Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:28 - 23.05.2019  
Bank sektorumuz təhlükədə...
Tarix: 4-03-2015, 19:20 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Samir Əliyev: "Bu vəsait bank sektoru üçün öldürücü ola bilər”

 


 

Ekspert Samir Əliyevin sözlərinə görə, devalvasiyasının fəsadları özünü göstərməkdədir. İstehlak qiymətlərinin bahalaşmasını hələlik inzibati qaydada əngəlləməyə nail olan hökumət kredit məsələsində sükuta üstünlük verir. 

Banklar müştərilərdən yeni məzənnə əsasında (1 dollar=1,05 manat) kredit öhdəliklərinin yerinə yetirilməsini tələb edir. Müştərilər isə qanunvericiliyə və hüquqşünasların rəyinə istinad etməklə, ancaq köhnə məzənnə (1 dollar= 0,79 manat) ilə ödəniş edəcəklərini bildirirlər. Hər iki tərəf özünü haqlı sayır. Ancaq problem həll olunmamış qalır.

"Müstəqil ekspertlər və hüquqşünaslar əsas diqqəti Mülki Məcəllənin 439.7-ci maddəsinə yönəldərək, xarici valyutada olan kreditlərin müqavilə bağlanan halda olan məzənnə əsasında ödənilməli olduğunu bildirir. Əsas kimi Məcəllədə göstərilən "öhdəliyin əmələ gəldiyi vaxt” götürülür. Açığı fikrim kimin haqlı, kiminsə haqsız olduğunu göstərmək deyil. Vətəndaş kimi əhalinin, ekspert kimi bankların vəziyyəti düşündürücüdür. Onsuz da kifayət qədər ekspertlər və hüquqşünas tərəfindən fikirlər bildirilib. Məsul qurumlar isə ya susur, ya da məsuliyyətdən kənara çəkilirlər. Mərkəzi Bank bu məsələ ilə bağlı Mülki Məcəllədə göstərilən maddənin birmənalı izah etmək mümkün olmadığını əsas gətirərək, Konstitusiya Məhkəməsinə müraciət etməyi məsləhət görür. Hətta Ali Məhkəmənin bir hakimi də müştəriləri dəstəkləyən şərh verir. Prinsipcə, aşağı-yuxarı banklardan başqa bütün rəylər üst-üstə düşür. Çünki hamının bu və ya digər formada bank qarşısında kredit öhdəliyi var”, - deyə ekspert qeyd edir. 

Ekspertin sözlərinə görə, hökumət isə susqunluq nümayiş etdirir: "Nəticədə banklar və əhali üz-üzə qalıblar. Halbuki bu arzuolunmaz vəziyyətin yeganə səbəbkarı vaxtında zəruri addım atmayan, indi isə büdcəsini doldurmaq istəyən hökumətdir. Devalvasiyanın baş verməsində nə bankların, nə də əhalinin günahı var. "Günah keçisi” rolunda isə banklardır. Axı, hər şeyi bankların üstünə də atmaq olmaz. Bir şeyi bilmək lazımdır ki, bankın kredit şəklində verdiyi pul onun özünün deyil. Həmin vəsaitlərin çox cüzi hissəsi bankın kapitalına məxsusdur. Bu vəsaitlərin ən azı yarısını əhalinin əmanətləri təşkil edir. Bura xarici öhdəlikləri və MB-nin mərkəzləşdirilmiş kreditlərini də əlavə etmək olar. 

Yanvarın əvvəlinə olan məlumata görə, bank əmanətlərinin 38,5 faizini xarici valyuta təşkil edir. Söhbət 3,5 milyard dollarlıq vəsaitdən gedir. Həmin vəsaiti banklar faizlərlə birlikdə əhaliyə qaytarmalıdır. Bankların xarici öhdəlikləri 6,3 milyard dollardır. Bu öhdəliklər kredit şəklində dollar və avro ilə cəlb edilib. Devalvasiya nəticəsində əmanət öhdəlikləri 567 milyon manat, xarici öhdəlikləri isə 1,7 milyard manat artıb. Deməli, yalnız 2 mənbə üzrə banklar birdən-birə 2,3 milyard manat zərərə düşüb. Bura 6,4 milyard dollarlıq xarici valyuta kredit üzrə məzənnə fərqindən yaranacaq 1 milyard manatlıq zərəri də əlavə etsək, onda zərərin həcmi 3,3 milyard manata çıxar. Bu vəsait bank sektoru üçün öldürücü ola bilər. Hər bir halda çıxış yolu tapılmalıdır”. 

Ekspertin sözlərinə görə, oxşar hallarla digər ölkələr də üzləşib. 

Məsələn, Polşada İsveçrə frankı kəskin bahalaşandan sonra hökumət əhaliyə valyuta kreditlərini milli valyutaya (zlota) çevirməyə icazə verib. 

Xorvatiyada İsveçrə frankının məzənnəsini "dondurublar” ki, valyutada krediti olan müştərilərə zərbə dəyməsin. 

Macarıstan hökuməti valyuta ehtiyatlarının bir hissəsini xarici valyutada olan ipoteka kreditlərinə dəstək olmağa yönəldib, ölkənin məhkəmə sistemi isə xarici valyutada olan müqavilələri qanunsuz sayıb. 

ABŞ-da 2009-cu ildə qlobal maliyyə böhranı zamanı ipoteka borclularına dəstək proqramı çərçivəsində 300 milyard dollar vəsait xərclənib. 

Rusiya Mərkəzi Bankı banklara tövsiyə məktubu göndərib. Məktuba əsasən xarici valyutada olan ipoteka kreditləri (digər kreditlər yox) Mərkəzi Bankın 01.10.2014-cü il tarixli məzənnəsi ilə (1 dollar=39,4 rubl) rubla keçirtmək tövsiyə edilib. Bu halda faiz dərəcəsi olaraq rublun cari dövrə olan faiz dərəcəsi götürülür. 

Ukrayna Mərkəzi Bankı 25.12.2014-cü il tarixdə kommersiya bankları ilə xarici valyuta kreditlərinin restrukturizasiyası barədə Memorandum imzalayıb. Memorandiuma əsasən, xarici valyutada olan istehlak kreditləri, o cümlədən, ipoteka kreditləri Mərkəzi Bankın 01.01.2014-cü il tarixinə olan rəsmi məzənnəsi ilə (1 USD = 7,99 qrivna) milli valyutaya çevrilir. Hazırda bütün banklar olmasa da, 20-yə qədər bank bu Memoranduma qoşulub. Banklar hələlik müqavimət göstərir.

"Faktiki olaraq, ölkənin bank sektoru təhlükə altındadır. Artıq vəziyyət o həddə qədər pisləşib ki, bir neçə bank bağlanmaq təhlükəsi ilə üzləşib. Əmanətlər kütləvi şəkildə geri çəkilir. Bankları da düşünmək lazımdır. Əlbəttə bunu əhali yox, hökumət düşünməlidir. Nəzərə almaq lazımdır ki, banklar əhaliyə faizləri saymasaq 3,5 milyard dollar qaytarmalıdır. Sizcə, əmanətçi razı olarmı ki, onun dollarla yatırdığı əmanəti bank yeni məzənnə ilə yox, köhnə məzənnə ilə qaytarsın? Axı, oxşar vəziyyətlə banklar da üzləşib. Sabah banklar köhnə məzənnə ilə kreditləri qəbul etməyə vadar edilsə, zərəri ödəmək üçün bankların kapitalına müraciət edilməli olacaq. Kapitalın azaldılması baş verəcək ki, bununla da həm Mərkəzi Bankın normalitvlərini pozacaq, həm də xarici banklar qarşısında götürdükləri öhdəlikləri pozmuş olacaqlar. Bir sözlə, bank sistemi çöksə, bu, heç də təkcə 6 milyondan çox əmanətçinin probleminə çevrilməyəcək. Bunun zərbəsi hamıya dəyəcək.
Ona görə də, hökumət müşahidəçi mövqedən konkret addıma keçməlidir. Burda kompromis variantlar tapılmalıdır. Banklar da güzəşt etməlidir. Heç olmazsa, kreditin ödənilmə müddətini uzatmaqla və illik faiz dərəcəsini bir qədər aşağı salmaqla, müştərilərə güzəştə gedə bilərlər. Artıq belə təşəbbüslər var. Hökumət də öz növbəsində banklara dəstək verməlidir. Bütün valyuta kreditləri olmasa da, istehlak kreditlərinin zərərini dövlət üzərinə götürməlidir. Hazırda xarici valyuta kreditlərinin 35 faizi istehlak kreditlərinin payına düşür. Söhbət təxminən 2,3 milyard dollara yaxın vəsaitdən gedir. Həmin vəsait köhnə məzənnə ilə ödənilsə, banklar əlavə olaraq 380 milyon manata yaxın zərərə düşər. Bütün valyuta kreditlərində bu göstərici 1 milyard manata yaxındır. Dövlət bu vəsaiti banklara vergi güzəşti və ya maliyyə yardımı şəklində ödəməlidir. Əks halda ölkə iqtisadiyyatını böhrandan qurtarmaq üçün daha çox pul xərcləməli olacaq və bunun səmərəsi indikindən də az olacaq”, - deyə S.Əliyev vurğulayıb. 

Ölkədə bəzi banklar isə istehlak krediti verməyi dayandırıblar, iri məbləğdə kredit verməyə isə ürək etmirlər. Üstəlik də kreditləri manatla yox, dollarla verirlər. Hərçənd bu, elə də təzə xəbər deyil. Bütün bunları banklara bir neçə zənglə öyrənmək mümkündür. 

"Bank Technique”dən deyiblər ki, müştərilərə maksimum 10 min dollar kredit təklif edə bilirlər. 50 və ya 100 min dollar kredit verməyə bank elə də həvəsli deyil. Hər halda, bankın əməkdaşının danışdıqlarından belə başa düşmək olar. 

Ancaq təkidlərdən sonra əməkdaş deyir ki, müştərinin ödəmə qabiliyyətini arayıb-araşdırmalıdırlar, iş yerindən, necə deyərlər, "daşdan keçən”, ya da girov qoyulacaq dəyərli bir şey arayışı olmalıdır: "Amma bir şeyi də nəzər alın, 30 min manatlıq ev girov qoyacaqsınızsa, 20 min manatlıq kredit götürə biləcəksiz. İllik 24-26 faizlə...”

"Bank Standart”dan bildirdilər ki, 1500 dollara qədər kredit verə bilələr. Bir az böyük məbləğ istəyəndə əməkdaş azca susduqdan sonra dedi ki, bunun üçün banka getmək, bütün detalları orda dəqiqləşdirmək lazımdır. 

Bankdan onu da əlavə etdilər ki, dövlət müəssisəsində işləyənlər üçün kreditlər iki ilədək 24 faizlə, özəl müəssisələrdə çalışanlara 27 faizlə verilir.  

"Bank Respublika”dan eşitdiklərimiz: "Nağd istehlak kreditini dayandırmışıq. Lombard krediti veririk. Lombarda qoyulan qızıl-zinət əşyasının 80 faizi dəyərində kredit təklif edirik”. 

"Turan Bank”dan da bildirdilər ki, krediti ancaq dollarla verirlər. Vətəndaşlara ilkin olaraq, 2000 dollar kredit təklif olunur, özü də zaminsiz. Ancaq məbləğ arta da bilər, bu zaman zaminlərin də sayı artırılır (Azadlıq Radiosu).

Ekspert Nazim Məmmədov bankların böyük məbləğdə kredit verməməsini onların risklərdən sığortalanması ilə izah edib. O, qeyd edib ki, bu gün əksər kommersiya bankları gözləmə mövqeyindədir. Elə iqtisadçı bəzi bankların istehlak kreditini dayandırmasını da mümkün risklərlə bağlayır: "Alıcılıq qabiliyyəti düşəndə risklər də çoxalır. Ona görə də, banklar istehlak krediti verilməsini təxirə salıblar”. 

Röya RƏFİYEVA
Xəbər 3051 dəfə oxunub






Oxşar xəbərlər

Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi
"Oskar"lı aktyor 31 ildən sonra attestat aldı - FOTO
“Mən niyə akademik ola bilmərəm, neyləmişəm ki?…”
İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17020] initstartout [0.00016] initstartin [0.00063] calstart [0.00899] calend [0.00046] topnewsend [0.00360] rsssend [0.00000] ehgend [0.00548] tagsstart [0.00054] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.15031]