“Duş vannaları ləğv olunmalıdır…” - İsveç kralı

  • 22 noy 2015, 21:11

İsveç kralı Carl Gustav "Dagbladet” qəzetinə müsahibə verib.

"Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, kral Parisdə 30 noyabr - 11 dekabr tarixlərində baş tutacaq Qlobal İqlim Zirvəsi əvvəli düşüncələrini açıqlayıb.

Radikal təklifləri ilə yaddaşlardan silinməyən Carl Gustav bu dəfə duş vannalarının ləğv olunmasını təklif edib.

"Məncə bütün duş vannaları ləğv olunmalıdır. Düşünün, bu necə böyük bir hadisə ola bilər. Duş vannası həddindən artıq su itkisinə səbəb olur ki, bu da su qıtlığı ilə nəticələnir”.