCAR prezidenti Rövnəq Abdullayev və "Maire Tecnimont" şirkətinin İdarə Şurasının sədri Fabrisio di Amato imzalayıb.

 

R.Abdullayev qeyd edib ki, yüksək təzyiqli polietilen istehsalı üçün qurğunun tikintisi bu il başlayacaq.

 

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər