Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:04 - 30.01.2020  
Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içində
Tarix: 11-12-2019, 08:33 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Prezidentin "sabah 10 milyard dollar lazım olsa alarıq. Almırıq, qoymuram” sözlərinin söykəndiyi həqiqətlər...

Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içindəİlin sonuna yaxınlaşdığımız bu günlərdə əksər ölkələrdə gələn ilin dövlət büdcəsi layihəsi müzakirə olunur. Azərbaycan Milli Məclisi büdcə layihəsinin müzakirəsini ötən həftə başa çatdırıb, amma, məsələn, qonşu Türkiyə Böyük Millət Məclisində bu müzakirələr hələ davam edir. Türk millət vəkilləri hökuməti xarici dövlət borcunun  yüksək həddinə görə kəskin tənqid edir, bunu ölkənin maliyyə təhlükəsizliyinə təhdid kimi qiymətləndirirlər. Belə ki, bu ilin birinci yarısında Türkiyənin ümumi xarici dövlət borcu 446,9 milyard dollar, xalis (xərclənmiş) xarici borcu isə 268,3 milyard dollara çatıb. xarici borcun ümumi daxili məhsula nisbəti müvafiq olaraq 61,9 faiz və 37,2 faiz təşkil edib.

Ümumiyyətlə, 2019-cu il ərzində dünya üzrə xarici borclanma rekord həddə çatıb. Belə ki, bu il dünya dövlətlərinin xarici borcları ticarət müharibələrinin artması və qlobal iqtisadi artım tempinin yavaşlaması fonunda bir qədər də artaraq yeni rekord həddə - 69,3 trilyon ABŞ dollarına çatıb. Beynəlxalq Valyuta Fondunun yaydığı məlumata görə, hazırda ən çox borcu olan dövlət ABŞ-dır. Bu ölkə 22 trilyon dollar borcla öndə gedir. Növbəti yerlərdə 11,8 trilyon dollar borcla Yaponiya və 6,8 trilyon dollar borcla Çin qərarlaşıb.

Hazırda qlobal borcun dünya üzrə ümumi daxili məhsulun dəyərinə nisbəti 82 faiz (bu nisbət 30 faizi keçdikdə təhlükəli hədd hesab olunur) təşkil edir ki, bu da bəşər tarixində rekord göstəricidir. Sözügedən nisbətin ən yüksək hədləri Yaponiya (238 faiz), Sudan (207 faiz) və Yunanıstandadır (177 faiz).

Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, ölkəmizin  xarici dövlət borcu 01 iyul 2019-cu il tarixinə 8 milyard 920 milyon ABŞ dolları (15 milyard 164,1 milyon manat), xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 19 faiz (2019-cu il üçün proqnozlaşdırılan 79 milyard 649 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə keçirilən tədbirdə bildirdiyinə görə, müstəqilliyin ilk illərində Azərbaycana kredit verilmirdi: "O vaxt xəzinə boş olanda, biz kreditlər üçün müraciət edəndə heç kim bizə kredit vermirdi. Yaxşı, əgər siz Azərbaycanı bu qədər sevirsinizsə, nə üçün o vaxt bizə kömək etməmisiniz?! Nə üçün ağır vəziyyətdə olan ölkəyə kömək etməmisiniz?! İndi sıra ilə düzülüblər bizə kredit vermək istəyənlər. Biz almırıq. Biz özümüz kredit veririk. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik. İndi istənilən məbləğdə - bax, sabah 10 milyard dollar lazım olsa, alarıq. Almırıq, qoymuram. Borcu yenə də endirirəm”. Rəqəmlər də göstərir ki, bir çox ölkələrlə müqayisədə Azərbaycan şükür içindədir...

Qeyd edək ki, ötən il avqustun 24-də prezidentin sərəncamı ilə "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” təsdiqlənib. Strategiyanın əsas məqsədi qlobal iqtisadiyyatda, habelə maliyyə bazarında baş verən proseslər fonunda ölkənin maliyyə dayanıqlılığının daha da gücləndirilməsinə, dövlət borcalmalarında səmərəliyin artırılmasına, qarşıda duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla bu sahədə risklərin səmərəli idarə edilməsi, eyni zamanda, nəzarət mexanizminin təkmilləşdirilməsinə nail olmaqdır.

Strategiyada əsas məqsəd kimi həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlılığını təmin etmək planlaşdırılır. Bunun üçün 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəfi qərarlaşdırılıb.

Ekspertlər hesab edirlər ki, Azərbaycanda xarici dövlət borcunun hesablanması mexanizmi real vəziyyəti tam əks etdirməyə imkan vermir. Belə ki, Azərbaycan hökuməti bağlanmış kredit müqavilələri üzrə faktiki xərclənmiş vəsaitləri borc kimi qeydə alır. Halbuki bütün dünyada borc müqaviləsində nəzərdə tutulan bütün məbləğ borc kimi uçota alınır. Hesablama Palatasının məlumatına görə, 1 yanvar 2019-cu il tarixə kredit sazişləri ilə cəlb olunması nəzərdə tutulan vəsait 12 milyard 297,3 milyon ABŞ dolları, istifadə olunmuş və dövlət borcu hesab edilən kreditlər üzrə 8 milyard 927,1 milyon ABŞ dolları təşkil edib. 2018-ci il ərzində kredit sazişləri üzrə cəlb olunması nəzərdə tutulan vəsaitlin məbləği 1 milyard 474,0 milyon dollar və ya 10,7 faiz azalaraq 12 milyard 297,3 milyon dollar və istifadə olunmuş və dövlət borcu hesab edilən kreditlərin məbləği isə 471,2 milyon dollar və ya 5 faiz azalaraq 8 milyard 927,1 milyon dollar təşkil edib. 2018-ci il üzrə həmin məbləğlərin ÜDM-ə faiz nisbəti müvafiq olaraq 7,2 faiz azalaraq 26,2 faiz və 3,8 faiz azalaraq 19,0 faiz olub. Kredit sazişləri üzrə cəlb olunması nəzərdə tutulan və istifadə olunaraq dövlət borcu hesab edilən kreditlərin ABŞ dolları ifadəsində adambaşına düşən məbləği müvafiq olaraq 157,9 dollar və ya 11,3 faiz azalaraq 233,4 dollar və 54,5 ABŞ dollar və  ya 5,7 faiz azalaraq 895,0 dollar təşkil edib.

Xarici borcların qaytarılması büdcə üçün ağır yükə çevrilir

Xarici borcların həcmi çox olduqca, büdcədən onların ödənməsinə yönəldilən vəsaitlər də artır. Ötən il ərzində xarici dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsindən xərclər 362,9 milyon dollar və ya 42,4 faiz artaraq 1 milyard 218,8 milyon dollar olub. Bu zaman əsas borcun ödənməsinə yönəldilən vəsaitlər 251,4 milyon dollar və ya 37,6 faiz artaraq 920,1 milyon dollar, faizlərin ödənməsinə yönəldilən vəsaitlər isə 111,5 milyon dollar və ya 59,6 faiz  artaraq 298,7 milyon dollar təşkil edib.

Hesablama Palatası bildirir ki, dövlət zəmanətli borc öhdəliklərinin həcminin kifayət qədər irihəcmli olması, xarici dövlət borcu hesab edilən şərti öhdəliklərin ilbəil artımı və bu tendensiyanın davam etməsi dövlət büdcəsi üçün ağır yükə keçmə ehtimalını artırır ki, bu da borca xidmət xərclərinin artımı ilə yanaşı, büdcənin digər mənbələri hesabına həyata keçirilməsilə müşahidə edilir: "Eyni zamanda icraçı təşkilatlar tərəfindən ödənilməli olan borc öhdəliklərinin 60-70 faizi, bəzi hallarda isə 100 faizinin ödənilməməsi, müvafiq illər üzrə bu göstəricinin artımla müşahidə edilməsi, ödənilməyən borc öhdəliklərinin dövlət büdcəsindən və Təminat Fondundan qaytarılması növbəti illərdə dövlət üzərinə düşən borc yükünün artımla müşahidə olunması ehtimalını yüksəltmişdir”.

Maliyyə Nazirliyi tərəfindən təqdim olunmuş məlumata əsasən, 2018-ci il ərzində ümumilikdə 400 milyon dollar məbləğində iki yeni layihə imzalanıb. Bunlardan biri "Azərbaycan Dəmir Yollları QSC-nin ”Dəmir yolu sektorunun inkişafı proqramı"dır: 150 milyon dollar, digəri isə Maliyyə Nazirliyinin "İdarəetmə və dövlət sektorunun səmərəliliyinin təkmilləşdirilməsi Proqramı - Subproqram 1"dir: 250 milyon dollar).

Gələn ilin dövlət büdcəsi zərfinə ötən 2 il üçün faktiki, 2020-ci il və sonrakı 3 il üçün xarici dövlət borcu üzrə proqnozlar da daxil edilib. Maliyyə Nazirliyinin hazırladığı həmin sənəddən aydın olur ki, bu ilin sonunadək Azərbaycanın xaricdən 1 milyard 441,4 milyon manat borc alması nəzərdə tutulur. Gələn il yeni alınacaq borcun məbləği 1 milayrd 512 milyon manat təşkil edəcək. Bu ilin sonuna faktiki xərclənmiş xarici dövlət borcunun məbləği 16 milyard 545,9 milyon manat, gələn il isə 16 milyard 441,5 milyon manat olacaq. Bu il xarici borclar üzrə faiz xərcləri 754,5 milyon manat, gələn il isə 637,4 milyon manat təşkil edəcək.

Yeri gəlmişkən, indiyədək dövlət zəmanəti ilə xarici kredit almış dövlət qurumları arasında ən çox borclanan Avtomobil Yolları Dövlət Agentliyidir - bu qurumun müqavilələr üzrə kredit borcu 2019-cu ilin 1 yanvarına 3 milyard 800 milyon dollar, faktiki xərclənmiş borcu isə 1 milyard 875,7 milyon dollardır. Ondan sonra gələn "Azərsu” ASC-nin müqavilələr üzrə xarici borcu 1 milyard 267,9 milyon dollar, faktiki xərclədiyi isə 912 milyon dollardır. Xarici borcun həcminə görə üçüncü yerdə "Azərbaycan Dəmir Yolları” QSC gəlir - müqavilələr üzrə 1 milyard 196,9 milyon dollar, faktiki xərclənmiş 838 milyon dollar.

Daha bir məqamı da qeyd edək ki, müstəqil ekspertlər SOCAR-ın dövlət zəmanəti ilə aldığı  xarici kreditləri də Azərbaycanın dövlət borcu hesab edilməsini təklif edirlər. Onların fikrincə, bir vaxtlar Beynəlxalq Bankın borcları da dövlət borcu hesab edilmirdi, lakin problem yaranan kimi bütün borcları dövlət üzərinə götürdü. Bu təcrübəyə əsaslanan ekspertlər SOCAR-ın 9 milyard dollardan yuxarı olan və dövlət zəmanəti ilə alınmış borcunun da ümumi dövlət borcuna daxil edilməsini zəruri sayırlar.

Xəbər 914 dəfə oxunub






Oxşar xəbərlər

Gəncədə rütbə itirən "polkovnik" Qılıncbəylidə ferma uçurur - VİDEOŞİKAYƏT
Pensiyaçılara şad xəbər - 14 % artım...
Zeynəb Xanlarovanın konsertinə bilet alan yoxdur
Türkiyədə azərbaycanlını döyüb öldürdülər
Əli Əhmədov müxalifəti İTTİHAM ETDİ: “Az qala...”
Əliyar Ağayev Super Liqa matçına təyinat aldı
Bakıda - Nənə nəvələrini və özünü öldürdü
“Qarşıdakı bir ildə Qarabağ problemini həll etməyə çalışacağıq” - Çavuşoğlu
Nərminin nənəsindən gözlənilməz etiraf: "Qızım və kürəkənimdə də günah var"
Paşinyanın sirli xəstəliyi - İrəvan Qarabağla və odla oynayır
Daşkəsənin Zəylik kəndində bələdiyyə seçkiləri ZAY KEÇİB - ŞOK ŞİKAYƏT
Zəlzələ Yunanıstanı da silkələdi
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
278 nəfər deputatlığa namizədliyini geri götürdü
Yol polisi sürücüləri belə tələyə salır - VİDEO
“O NAMİZƏDLƏRİN ÜSTÜNDƏN XƏTT ÇƏKİLƏCƏK” - MSK
Azərbaycanda yüksək maaşlar olan sahələr açıqlanıb – SİYAHI
SOCAR-ın 2023-cü ilədək ümumi kapital qoyuluşu 14 mlrd. manat olacaq - “Fitch”
Türk baş konsulu erməni terrorçu belə qətlə yetirib – 47 il…
Əhaliyə 60 faizlə pul verən kredit təşkilatı haqqında ŞOK İDDİA
“Əli Həsənovun himayəçiliyi altında 10 il deputat olan..."
Ədəbiyyat müəlliməsi 7200 manatı maklerə verib jurnalisti niyə şərləyir? MÜƏMMALI İTTİHAM
Ərdoğan Merkelə maraqlı hədiyyələr verib- FOTO
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
İranla ticarətə davam edən ölkələrə sanksiya gəlir
Soros yeni inqilaba hazırlaşır 1 milyardlıq ŞOK PLAN
"İlkinin vəziyyəti yaxşı deyil, onu "toka" verib, dözülməz işgəncələr ediblər" Vəkildən VİDEOAÇIQLAMA
Şok fakt! Əli Həsənovun “WikiLeaks” yazışmaları da üzə çıxdı
Renka: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi"
Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI
35 saylı DSK sədri istefa verdi
Qu quşu Əməkdar artistin əlini dişlədi
Azərbaycanda qadın üç dəfə zorla ərə verilib
Hafiz Hacıyev YAP-çı opponentini NİYƏ və necə təhqir edir? - VİDEO
Goranboyun Meşəli kəndində direktor Fəxrəddin Musayevin "AİLƏ MƏKTƏBİ" - FAKTLAR
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.31708] initstartout [0.00022] initstartin [0.00071] calstart [0.00932] calend [0.00053] topnewsend [0.00385] rsssend [0.00000] ehgend [0.04039] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.26138]