Azərbaycan Rusiyadan vaqon idxal edəcək

  • 05 fev 2016, 20:31
Rusiya Azərbaycan, İran, Qazaxıstan, Misir və Kubaya müxtəlif tipli 15 min vaqon satmağı planlaşdırır. TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyinin məlumatında deyilir.

Qeyd edilir ki, Sənaye və Ticarət Nazirliyi Rusiya ixrac mallarının yeni bazarlarda həvəsləndirilməsi proqramının inkişafı üzərində işləyir.
 
Demokratik.Az