"Qazprom" SOCAR-ı Gürcüstan bazarından çıxara bilər

  • 13 yan 2016, 08:06
Gürcüstanın energetika naziri Kaxa Kaladze bəyan edib ki, Rusiyanın "Qazprom” şirkəti Azərbaycandan daha ucuz qaz təklif edir. 

Onun sözlərinə görə, Gürcüstan "Qazprom”dan qaz alacağı təqdirdə kəsiri balanslaşdıra bilər. SOCAR-la bu mümkün deyil.

"Rəqəm deməyəcəm, ancaq bu qiymət bizim Azərbaycandan aldığımız qazdan ucuzdur. Sabah SOCAR nümayəndəsi ilə görüşümüz olacaq və bundan sonra açıqlama verəcəyik”, – deyə gürcü nazir bildirib.

Kaladzenin sözlərinə görə, SOCAR Gürcüstanın təbii qaza olan tam tələbatını ödəyə bilmir.
Oxşar xəbərlər