Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR

  • 05 dek 2019, 08:40
Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. 
Baş Nazir Əli Əsədov dekabrın 4-də bununla bağlı qərar imzalayıb. 
Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilir:
1. 0207.11.100.0, 0207.11.300.0, 0207.11.900.0, 0207.12.100.0, 0207.12.900.0, 0207.13.100.0, 0207.13.200.0, 0207.13.300.0, 0207.13.400.0, 0207.13.500.0, 0207.13.600.0, 0207.13.700.0, 0207.13.910.0, 0207.13.990.0, 0207.14.100.0, 0207.14.200.0, 0207.14.300.0, 0207.14.400.0, 0207.14.500.0, 2 0207.14.600.0, 0207.14.700.0, 0207.14.910.0, 0207.14.990.0, 0407.11.000.0, 0407.21.000.0, 0407.90.100.0, 0407.90.900.0, 0702.00.000.0, 0703.10.190.0, 0703.10.900.0, 0707.00.050.0, 0707.00.900.0, 0802.21.000.0, 0802.22.000.0, 0806.10.100.0, 0806.10.900.0, 0808.10.100.0, 0808.10.800.0, 0808.30.100.0, 0808.30.900.0, 0810.70.000.0, 2009.12.000.0, 2009.21.000.0, 2009.31.110.0, 2009.31.190.0, 2009.31.510.0, 2009.31.590.0, 2009.31.910.0, 2009.31.990.0, 2009.41.920.0, 2009.41.990.0, 2009.50.100.0, 2009.50.900.0, 2009.61.100.0, 2009.61.900.0, 2009.71.200.0, 2009.71.990.0, 2202.99.190.1, 2202.99.190.2, 2508.10.000.0, 2520.10.000.0, 2523.10.000.0, 2523.29.000.0, 2523.30.000.0, 2523.90.000.0, 6809.11.000.0, 6809.19.000.0, 6810.11.100.0, 6810.11.900.0, 6810.19.000.0, 6901.00.000.0, 6902.10.000.0, 6902.20.100.0, 6902.20.910.0, 6902.20.990.0, 6902.90.000.0, 6904.10.000.0, 6907.21.100.0, 6907.21.900.0, 6907.22.100.0, 6907.22.900.0, 6907.23.100.0, 6907.23.900.0, 6907.30.100.0, 6907.30.900.0, 6907.40.100.0 və 6907.40.900.0 alt yarımmövqelərinə aid sətirlərin "Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda "15.12.2019-cu il” sözləri "31.12.2021-ci il” sözləri ilə əvəz edilib. 
2. 0405.10.110.0, 0405.10.190.0, 0405.10.300.0, 0405.10.500.0, 0405.10.900.0, 0405.20.100.0, 0405.20.300.0, 0405.20.900.0, 0405.90.100.0 və 0405.90.900.0 alt yarımmövqelərinə aid sətirlərin "Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda "31.12.2019-cu il” sözləri "31.12.2021-ci il” sözləri ilə əvəz edilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, yeni qərar həm yerli istehsalçını, həm də istehlakçını qoruyur. Qərarın birinci hissəsi istehsalçıların, ikinci hissəsi isə istehlakçıların maraqlarının qorunmasına xidmət edir. 
Belə ki, qərarın birinci hissəsinə əsasən, quş əti, qida və damazlıq yumurta, meyvə tərəvəz (pomidor, soğan, fındıq, alma, təzə üzüm, xurma) meyvə-tərəvəz şirələri, sement və sement klinkeri, gips, kərpic, alçipan, kafel və metlaxın idxalına tətbiq edilən spesifik rüsumların vaxtı 2021-ci ilin sonunadək uzadılır. Bu da sadalanan məhsulları istehsal edən yerli sahibkarlar üçün əlverişli daxili bazar şərtləri formalaşdırır. 
Qərarın ikinci hissəsi isə istehlakçı maraqlarını qoruyur və daxili bazarda kərə yağının qiymətinin sabit qalmasını təmin edir. Bu məqsədlə ölkəyə idxal olunan kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün 2017-ci ildə təbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılır
Oxşar xəbərlər