Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

  • 06 dek 2019, 20:00

Baş Nazir Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Yayılan məlumatda deyilir ki, görüş zamanı müxtəlif sahələr üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Demokratik.Az xatırladır ki, Dünya Bankının regional rəhbərinin hökumətlə son görüşü sabiq baş nazir Novruz Məmmədovla, cari il sentyabrın 26-da baş tutub. görüşüb. Həmin görüş əsnasında sabiq baş nazir Novruz Məmmədov Dünya Bankı ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib, son illər bu münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə etmişdi.

Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Bankının Baş icraçı direktoru ilə cari ilin yanvarında Davosda keçirdiyi görüşü də xatırlatmaq yerinə düşər. Mühüm maliyyə qurumu ilə hər görüşdə əməkdaşlığını inkişaf perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı vurğulanır.

Təsadüfi deyil ki, bu günə qədər Azərbaycan ilə Dünya Bankı arasında 50-yə yaxın layihə reallaşdırılıb. Birgə çox önəmli layihələr üzərində işlər aparılıb. Layihələrin uğurla reallaşmasında Dünya Bankının və onun regional direktorunun çox önəmli rolu olub. Tərəflər arasındakı xoş məkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə zəminlər yaradılıb”.

Dünya Bankı ilə Azərbaycan arasında əsasən kənd təsərrüfatı, təhsil, səhiyyə sahələrində əməkdaşlığın perspektivlərinə, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində infrastruktur layihələrinin icrasının dəstəklənməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadilələri aparılıb.

Demokratik.Az

Oxşar xəbərlər