Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:16 - 23.01.2020  
Dünya qlobal böhrana sürüklənir
Tarix: 12-10-2019, 22:25 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Qırılma nöqtəsi bu dəfə də ABŞ olacaq, yoxsa...

Dünya qlobal böhrana sürüklənir

 

 

2019-cu ilin başa çatmasına iki ay yarım qalıb. Beynəlxalq təşkilatların, analitik mərkəzlərin dünya iqtisadiyyatına dair proqnozları getdikcə bədbinləşməkdədir. Artıq ilin əvvəlindən bəri dünyada iqtisadi artımla bağlı əksər proqnozlarda azalmaya doğru ciddi dəyişikliklər edilib. Bunların fonunda bütün dünyada biznes yeni qlobal böhran gözləntisinə məhkum olunmuş vəziyyətdədir.

Məsələ burasındadır ki, növbəti böhranın başlanma vaxtına dair proqnozların əksəriyyətində 2020-2021-ci illər qeyd edilir. Bunun isə əsas səbəbi ABŞ-da baş verən böhranlar tsiklidir. Belə ki, son yarım ildə bu ölkədə qısamüddətli istiqrazlar  hökumət və şirkətlərə uzunmüddətli borc kağızlarının buraxılmasından daha baha başa gəlir. Müşahidələr göstərir ki, son 50-60 ildə hər dəfə belə vəziyyət yarandığı zaman ABŞ-da iqtisadi tənəzzül başlayır. Bu zaman tənəzzül indikator meydana gələndən minimum 9, maksimum 20 ay sonra qeydə alınır. Bu indikator əsasında aparılan hesablamalara əsasən ABŞ-da iqtisadi tənəzzülün, onun ardınca isə bütün dünyanı əhatə edəcək böhranın başlanması müddəti olaraq 2020-ci il proqnozlaşdırılır. Düzdür, heç də hamı bu hesablamanı mütləq həqiqət kimi qəbul etmir: dünya iqtisadiyyatı elə vəziyyətdədir ki, qırılma nöqtəsinin məhz hara, hansı sektor olacağını proqnozlaşdırmaq qeyri-mümkün hala gəlib. Gözlənilən böhranla bağlı müzakirələri dünya iqtisadiyyatının artım tempində qeydə alınan zəifləmə daha da gücləndirir.

Hazırda dünya iqtisadiyyatı üçün əsas təhdid qismində ABŞ-Çin ticarət savaşı çıxış edir. Bu ölkələr arasında iqtisadi münasibətlərin tez-tez dəyişməsi bütün dünyada qeyri-müəyyənlik yaradır. Qeyri-müəyyənlik isə biznes üçün ən ciddi problem deməkdir: heç bir plan qurmaq, biznesin genişləndirilməsi üçün ciddi addımların atılması mümkün olmur. Nəticədə yeni layihələrin icrasına başlanmır, yeni iş yerləri yaradılmır, yeni dəyər əldə olunmur, iqtisadiyyatın artım sürəti zəifləyir. Bu isə zəncirvari prosesə çevrilərək xammal bazarlarında tələbatın, müvafiq olaraq onların istehsalçısı olan şirkətlərin və ölkələrin gəlirlərinin azalması, son nəticədə iqtisadiyyata kapital qoyuluşlarının aşağı düşməsinə səbəb olur. 2018-ci ildən başlayan ABŞ-Çin ticarət savaşı artıq dünya iqtisadiyyatında ümumi azalmanın meydana çıxmasına səbəb olub. Dünya ticarəti 2008-2009-cu illərin maliyyə böhranından bəri ilk dəfədir ki, ardıcıl 3 rübdə azalma nümayiş etdirir. Bu azalma birinci rübdə 1,4 faiz, ikinci rübdə isə 0,7 faiz olub, hazırda da davam edir. İstehsalda biznes aktivliyi(PMI) son 7 ilin, ümumi iqtisadiyyatda isə son 3 ilin ən aşağı həddindədir.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, iki nəhəng iqtisadiyyatın toqquşması 2020-ci ildə qlobal ÜDM-in 700 milyard dollara qədər azalmasına gətirib çıxaracaq.

Real göstəricilərlə yanaşı, müxtəlif beynəlxalq qurumların, analitik mərkəzlərin dünya iqtisadiyyatına dair proqnozlarında azalma baş verir.

Dünya Bankı qlobal iqtisadi artımın həm bu il, həm də gələn il daha az artacağı qənaətindədir. Beynəlxalq ticarət fəaliyyətinin səngidiyi, qlobal ticarət gərginliyinin artdığı və bəzi böyük inkişaf etmiş iqtisadiyyatların bazar təzyiqi ilə qarşı-qarşıya qaldığını bildirən qurum qeyd edir ki,  xarici tələbdəki azalma, artan borc xərcləri və davam edən siyasi qeyri-müəyyənliklər inkişaf etmiş iqtisadiyyatlarda artım üzərində təzyiq yaratmağa davam edəcək.

Qlobal iqtisadi artıma dair proqnozlarını Beynəlxalq Valyuta Fondu (IMF) da azaldıb. Bu qurum da iqtisadi artıma ən ciddi təhdid kimi ABŞ-Çin ticarət savaşını göstərir. Eyni zamanda "Brexit”in yaratdığı qeyri-müəyyənlik, geosiyasi gərginliyin artması da dünya iqtisadiyyatının inkişafını yavaşıdan əsas amillər sırasındadır.

Fitch Reytinq Agentliyi dünya iqtisadiyyatı barədə daha bədbin fikirdədir. Agentlik 2020-ci ildə dünya iqtisadiyyatında artım proqnozunu 2,8 faizdən 2,7 faizə endirib. Agentlik hesab edir ki, artım dinamikasının ləngiməsinə Çin, ABŞ və Braziliyada iqtisadi artımın və istehlakın zəifləməsi, digər inkişaf etmiş ölkələrdə isə daha aşağı artımın baş verməsi səbəb olacaq.

Fitch gələn il üçün Çindəki artım proqnozunu 6,1 faizdən 6 faizə, ABŞ-da 1,9 faizdən 1,8 faizə, Braziliyada isə 2,7 faizdən 2,2 faizə endirib.

Bu ilin sonuna agentlik dünya iqtisadiyyatında 2,8 faizlik artım gözləyir.

ABŞ-da nə baş verir?

Hazırda bütün dünya analitiklərinin gözü dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ-dadır. Qlobal böhranda qırılma nöqtəsinin məhz bu ölkə olacağına dair rəylər getdikcə artır. Belə ki, ABŞ prezidentinin Çinlə, eləcə də ənənəvi ticarət tərəfdaşı olan Avropa ilə başlatdığı ticari savaşlar ölkə iqtisadiyyatına təsirsiz ötüşmür. Məsələn, Tramp Çinlə danışıqları dayandırdıqdan sonra ABŞ-da istehlakçı inamı kəskin zəifləyib, danışıqlar bərpa olunduqdan sonra əvvəlki səviyyəsinə qayıdıb. Son günlərdə Trampın Çinlə razılaşmanın əldə olunacağına inam ifadə etməsinə rəğmən, Pekinin optimist olmayan açıqlamaları ABŞ-da istehlakçı inamı yenidən zəifləməyə başlayıb.

ABŞ-da büdcə kəsirinin gözləniləndən daha sürətlə böyüməsi də təhlükəli siqnallardan biri hesab olunur. Belə ki, kəsirin bu il 896, gələn il isə 892 milyard dollar olacağı gözlənilirdi. Lakin elə bu ildən bu göstərici 1 trilyon dolları keçib. Bu zaman ölkənin dövlət borcu ÜDM-in  79 faizinə çatıb, yaxın 10 ildəsə 95 faizinə çatması gözlənilir.

ABŞ birjalarında şirkət sahibləri və idarəçilərinin gündəlik pay satışı 600 milyon dollara çatmaqla, maliyyə böhranından bəri ən yüksək tavana vurub. Burada istehsalçı PMI 2008-ci ildən bəri ən aşağı səviyyəyə - 50 faizin altına düşüb.

Trampın Avropaya yeni cəbhə açması problemlərin daha da dərinləşməsinə gətirib çıxaracaq. Belə ki, oktyabrın 18-dən etibarən ABŞ Avropadan idxal etdiyi şərab, viski, pendir və bir sıra başqa məhsullara yeni idxal vergisi tətbiq edəcək. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edən Tramp Administrasiyası Fransa, Almaniya, İspaniya və Böyük Britaniyadan idxal edilən şərnişin təyyarələrinə 10 faiz, İrlandiya və Şotlandiya viskiləri və digər Avropa məhsullarına 25 faiz rüsüm tətbiq etmək niyyətindədir. Bu addımını Tramp beş Avropa ölkəsinin "Airbus” şirkətinə dəstəyinin əvəzində əlavə rüsumlardan eyni həcmdə - 7,5 milyard dollar toplayıb "Boeing”ə verəcəyi ilə əsaslandırır. Avropa Komissiyası isə ABŞ rüsumları tətbiq edəcəyi təqdirdə, onların da eyni həcmdə ABŞ məhsullarına rüsum tətbiq edəcəklərini açıqlayıb.

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, bu addım qlobal ticarət savaşının yeni mərhələyə qədəm qoyması anlamına gəlir: "Bu kontekstdən, 2020-ci ildə də qlobal iqtisadi artım tempinin azalması və strateji bazarlarda volatilliyin yüksək olması gözləniləndir. Deməli, ticarət savaşları yeni qlobal iqtisadi böhran üçün ciddi əsaslar yaratmaqdadır”.

Bu günlərdə isə ABŞ Çinin öz texnoloji imkanları (xüsusilə əhalinin kütləvi video müşahidəsinin təşkili) ilə insan haqlarının pozulmasında hökumətlərinə dəstək verən xeyli sayda şirkətini sanksiya siyahısına daxil edib. İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, Çin rəsmilərinin açıqlamalarından görünür ki, bu addımdan ticarət müharibəsi qədər narahatlıq var:

"ABŞ iqtisadiyyatı ilə bağlı narahatçılıq da artır. Dünyanın ən nəhəng iqtisadiyyatı likvidlik problemi ilə üzləşib. FED REPO əməliyyatları vasitəsilə pul bazarına 150 milyard dollara yaxın vəsait inyeksiya etsə də, defisit probleminin həll olunmadığı görünür. Banklararası bazarda günlük kreditləşmə (overnayt Repo əməliyyatları) üzrə faizlərin birdən-birə 4 dəfə artması FED-i bu addımı atmağa məcbur etmişdi.

Faiz siyasətinin yumşaldıdığı şəraitdə REPO dəstəyinin belə likvidlik defisiti problemini həll edəcəyi, deyəsən, mümkün görünmür. FED son 5 ildə ilk dəfə yenidən kəmiyyət yumşaldılmasına getməli olacaq.

2008-2014-cü illərdə çap maşını hesabına həyata keçirdiyi QE proqramı nəticəsində FED-in balansı 5 dəfə artaraq 900 milyard dollardan 4.5 trilyon dollara çatmışdı. QE proqramı FED tərəfindən aktivlərin maliyyə institutlarından alınması və onları böyük həcmdə likvidlik imkanın təqdim edilməsidir. Belə xəbərlər də var ki, ABŞ-ın hökumət istiqrazlarının ən böyük alıcıları Çin və Yaponiya bu bazarda iştiraklarını əhəmiyyətli dərəcədə məhdudlaşdırdıqları üçün FED çap maşını hesabına yerli maliyyə institutlarına dəstək verməklə hökumətin borclanmasına dəstək vermiş olur. Son bir ildə isə balansın əvvəlki həcmə qaytarılması istiqamətində addımlar artıq yarımçıq saxlandı (600 milyard dollar azalma olmuşdu və balans 3.9 trilyon dollara düşmüşdü)".

Ekspertin fikrincə, bu baş verənlər bütün bəyanatlara, bəzi makroiqtisadi göstəricilərin (işsizlik, inflyasiya) yaxşı olmasına baxmayaraq, bir nömrəli iqtisadiyyatda narahatlıqlar olduğunu göstərir: "Hətta FED-in son iclasının icitimaiyyət üçün açıqlanan protokollarının stenoqramı göstərir ki, qurumda olan peşəkarlar yaxın dövr üçün ABŞ-da yeni resessiya riskini real sayırlar.

Eyni zamanda, Asiya və Avropanın iqtisadi nəhənglərinin demək olar ki, hamısında iqtisadi artımın zəifləməsi müşahidə edilir. Bunun üzərinə onu da əlavə edin ki, ötən həftə ABŞ neft hasilaıtnda yeni rekorda çıxdı - gündəlik hasilat 200 min barrel artaraq 12.6 milyon barrelə çatdı. Neft məhsullarının ixracı da ilin əvvəlindən 20 faiz artaraq tarixi rekord göstəriciyə yetişib".

Böhran Azərbaycana da çata bilərmi?

R.Ağayev hesab edir ki, yeni bir resessiya və ABŞ-ın timsalında qlobal bazarlara əlavə neft təklifi neft bazarını yenidən çalxalasa, ən böyük zərbəni dayanıqlı iqtisadi inkişafa malik olmayan resurs ölkələri ala bilər: "Azərbaycan iqtisadiyyatı 2015-2016-cı ilin iqtisadi şokundan hələ də özünə gələ bilmir”.

V.Bayramov da bildirir ki, qlobal ticarət savaşının yaradacağı böhran tələbi azaltmaqla neft bazarında qiymətləri endirəcək: "Neftin qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan çox vacibdir. Ölkəmizin ixracatında xam neftin payı 81 faiz, enerji məhsullarının ümumi payı isə 90 faizə yaxındır. 2019-cu il dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollar nəzərdə tutulub. Hələlik orta qiymət 60 dollardan yüksək olsa da, növbəti 3 aydakı tendensiya heç də nikbin notlar formalaşdırmır. Azərbaycan üçün fiskal qırmızı xətt 60, monetar qırmız xətt isə 50 dollardır. Bu baxımdan, neftin qiymətindəki azalmalar monetar baxımdan da arzuolunan deyil. Neftin qiymətində azalmalarda davam edərsə, bu, dünya bazarında dolların möhkəmlənməsinə səbəb olacaq. Bu halda ölkəmizdə də dollara tələbin artacağı istisna edilmir. Hər halda, qlobal ticarət savaşı nəinki inkişaf etmiş, heç inkişaf etməkdə olan ölkələr üçün də yaxşı nə isə vəd etmir”.

"Yeni Müsavat”

Xəbər 915 dəfə oxunub






Oxşar xəbərlər

Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib
“Parlament idarəçiliyinə keçməliyik” – “İroniya edənlər özlərini buraxmışlardır”
20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub
Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb
Kəndə hücum edən ac canavarlar iti parçaladı
İkram Rəhimov koloniyada hüquqlarının pozulmasından şikayət edib
Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Netanyahu və Putin arasında telefon danışığı olub
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib
UEFA Ronaldoya görə sxemi dəyişdi
QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Rusiyada hökumət istefaya gedib
Bakı yol polisinə yeni rəis TƏYİN OLUNDU

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28107] initstartout [0.00023] initstartin [0.00089] calstart [0.00938] calend [0.00051] topnewsend [0.00401] rsssend [0.00000] ehgend [0.00655] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.25884]