Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:47 - 20.11.2019  
Qeyri-neft ixracımızın şəriksiz lideri - POMİDOR
Tarix: 31-10-2019, 21:44 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Firdovsi Fikrətzadə: "Hədəfimiz emal olunmuş məhsulların ixracının artırılmasıdır”

Qeyri-neft ixracımızın şəriksiz lideri - POMİDORAzərbaycanda qeyri-neft məhsullarının ixracı ləng də olsa artım dinamikası nümayiş etdirir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə 1 milyard 413 milyon dollar dəyərində ixrac reallaşdırılıb ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 206 milyon dollar və ya 17 faiz artım deməkdir.

Bu ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft ixracımızda ən böyük paya Rusiya malik olub -  465,6 milyon dollar. İkinci yerdə 304 milyon dollarla Türkiyə, üçüncü yerdə 125,4 milyon dolarla İsveçrə, dördüncü yerdə 123,2 milyon dollarla Gürcüstan, beşinci yerdə isı 34,4 milyon dollarla İtaliya gəlir.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 9 ayında Rusiyaya qeyri-neft ixracı 16 faiz, Türkiyəyə 10 faiz,  İsveçrəyə 19 faiz, Gürcüstana 26 faiz və İtaliyaya 2,2 dəfə artıb.

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (142,3 milyon dollar) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 120,8 milyon dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (87,9 milyon dollar) üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, pomidor son illərdə qeyri-neft ixracatımızda şəriksiz liderə çevrilib. Belə ki, 2017-ci il ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinci yeri tutub -151,6 milyon dollar. Bu siyahıda ikinci yerdə qızıl (125,4 milyon dollar), üçüncü yerdə isə qabığı təmizlənmiş meşə fındığı (114,5 milyon dollar) gəlir. 2018-ci ildə də pomidor ixracı 177,4 milyon dollarla birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 118 milyon dollar) ikinci, xurma isə (114,5 milyon ABŞ dollar) üçüncü olmuşdu.

Maraqlıdır ki, bu ilin 9 ayındakı pomidor ixracı 2018-ci ilin eyni dövrü ilə müqayisədə azalıb. Belə ki, ötən ilin yanvar-sentyabrında pomidor ixracı 145 milyon dollar, bu ilin eyni dövründə isə 142,3 milyon dollar təşkil edib.

Maraqlıdır ki, qeyri-neft ixracatımızda öndə olan pomidor və meşə fındığının əsas satış bazarı Rusiyadır. Xüsusilə xaricə satılan pomidorun 95 faizə qədəri Şimal qonşumuza aparılır. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqustunda  ixrac edilən 133 min 242,02 ton pomidorun 131 min 707,05 tonu Rusiya bazarında satılıb.

Səkkiz ayda xaricə çıxarılan 13 min 797,82 ton qabıqsız meşə fındığının 6 min 452,3 tonu Rusiyaya, 4 min 310 tonu İtaliyaya, 1734 tonu Almaniyaya satılıb. Ötən ilin payızınadək meşə fındığının əsas ixrac bazarı Avropa ölkələri olsa da, Avropa Birliyinin bu məhsula qarşı tələbləri sərtləşdirməsi üzündən onun da ixracında Rusiyanın payı sürətlə artmaqdadır.

Onu da qeyd edək ki, Azərbaycan pomidor və meşə fındğı istehsalını son illərdə sürətlə çoxaldır. Belə ki, ölkənin ərzaq balansından aydın olur ki, 2016-cı ildə 502,7 min ton olan pomidor istehsalı 2018-ci ildə 609,1 min tona yüksəlib. Bu məhsulun ixracı isə qeyd olunan dövrdə 101,3 min tondan 172,5 min tona çatıb. Emal sənayesində pomidordan istifadə həcmlərində də az da olsa artım nəzərə çarpır. Belə ki, 2016-cı ildə 16,8 min ton pomidor ərzaq məhsullarının istehsalında istifadə olunubsa, 2018-ci ildə bu həcm 18,6 min tona yüksəlib. Lakin bu artım əsas ixrac bazarımız olan Rusiyada gedən proseslər baxımından qənaətbəxş hesab oluna bilməz. Belə ki, Rusiya 2016-cı ildən etibarən daxildə pomidor istehsalını sürətlə artırmağa başlayıb. Digər tərəfdən, 2015-ci il Rusiya-Türkiyə böhranı zamanı baş verənlər göstərdi ki, şimal qonşumuz heç də etibarlı tərəfdaş deyil və istənilən an məhsullarımızın öz ərazisinə ixracını dayandıra bilər.

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin baş direktoru Firdovsi Fikrətzadənin musavat.com-a verdiyi məlumata görə, 2018-ci ildə Azərbaycanda açıq sahədə pomidor istehsalı 328 min ton, istixanada istehsal isə 281 min ton təşkil edib: "Ötən il ərzində 171 min ton pomidor ixrac etmişik – təxminən 177 milyon dollar. Yəni ixracımız demək olar ki, bütünlüklə istixana məhsulu olub. 2018-ci ildə Rusiya bazarlarına ən çox pomidor ixracını Azərbaycan həyata keçirib. Ümumiyyətlə, Rusiyanın pomidorla özünütəminat səviyyəsi 45 faizə qədər artıb. Ötən il bu ölkədə daxili istehsal 20 faizə qədər artaraq 400 min tona çatıb. Lakin bu artıma baxmayaraq, yaxın illərdə Rusiyanın özünü pomidorla tam təmin edəcəyi gözlənilən deyil. Bu baxımdan, Azərbaycan məhsuluna orada bazar var. Baxmayaraq ki, Rusiya bazarında Mərakeş, Özbəkistan, Türkiyə, Belarus, Çin kimi ölkələrin məhsulları ilə rəqabət var, Azərbaycan pomidorunun mövqeyi kifayət qədər dayanıqlıdır. 2018-ci ildə Rusiyanın pomidor idxalında birinci yeri Azərbaycan, ikinci yerdə Mərakeş, üçüncü yerdə Çin, dördüncü yerdə Belarus gəlir. Bizim ixrac dinamikamız daim artır. Amma məsələn, ötən il Mərakeşin ixracı 107 min tondan düşüb 91 min tona. Digər ölkələrdə də azalma var. Bir təhlükə yaradan amil Özbəkistanın ixracı artırmasıdır. Lakin bu da hələlik 25 min ton civarındadır. Rusiyanın 507 min ton təşkil edən ümumi idxalında bu, kiçik bir həcm deməkdir”.

Bütün bunlara baxmayaraq, Mərkəz rəhbəri bildirir ki, bundan sonar Azərbaycanda kənd təsərrüfatı məhsullarının daha çox emaldan keçmiş formada ixracı stimullaşdırılacaq: "Bundan sonra məsələn, pomidorun istehsalının deyil, emalının genişləndirilməsi daha məqsədəuyğun hesab olunur. Bizim tomat şirəsinin Körfəz ölkələrinə ixracımız üçün böyük potensial imkanlar mövcuddur. Ümumiyyətlə, bütün kənd təsərrüfatı məhsulları üzrə emal məhsullarının ixracına istiqamətlənməyi hədəfləyirik. Bu, bizə ixrac bazarlarını diversifikasiya etmək baxımından da çox vacibdir”.

Musavat.com

Xəbər 955 dəfə oxunub






Oxşar xəbərlər

"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.32664] initstartout [0.00019] initstartin [0.00069] calstart [0.00909] calend [0.00054] topnewsend [0.00443] rsssend [0.00000] ehgend [0.01984] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00001] end [0.29118]