Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:20 - 18.06.2018  
Şəmkirçay-Şəmkir magistral su xəttinin tikintisinə başlanıldı - FOTO
Tarix: 21-04-2015, 16:16 | Bölmə: Xəbərlər » İqtisadiyyat

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.
Qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.

Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə uzunluğu 16,5 km olan Şəmkirçay-Şəmkir magistral su xəttinin tikintisinə başlanılıb.

Şəmkirçay-Şəmkir magistral su xətti Şəmkirçay su anbarının ehtiyatlarından istifadə etməklə Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə inşa edilir.

Tikintisinə 2015-ci ilin mart ayında başlanılmış kəmərin 12 km-lik hissəsinin inşası yekunlaşmışdır. Magistral xəttin qısa müddətdə istismara verilməsi məqsədilə kəmərin marşrutu boyunca eyni vaxtda 4 nöqtədə tikinti işləri aparılır. Tikintinin may ayının ortalarında başa çatdırılması nəzərdə tutulur.

Uzunluğu 16,5 km olan kəmərin 14,5 km-lik hissəsi 426mm və 530 mm diametrli polad, 2 km-lik hissəsi isə 630 mm diametrli polietilen borularla tikilir. Şəmkirçay-Şəmkir magistral kəmərinin tikintisi müasir standartlara uyğun olaraq həyata keçirilir. Belə ki, tikinti zamanı qaynaq tikişlərinin keyfiyyətinə xüsusi nəzarət olunur və hər bir qaynaq tikişi diaqnostik cihaz vasitəsilə yoxlanılır.

Müvafiq rəy verildikdən sonra borular izolyasiya olunaraq xəndəyə endirilir.

Kəmərlə özüaxımlı rejimdə nəql olunacaq içməli su Şəmkir şəhərində yeni inşa edilmiş su anbarına ötürüləcək və buradan paylanacaq. Layihəyə uyğun olaraq kəmərlə Şəmkir şəhərinə saniyədə 180 litr su ötürüləcək.

Bu da imkan verəcək ki, Şəmkir şəhərinin sakinləri, həmçinin buradakı sənaye və turizm obyektlərinin içməli suya olan tələbatı tam ödənilsin.

Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 47 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

İcrasına 2011-ci ilin oktyabrında başlanmış layihəyə uyğun olaraq Şəmkir şəhərinin 2 mənbədən içməli su ilə təmin olunması nəzərdə tutulmuşdur. Birinci mənbə olaraq Cəyir çayının hövzəsində 2012-2013-cü illərdə yeni drenaj sistemi yaradılmış, 7 km uzunluğunda magistral, 5 km uzunluğunda anbarlararası su xətləri çəkilib. 2013-cü ilin sentyabrın 5-də Prezident İlham Əliyevin iştirakı ilə bu mənbədən Şəmkir şəhərinə içməli suyun verilməsi təmin edilib.


İçməli suyun şəhərə özüaxımlı rejimdə verilməsi üçün relyef baxımından yüksək nöqtələrdə ümumi həcmi 7000 kubmetr olan 4 ədəd su anbarı inşa edilmişdir.

Layihə çərçivəsində yeni xlorator qurğusu və laboratoriya binası tikilib. Şəmkir şəhərində inşası nəzərdə tutulmuş 240 km şəhərdaxili su şəbəkəsinin 165 km-lik hissəsinin tikintisi yekunlaşıb, 5700 abunəçi şəbəkəyə qoşulub, 5100 ədəd smart-kart tipli sayğac quraşdırılıb. Şəhərdaxili şəbəkənin hazır olan hissəsinə yeni mənbədən içməli suyun verilməsinə başlanılmış və artıq yeni şəbəkəyə qoşulan istehlakçılar 24 saat fasiləsiz içməli su ilə təmin olunur.

Şəmkir şəhərində inşası nəzərdə tutulmuş 203 km kanalizasiya şəbəkəsinin 138 km-lik hissəsində işlər başa çatıb.

Eyni zamanda uzunluğu 20 km layihələndirilən kanalizasiya kollektorunun 2100 metrlik hissəsi tikilib. Tullantı suları şəhərin kənarında inşa ediləcək və məhsuldarlığı sutkada 25000 kubmetr olan çirkab sutəmizləyici qurğuya ötürüləcək.

Şəmkir şəhərinin su təchizatı sistemləri 1960-cı illərdə yaradılmışdır. Şəmkir şəhəri içməli su ilə Cəyir çayı yatağında yaradılmış drenaj sistemi, subartezian quyuları və kəhrizlər vasitəsilə təmin olunsa da, bu, mövcud tələbatı ödəmirdi. Ümumi uzunluğu 113 km olan magistral və paylayıcı su xətləri istismara yararsız vəziyyətə düşüb.

Yeni layihə icra olunana qədər Şəmkir şəhərinin əhalisinin cəmi 32 faizi mərkəzləşmiş qaydada içməli su ilə təmin olunurdu və onlara içməli su 2-3 saatlıq qrafik əsasında verilirdi. Şəhərdə kanalizasiya şəbəkəsi mövcud olmayıb.


Qeyd edək ki, 2014-cü ildə istismara verilmiş Şəmkirçay su anbarından Şəmkir şəhəri ilə yanaşı, Gəncə və Samux şəhərlərinə də içməli su veriləcək. 27 km uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası yekunlaşmış və bu yay mövsümündən etibarən Gəncə sakinləri də bu mənbədən içməli su alacaqlar.
Xəbər 2061 dəfə oxunub






Oxşar xəbərlər

"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda
ULDUZ FALINIZ - 17 iyun
Abşeronda “Tavriya” qadını vurub öldürdü
Erməni ordusunda şok: Polkovnik həbs olundu
“Forbes” Rusiya baş nazir müavininin azərbaycanlı xanımından yazdı - foto
Bir gecə üçün milyona aldanan məktəbli qız
Kristiano Ronaldo tarixə düşdü
Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır
Dünyanın ən təhlükəli 5 gəmisi: 3-ü Rusiyanındır…
Elman Rüstəmov 3 il sonra etiraf etdi
RAMAZAN AYI haqqında bilmədiklərimiz
Paşinyan İlham Əliyevlə tanış oldu
Telefonda söyüş söyən, şantaj, təhqir edənlər...
Allahşükür Paşazadə Təzəpir məscidində namaza qatılıb - FOTOLAR
Həbs olunan Marneuli İH başçısı danışıb
Şeyximiz məzhəb mehribanlığından danışıb
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür
Bakının yeni silahları Paşinyanı QORXUYA SALDI
Generallardan Ərziman Əliyevə ağır sözlər- CİNAYƏT MƏSULİYYƏTİ VAR
Millət vəkili: DÇ-də “Real”a azarkeşlik edəcəm
"Hürriyet" Dəniz Baykalın son fotosunu yaydı
Ərəstun Oruclu Hərbi prokuror Xanlar Vəliyevi XƏYANƏTdə suçladı - Təfərrüat
“Etibar bəy və Surət Hüseynov qiyamda ortaq idilər“– İttihamlar
“Ermənistan prezidentinin Qarabağa səfəri qanunsuzdur” - Əli Əhmədov
Nazirdən Ordumuzun şəxsi heyətinə TƏBRİK
Əliyevlə Ərdoğan “İttifaq dövləti” qura bilərlər - Sensasiya
Bayram günlərinə olan hava proqnozu
Kənd təsərrüfatı nazirinə hollandiyalı məsləhətçi gəldi
Yəməndə həlledici döyüş başladı
Tiflisdən Bakı və Ankaraya qarşı erməni gedişi - nonsens

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13416] initstartout [0.00017] initstartin [0.00093] calstart [0.01169] calend [0.00068] topnewsend [0.00514] rsssend [0.00000] ehgend [0.00738] tagsstart [0.00076] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10736]