Neftin dünya bazarlarında qiyməti qalxıb.
Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində qalxma qeydə alınıb.
Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin bir barrelinin qiyməti 4,73% qalxaraq, 29,69 dollar olub. ICE Futures London birjasında Brent markalı neftin bir barelinin qiyməti 5% qalxaraq, 29,47 dollar olub.
Ötən gün dünya birjalarında 29.10 dollar olan "Brent” markalı neftin qiyməti ucuzlaşaraq 28.24 dollar olmuşdu. Səhər 29.56 dollar olan "Texas” markalı neftin bir barelinin qiyməti müxtəlif dalğalanmalardan sonra 27.68 dollarda qərarlaşmışdı. "AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,82 dollar ucuzlaşaraq 29,91 dollar təşkil edib./anspress/