Neft nə üçün bahalaşır?

  • 31 yan 2016, 18:18

Brent neftinin barelinin qiyməti, Rusiyanın enerji naziri Aleksandr Novakın Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) toplantısında Səudiyyə Ərəbistanının istehsalın 5% azaldılması təklifini müzakirə edəcəklərini deməsinin ardından yüksəlişini davam etdirir.

 

Brent neftinin barelinin qiyməti, dünən Yaponiya Mərkəzi Bankının (BOJ) neqativ faiz tətbiqinə keçməsinin neftə tələbi gücləndirəcəyi gözləntisi ilə ardıcıl 4-cü gün də bahalaşaraq 36 dolların üzərini görüb. Brent neftinin barelinin qiyməti 36,03 dollarla 3 həftənin ən yüksək səviyyəsini görüb. Sonra Brent nefti bir qədər ucuzlaşaraq 34,98 dollara düşüb.

 

Analitiklər, neft təklifi artıqlığının qiymətlərə istiqamət verməyə davam etdiyini bildirərək, mərkəzi bankların iqtisadiyyatı canlandırmaq üçün təşviqləri artırmasının da neft qiymətlərini dəstəklədiyini qeyd edirlər.

 

Qeyd edək ki, mərkəzi banklar faizləri sıfıra və sıfırdan da aşağı salaraq və ya istiqraz alışı yolu ilə dövriyyəyə külli miqdarda vəsait buraxırlar. Bu da likvidliyin artmasını, real sektorun ucuz maliyyələşdirilməsini təmin edir. (marja.az)

 

Demokratik.Az