Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:09 - 13.12.2019  
Cənub Qaz Dəhlizi yekunlaşma mərhələsindədir
Tarix: 27-11-2019, 00:34 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Artıq məlumat verdiyimiz kimi, noyabrın 30-da Azərbaycan qazını Avropaya daşıyacaq nəhəng infrastrukturun – Cənub Qaz Dəhlizinin mühüm həlqəsi olan TANAP boru kəmərinin sonuncu mərhələsi istismara veriləcək. Bu münasibətlə Türkiyənin Yunanıstanla sərhədində təşkil olunacaq açılış törəninə Azərbaycan və Türkiyə prezidentləri də qatılacaq.

Cənub Qaz Dəhlizi yekunlaşma mərhələsindədirQeyd edək ki, ümumi dəyəri 40 milyard dollar olar Cənub Qaz Dəhlizinin Türkiyədən keçən hissəsi olan TANAP kəmərinin birinci mərhələsi -Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib. İyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın ötürülməsinə başlanıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Bu il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra (2020-ci ildə), Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.
Xatırladaq ki, 1 850 km uzunluğa malik olan TANAP-la ildə 16 milyard kubmetr təbii qaz nəql ediləcək. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya veriləcək.

TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan "Cənub Qaz Dəhlizi" QSC (51 faiz), BOTAŞ (30 faiz), BP (12 faiz) və "SOCAR Türkiye Enerji A.Ş" (7faiz) şirkətləridir.

Qeyd etdiyimiz kimi, TANAP Yunanıstan ərazisində Trans-Adriatik Boru Kəməri(TAP) ilə birləşir. Bu kəmərlə ilkin mərhələdə ilə hər il "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan 10 milyard kubmetr qazın Avropaya nəql olunacağı nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans Anadolu boru kəmərinə (TANAP) qoşulacaq TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanır.

2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.

Təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən TAP vasitəsilə Avropaya Azərbaycandan ilk qazın 2020-ci ilin əvvəllərində nəql ediləcəyi gözlənilir.

TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.

Bu günlərdə TAP Avropa Komissiyası (AK) tərəfindən qəbul edilmiş vahid Avropa enerji sistemi üçün "Ümumi maraq layihələri" (PCI) dördüncü siyahısına daxil edilib. " 2013-cü ildə qəbul edilmiş Trans-Avropa Enerji Şəbəkəsi Qaydalarına (TEN-E) uyğun olaraq, Avropa Komissiyası Avropa İttifaqındakı ən vacib layihələri müəyyənləşdirir və bundan sonra bu layihələr sadələşdirilmiş icazələr və Aİ tərəfdən maliyyələşdirilmə üçün müraciət etmək hüququnu ala bilər.

Noyabrın əvvəllərində TAP-ın Yunanıstan hissəsinin tikintisi başa çatıb. Yunanıstan KİV-in məlumatına görə, TAP artıq 2019-cu ilin dekabrında test rejimində işə başlayacaq(Report).

Qeyd olunur ki, sınaq istifadə bir neçə ay çəkəcək, 2020-ci ildə isə boru kəmərinin kommersiya istismarı başlayacaq, yəni Yunanıstan və digər Avropa bazarları təbii qazla təchiz olunacaq: "TAP gələn il Yunanıstan, İtaliya və Albaniyaya təbii qaz təchizatına başlayacaq. Daha sonra boru kəmərinin genişləndirilməsi ilə Balkan ölkələrinin əksəriyyəti də təbii qazla təmin ediləcək".

TAP-ın Yunanıstanın şimal hissəsi boyunca - Trakya və Makedoniyada inşası ölkə tarixindəki ən böyük xarici sərmayələrdən biridir. Onun inşası 2016-cı ilin may ayında başlayıb və 1,5 milyard avrodan artıq vəsaitə başa gəlib.

TAP-la nəql olunacaq qazı Xorvatiya, Monteneqro, Albaniya, Bosniya və Herseqovinaya çatdıracaq Qrabar-Kitarovic İon-Adriatik qaz boru kəmərinin (IAP) tikintisi də davam etdirilir. Qeyd edək ki, IAP Xorvatiya ərazisində 249 km, Monteneqroda 95 km, Albaniyada 167 km, Bosniya və Herseqovinada isə 22 km boyunca uzanacaq. Boru kəmərinin ötürücülük gücünün illik 5 milyard kubmetr olması nəzərdə tutulur. Beləliklə, 530 km uzunluğunda olacaq boru kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovinadan keçəcək və Xorvatiyada başa çatacaq. İlkin məlumatlara görə, layihə 610 milyon avro qiymətləndirilir.

2016-cı ilin avqust ayında SOCAR, Xorvatiya, Albaniya, Bosniya və Herseqovina və Monteneqro arasında IAP-ın inşasına dair Anlaşma Memorandumu imzalanıb.

Bir müddət əvvəl Albaniya TAP-ın genişləndirilməsi çərçivəsində qaz almaq niyyətində olduğunu açıqlayıb. Albaniyanın İnfrastruktur və Energetika nazirinin müavini İlir Beytanın sözlərinə görə, TAP-ın I mərhələsi çərçivəsində Albaniya Azərbaycan qazını almayacaq: "Amma həcmlərin genişləndirilməsi ilə bağlı qərar verilərsə, Albaniya qaz almaq niyyətini müvafiq konsorsiuma bildirib". Onun sözlərinə görə, həmin vaxta ölkədə qaza olan illik tələbat 1,2 milyard kubmetr olacağı proqnozlaşdırılır.

Nazir müavini TAP-ın Albaniya ərazisində görülən işlərdən də danışaraq bildirib ki, artıq TAP-ın Albaniya hissəsində boru kəmərinin inşası yekunlaşıb: "Sualtı və quru seqmenti artıq başa çatıb. Kompressor stansiyasının inşası da yekunlaşıb. Albaniya ərazisində TAP-ın bəzi xırda işləri görülməlidir. Biz işlərin vaxtında yekunlaşması üçün əlimizdən gələni edirik".

Beləliklə, göründüyü kimi, Cənub Qaz Dəhlizinin özü, həmçinin onunla nəql olunacaq qazı alıcılara çatdıracaq şəbəkənin tikintisi üzrə işlər yekunlaşmaqdadır. Bu layihədən Azərbaycanın əldə edəcəyi dividentlər isə ekspertlər tərəfindən yüksək qiymətləndirilir. İqtisadçı-ekspert Pərviz Heydərovun müsavat.com-a dediyinə görə, Azərbaycan sürətlə dünyada əhəmiyyətinə görə ikinci enerji növü sayılan təbii qaz ixracatçısı kimi tanınması dövrünə qədəm qoymağa yaxınlaşır: "”Cənub Qaz Dəhlizi” adı altında 3 layihə birləşir: Cənubi Qafqaz Boru Kəməri (GQBK), TANAP və TAP. Başlanğıc, başqa sözlə desəm, mənbə isə "Şahdəniz-2"-dir. Bütün bu işlərə ümumilikdə 40 milyard ABŞ dollarından çox vəsait qoyulub. "Cənub Qaz Dəhlizi” böyük strateji infrastruktur layihədir. Bu layihə gələcəkdə təkcə Azərbaycana xidmət etməyəcək.

Qərb ölkələrinin də layihəyə dəstək vermələri məhz bununla əlaqədardır. Əvvəla, Azərbaycanın bütövlükdə mövcud qaz resursları yalnız "Şahdəniz-2”dən ibarət deyil. Başqa yataqlarımız da var: "Abşeron”, "Ümid”, "Qarabağ”, "Babək” və sair... Bu gün ölkəmizin təsdiq olunan qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetr ölçülür. Bunun təkcə 1,2 trilyonu "Şahdəniz”də yerləşir. "Cənub Qaz Dəhlizi” layihəsi elə nəzərdə tutulub ki, ilkin olaraq 16 milyard kubmetr ötürməyə qadir olsa da, gələcəkdə onun ötürücülük qabiliyyətini 2 dəfəyədək, hətta bundan da çox artırmaq mümkün olacaq”.

Ekspert bidirir ki, gəlirlərimizin 100 milyard ABŞ dollarından çox olacağı gözlənilir: "Söhbət "Şahdəniz” yatağının hər iki mərhələsindən gedir. Ancaq bunu dəqiq söyləmək hələ mümkün deyil. O mənada ki, gəlirlər daha çox ola bilər. İkincisi isə, orta və uzaq perespektivdə Azərbaycan özü də Avropa ölkələrinə qaz ixracında tranzit ölkə kimi çıxış edəcək. İlk gündən əsas hədəflərdən biri də məhz bundan ibarət idi. Bəli, Azərbaycan qazı tezliklə Avropaya axmağa başlayacaq. Lakin əsas diqqət Trans-Xəzər layihəsi üzərində – "Cənub Qaz Dəhlizi”nin yol açdığı bir məsələ üzərində də cəmləşmiş vəziyyətdədir”.

Xəbər 541 dəfə oxunub






Oxşar xəbərlər

Paşinyan “Qarabağ klanı” ilə haqq-hesab çəkir
Türkiyə Bakıdan qazın qiyməti ilə bağlı nə istəyib?
Ermənistanda saxta hərbi sənəd aşkarlandı
Sərdar Cəlaloğludan “Eurohome” yanğını ilə bağlı şok açıqlama - VİDEO
"Forbes" 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb
PKK-da parçalanmalar davam edir
USAID-in Azərbaycandakı nümayəndəsi ADAU-da olub
OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları saxlanılıb - SİYAHI
Refat Çubarov hava limanında saxlanıldı
Berlin rus diplomatlarını qovdu – Kremldən cavab
“Həzi Aslanov”un bir çıxışı bağlana bilər (RƏSMİ)
Bu rayonların pensiya təyinatında dəyişikliklər olundu
"Vətəndaşımız səsini verdikcə dövlətimiz güclənir"
Siyavuş Novruzov parlamentə getmir? - Açıqlama
Leyla Əliyeva babasını belə andı – Video
Gülalıyev niyə sağalmır? – şok detallar
"Netflix" 4 milyona yaxın abunəçisini itirə bilər
Prezident Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
"HANSI MİRŞAHİN DÜZ DANIŞIR?" - Eynulla Fətullayev də Mirşahini vicdanlı olmağa çağırdı
Bakıda övladlarına işgəncə verən ata həbs edildi
İlham Əliyev Prezident Administrasiyasında yeni təyinat etdi
“VAZ" piyadanı vurub öldürdü - Maştağada
“Şərurlu İsfəndiyar” şirkəti ilə bağlı Prezidentə edilən şikayətdən danışdı, sakinləri ittiham etdi
Ölkədən qaçan məmur bu şəxslərin yaxınıdır
Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? - MÜRACİƏT
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
"EUROHOME" QƏSDƏN YANDIRILIB, YOXSA...?
Nə vaxta qədər BOYKOT? – İdeal seçki olmayacaq, amma...
TDƏŞ ölkələrinin sahibkarlar üçün ortaq biznes portalı yaradılıb
YAP-ın yeni namizədlər siyahısında kimlər olacaq?
Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub
Stalini necə qoruyurdular? – təzadlı rəylər
Növbəti illərdə referendum keçirilə bilər - səbəb
DSX "Ceyrançöl"də baş verən insidentlə bağlı məlumat yayıb
Cəbhədə atəşkəs pozulub
Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHAT
Bakıda fövqəladə yanğın - “EuroHome” niyə kül oldu...
RƏZALƏT! ADAU rektoru akademik məsləhətçilər seçəndə gender bərabərliyini və təlimatı niyə pozub?
Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içində
Sərdar Cəlaloğlu: “...Siyasətdən getməsəm, insan deyiləm”
“Kuklaoynadanlardan qurtulmuşuq” – Milyarder Fərhad Əhmədov iqtidara “yol xəritəsi” təklif edir!
Azərbaycanlı professora 4 milyon avro mükafat
Azərbaycanlı modeldən Dubayda seksual – FOTOSESSİYA
Anar Ələkbərov Oqtay Gülalıyevlə bağlı Aslan İsmayılova zəng vurdu
Ağ Ev: Trampa qarşı ittihamlar yalandır
Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb
HAMI DEPUTAT OLMAQ İSTƏYİR, BƏS SEÇİCİ KİM OLACAQ?
Əbu Bəkr məscidi yenidən açılacaq - RƏSMİ
Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu - Fotolar
Bakıda ticarət mərkəzi yanır - Video
Putin prezident olmayacaq - Simonyan
Mənsimov Gülalıyevin oğlunun iddiasına cavab verdi
2018-ci ildə silah satan şirkətlər 420 milyard dollar qazanc əldə ediblər
Lavrov Vaşinqtonda Trampla görüşəcək
Naxçıvan parlamenti də buraxıldı: Ali Məclisə seçkilər keçiriləcək - SƏRƏNCAM
“Gültəkin Hacıbəyli bir nəfərin ağzına baxır…”
Gültəkin Hacıbəyli İsa Qəmbərin köhnə təklifini "xırdaladı"
Ermənistanın yazadək vaxtı qalıb - 9 fevraldan sonra...
MM yararsızdır? Bu nə hoqqabazlıqdır?
“Sevilya” səfərdə heç-heçə oynayıb
Müxalifət olmaq niyə çətinləşib?
Ata ögey ana ilə birgə azyaşlı övladlarına dəhşətli işgəncələr verdi - Ağcabədidə ŞOK OLAY
Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.48447] initstartout [0.00027] initstartin [0.00128] calstart [0.01349] calend [0.00080] topnewsend [0.00804] rsssend [0.00000] ehgend [0.10704] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.35283]