BP: “2016-2018-ci illərdə neftin bareli 60-80 dollar olacaq”

  • 10 noy 2015, 20:29

 

"BP” (British Petroleum) neft korporasiyasının Yaxın Şərq regionu üzrə ofis müdiri Maykl Taunşed yaxın 3 il ərzində neftin 1 barelıinin qiymətinin 60-80 dollar arasında olacağını proqnozlaşdırıb.Demokratik.Az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə "ADİPEC-2015” neft-qaz sərgsində çıxışı zamanı deyib.

"Biz hesab edirik ki, yaxın 3 il ərzində neftin qiyməti barelə görə ortalama 60 dollar olacaq. Hələ ki, təklif tələbdən çoxdur”.

Bununla belə, Beynəlxalq Energetika Agentliyi neft qiymətlərinin 50 dollar civarında sabitləşəcəyini və yalnız 2040-cı ilin sonlarında 85 dollara qədər bahalaşa biləcəyini istisna etməyib.

Bu proqnozlar dünya iqtisadiyyatının orta müddətdə artım perspektivi, Yaxın Şərqdə qeyri-sabit siyasi rejim və "OPEK”-in neft bazarında öz payını saxlamaq amili ilə bağlıdır.      

Vüqar İsmayılov