Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:03 - 30.01.2020  
Türkiyə Bakıdan qazın qiyməti ilə bağlı nə istəyib?
Tarix: 12-12-2019, 22:25 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Ekspert: ""Cumhuriyet”in real əsası olmayan bu məlumatı…”

Türkiyə Bakıdan qazın qiyməti ilə bağlı nə istəyib?Türkiyənin "Cumhuriyet” qəzetində Azərbaycan qazının qiyməti ilə bağlı səs-küy doğuran material dərc olunub. Materialda qeyd olunur ki, TransAnadolu Qaz Boru Kəməri(TANAP) ilə Türkiyəyə çatdırılan qazın hər 1000 kubmetri nəql xərcləri ilə birlikdə 300 dollardan yuxarı başa gəlir.

Qəzet iddia edir ki, "Rusiya qazından 12 faiz ucuz olacağı deyilən Azərbaycan qazı yüksək daşıma xərcinə görə ən bahalı qaza çevrilib”. Buna görə də rəsmi Ankara Azərbaycandan qazın qiymətinin endirilməsini istəyib: "Türkiyə TANAP-dan Əskişəhrdə qazı hər min kubmetrinə 78 dollar, Trakyada isə 103 dollar daşıma xərci ödəməklə alır. Bu ilin yanvar-sentyabrında Türkiyə Azərbaycandan qaz alışını 31,6 faiz artırıb. Nəticədə, Azərbaycanın Türkiyənin qazla təminatında payı 21 faizə yüksəldi”.

Türkiyə qəzetinin yazdığı nə qədər həqiqətdir? Qonşu ölkənin Azərbaycandan qazın qiymətində endirim istəməsi reallıqdırmı? SOCAR-ın  İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov sualları cavablandırmaq səlahiyyətinin olmadığını bildirdi. Onun sözlərinə görə, TANAP-la nəql olunan qazın alqı-satqı işləri ilə bağlı qərarı "Şahdəniz” konsorsiumu həll edir və SOCAR konsorsium adından hər hansı açıqlama vermir.

Enerji məsələləri üzrə ekspert, "Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə "Cumhuriyet” qəzetində gedən materialın məqsədli xarakter daşıdığı qənaətindədir: "Mən burada 8 yanvar qarşısı gələn iy duydum. Bildiyiniz kimi, gələn il yanvarın 8-də Rusiyadan Türkiyəyə qaz daşıyacaq "Türk axını” kəmərinin birinci hissəsinin açılışı olacaq. Bununla bağlı bir törən olmalıdır – noyabrın 30-da TANAP-ın tam açılışı ilə bağlı olduğu kimi. TANAP Türkiyənin şərqi ilə qərbini birləşdirən, "Drujba” kəmərlərindən sonra Avropaya tuşlanan ən böyuk qaz infrastrukturunun əsas seqmentidir. Bu açılışdan sonra da Türkiyə solçularına yaxın KİV-lərdə TANAP-ın əleyhinə xeyli fikirlər səsləndirildi. Fikirlərdən biri budur ki, TANAP Türkiyəyə Avropa ilə alış-verişdə heç bir üstünlük gətirməyəcək, çünki onun daşıdığı 10 milyard kubmetr dəryada bir damladır. İkinci məsələ ondan ibarət idi ki, TANAP –ın Türkiyə iqtisadiyyatına xeyri az olacaq, çünki onun sahibi Türkiyə deyil, SOCAR-dır. Daha sonra iddia edirdilər ki, Azərbaycan qazı BOTAŞ sistemi ilə nəql olunsaydı, Türkiyənin qazancı qat-qat yüksək olardı. Hesab edirəm ki, bütün bunların hamısı sifarişli yazılardır. Bu sahədən uzaq insanlara göstərmək istəyirlər ki, Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi bu layihə iqtisadi-kommersiya layihəsi deyil, iki türk cümhuriyyətinin reallaşdırdığı siyasi bir projedir. Ona görə də layihənin Türkiyə iqtisadiyyatına elə də böyük faydası yoxdur. Bunun qarşılığında TANAP-ın rəqibləri olan layihələrin üstünlüklərini ehmalca vurğulayırdılar”...

Ekspert bildirir ki, qəzetin əsaslandığı spot bazarı bir günün qiymətini əks etdirir: "Orada elə gün olub ki, maye qazın qiyməti 110 dollara satılıb. Bu, bir partiyanın qiymətidir. Ortalama qiyməti götürdükdə, boru kəməri ilə maye qaz arasında 100 dollara qədər fərq var. Bu ilin yekununa "Qazprom” şirkəti qazın orta qiymətinin 205 dollar hesablayıb: il mülayim keçib, qaza tələbat azalıb, təklif tələbi üstələyib. Son 40 ildə ilk dəfədir ki, Avropanın qaz anbarları qazla tamamən doludur. Buna görə də qazın qiyməti ucuz oldu. Amma bir il bundan əvvəl qazın orta qiyməti 240 dollar idi. Yəni bu qiymət illik müəyyənləşirŞ gündəlik deyil”.

İ.Şabanın sözlərinə görə, Türkiyənin bir maye qaz terminalı var: "Bu terminalın maksimal gücü ildə 10 milyard kubmetrdir. Türkiyənin illik 50 milyard kubmetr təşkil edən qaz istehlakının 20 faizi qədər. Bunu iki dəfə artırmaq üçün Türkiyə əlavə 5 milyard dollar xərc çəkib ikinci maye qaz terminalı tiksin. Digər tərəfdən, Türkiyə şəbəkəsinə qaz Əskişəhrdən daxil olur, qəzet Trakyanı haradan çıxarıb, bilinmir. Gürcüstan sərhədindən Əskişəhrə 1400 km-ə qədər bir məsafədir. Bu məsafəyə qazın daşınması, əlbəttə, pul tələb edir. Bəyəm, TANAP tikiləndə deyilirdi ki, bu kəmərlə qaz pusluz daşınacaq? Onun tikintisinə sərf olunan 6,5 milyard dollar necə geri qaytarılmalıdır bəs? Qazın bahalığı məsələsinə gəlincə, 2010-cu ildə BOTAŞ şirkəti Azərbaycan tərəfinə 1,5 milyard dollar təzminat ödəyib – müqavilə öhdəliyinə əməl etmədiyinə görə. Türkiyə illik 6,5 milyard kubmetr əvəzinə 4,5 milyard kubmetr qaz alırdı – ucuz olmasına rəğmən. Bu halda sual yaranır, onda niyə almırdı Türkiyə qazı? Çünki qazı paylayacaq şəbəkəsi yox idi. İndi də bp şirkəti TANAP-dan əvvəl Türkiyənin qaz nəqli şəbəkəsini tam audit etdi və qərara gəldi ki, "Şahdəniz 2”nin qazını Avropaya daşımaq üçün tam yeni infrastruktur yaradılmalıdır. Bu infrastukturu – TANAP-ı BOTAŞ təkbaşına yaratmadı ki? Cəənub Qaz Dəhlizi, bp və 30 faiz BOTAŞ vəsait qoydular. İndi Türkiyə hökuməti TANAP-la daşımadan vergi formasında gəlir əldə edir, üstəlik, xalis gəlirin 30 faizi də BOTAŞ-a çatır. TANAP-ın direktoru Saltuk Düzyol açıqlamışdı ki, bir ildə 1 milyard 450 milyon dollar gəlir əldə olunacaq. Bu gəlirin 30 faizi BOTAŞ-ındır. Bəyəm bu, gəlirsiz layihədir? Gəlirsizdirsə, Azərbaycan qazı bahadırsa, gedin İrandan, Rusiyadan artıq alın qazı, niyə almırsınız? Elə əlverişlidirsə, onlardan alın da? Deməyim odur ki, o məlumatlar məqsədyönlü şəkildə, sifarişlə yayılır – başqa layihələrin dəyərini qaldırmaq üçün”.

Qeyd edək ki, "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib. İyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın ötürülməsinə başlanıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Bu il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra (2020-ci ildə), Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.

Xatırladaq ki, 1 850 km uzunluğa malik olan TANAP-la ildə 16 milyard kubmetr təbii qaz nəql ediləcək. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya veriləcək.

TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan "Cənub Qaz Dəhlizi" QSC (51 faiz), BOTAŞ (30 faiz), BP (12 faiz) və "SOCAR Türkiye Enerji A.Ş" (7faiz) şirkətləridir.

İlkin mərhələdə TANAP-ın 11,6 milyard dollara başa gələcəyi nəzərdə tutulsa da, layihənin icrası prosesində vəsaitlərin 45 faizinə qənaət olunub. TANAP-ın Baş direktoru Saltuk Düzyolun verdiyi məlumata görə, layihə proqnozlaşdırılan vaxtda tamamlanıb: "Yekun investisiya qərarı qəbul ediləndə ümumi xərclər 11,7 milyard dollar həcmində qiymətləndirilən layihənin tikinti mərhələsində maksimum səmərəlilik nəticəsində indiyə qədər vəsaitlərə 45 faiz qənaət olunub. Bu layihə ilə 6,5 milyard dollarlıq sərmayə cəlb edilib".

Xəbər 891 dəfə oxunub






Oxşar xəbərlər

Gəncədə rütbə itirən "polkovnik" Qılıncbəylidə ferma uçurur - VİDEOŞİKAYƏT
Pensiyaçılara şad xəbər - 14 % artım...
Zeynəb Xanlarovanın konsertinə bilet alan yoxdur
Türkiyədə azərbaycanlını döyüb öldürdülər
Əli Əhmədov müxalifəti İTTİHAM ETDİ: “Az qala...”
Əliyar Ağayev Super Liqa matçına təyinat aldı
Bakıda - Nənə nəvələrini və özünü öldürdü
“Qarşıdakı bir ildə Qarabağ problemini həll etməyə çalışacağıq” - Çavuşoğlu
Nərminin nənəsindən gözlənilməz etiraf: "Qızım və kürəkənimdə də günah var"
Paşinyanın sirli xəstəliyi - İrəvan Qarabağla və odla oynayır
Daşkəsənin Zəylik kəndində bələdiyyə seçkiləri ZAY KEÇİB - ŞOK ŞİKAYƏT
Zəlzələ Yunanıstanı da silkələdi
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
278 nəfər deputatlığa namizədliyini geri götürdü
Yol polisi sürücüləri belə tələyə salır - VİDEO
“O NAMİZƏDLƏRİN ÜSTÜNDƏN XƏTT ÇƏKİLƏCƏK” - MSK
Azərbaycanda yüksək maaşlar olan sahələr açıqlanıb – SİYAHI
SOCAR-ın 2023-cü ilədək ümumi kapital qoyuluşu 14 mlrd. manat olacaq - “Fitch”
Türk baş konsulu erməni terrorçu belə qətlə yetirib – 47 il…
Əhaliyə 60 faizlə pul verən kredit təşkilatı haqqında ŞOK İDDİA
“Əli Həsənovun himayəçiliyi altında 10 il deputat olan..."
Ədəbiyyat müəlliməsi 7200 manatı maklerə verib jurnalisti niyə şərləyir? MÜƏMMALI İTTİHAM
Ərdoğan Merkelə maraqlı hədiyyələr verib- FOTO
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
İranla ticarətə davam edən ölkələrə sanksiya gəlir
Soros yeni inqilaba hazırlaşır 1 milyardlıq ŞOK PLAN
"İlkinin vəziyyəti yaxşı deyil, onu "toka" verib, dözülməz işgəncələr ediblər" Vəkildən VİDEOAÇIQLAMA
Şok fakt! Əli Həsənovun “WikiLeaks” yazışmaları da üzə çıxdı
Renka: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi"
Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI
35 saylı DSK sədri istefa verdi
Qu quşu Əməkdar artistin əlini dişlədi
Azərbaycanda qadın üç dəfə zorla ərə verilib
Hafiz Hacıyev YAP-çı opponentini NİYƏ və necə təhqir edir? - VİDEO
Goranboyun Meşəli kəndində direktor Fəxrəddin Musayevin "AİLƏ MƏKTƏBİ" - FAKTLAR
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30670] initstartout [0.00019] initstartin [0.00070] calstart [0.00957] calend [0.00053] topnewsend [0.00379] rsssend [0.00000] ehgend [0.02953] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26170]