SOCAR-a yeni vitse-prezident təyin edilib

  • 03 dek 2019, 11:00

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezident təyin edilib.

"Report”un məlumatına görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, "Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

"Bu böyük etimada görə, möhtərəm Prezidentimizə Birliyimizin kollektivi adından dərin minnətdarlığımızı bildirir, Daşqın İskəndərova yeni vəzifəsində daha böyük uğurlar arzulayırıq”,- "Azneft”dən bildiriblər.

Oxşar xəbərlər