Mərkəzi Bank bankların ehtiyat ayırmalarının dərəcələrini azaldıb

  • 06 yan 2016, 19:52

Azərbaycan Mərkəzi Bankı "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişikliklər edib. "Report"un bankın qərarına istinadən verdiyi xəbərə görə, qeyri-qənaətbəxş aktivlər üzrə ehtiyat dərəcəsi 30%-dən 25%-ə, təhlükəli aktivlər üzrə isə 60%-dən 50%-ə endirilib.

Qeyd edək ki, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaradılır. Ehtiyatların dərəcələri qənaətbəşx aktivlər üzrə 1%, ümidsiz aktivlər üzrə 100% təşkil edir.

Yeni qərara əsasən, restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyasının yaxşılaşdırılması müqavilə şərtlərinə görə ödənişləri aylıq əsasda müəyyən edilən aktivlər – altı ay müddətində ödənişlərində gecikmə müşahidə olunmadıqda və istehlak kreditləri və banklararası tələblər, habelə müqavilə şərtlərinə görə ödənişləri rüblük, yarımillik, illik və başqa dövriliklə müəyyən edilən aktivlər – aktivin əsas məbləğinin ən azı 50%-i ödənildikdə və bu zaman əsas məbləğ və ona hesablanmış faiz borcları üzrə öhdəliklər vaxtında və tam həcmdə icra olunduqda həyata keçirilir.

Bundan əvvəl isə restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyasının yaxşılaşdırılması aşağıdakı qaydada həyata keçirilirdi: müqavilə şərtlərinə görə ödənişləri aylıq əsasda müəyyən edilən aktivlər – altı ay müddətində ödənişlərində gecikmə müşahidə olunmadıqda; 6.3.2. istehlak kreditləri və banklararası kreditlər, habelə müqavilə şərtlərinə görə ödənişləri rüblük, yarımillik, illik və başqa dövriliklə müəyyən edilən aktivlər – aktivin əsas məbləğinin ən azı 50%-i ödənildikdə və bu zaman əsas məbləğ və ona hesablanmış faiz borcları üzrə öhdəliklər vaxtında və tam həcmdə icra olunduqda. 

Qeyd edək ki, yeni qərar bu gündən qüvvəyə minib. 

Oxşar xəbərlər