OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları saxlanılıb - SİYAHI

  • 12 dek 2019, 13:51

OBA marketlər şəbəkəsinin 4 keçmiş əməkdaşı həbs edilib.

"Report” xəbər verir ki, marketlər şəbəkəsinin Sabuncu rayonu, Nardaran qəsəbəsində yerləşən mağazasında ərzaq məhsullarını sataraq pulları mənimsəyən keçmiş əməkdaşları saxlanılıb.

Polislər tərəfindən kecirilən əməliyyat zamanı mağazanın işdən çıxarılmış keçmiş işçiləri Ramiz Hüseynov, Hüseyn Rzayev, Əli Cavadov və Fazil Tağıyev saxlanılıblar.

Onların barəsində cinayət işi açılıb.

Oxşar xəbərlər