Mənzil almaq istəyənlər bu xəbəri mütləq oxusun — RƏSMİ

  • 22 iyul 2015, 14:01

"Vətəndaşlar Mənzil-tikinti kooperativləri ilə bağlı ehtiyatlı olsunlar. Tanımadığı şəxslərlə əlaqəyə girməsinlər. Tikilməkdə olan mənzillərin vahid reyestrinin aparılmasına dair təkliflər hazırlanıb və müvafiq qurumlara göndərilib".

Bunu bu gün I yarımil ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında baş prokurorun müavini, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

O bildirib ki, vətəndaş mənzil alanda problemli olub-olmamasını yoxlamalıdır: "Son zamanlar vətəndaşlar bu məsələdə ayılıblar. Son 2-3 ildə mənzil kooperativləri ilə bağlı aldadılma halları yoxdur. Qaldırılmış cinayət işləri işə daha əvvəlki illərə aiddir. Mənzil tikinti kooperativlərinin arxasında oliqarxların olması fakti qeydə alınmayıb".

K.Əliyev sonra qeyd edib ki, "Sevil Massivi" ilə bağlı cinayət işi yekunlaşıb: "5 nəfər barəsində cinayət işi baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib. Vətəndaşlara vurulan ziyanın yarıdan çoxu ödənilib. Digər borcların ödənilməsi üçün cinayəti törədənlərin əmlakları üzərinə həbs qoyulub".\trend\